Professor İbrahim Canana verdiği başsağlığı

Ömrünü Quran və iman xidmətinə həsr etmiş, hədis elmində rasix, elmi ilə əməl edən qiymətli dostum Mərmərə Universitesi İlahiyyat fakültəsinin professoru İbrahim Canan bəyin bir qəza nəticəsində Haqqa qovuşduğunu öyrənəndən sonra vətən həsrəti ilə dolu ürəyim qürbət içində qürbət hisləri ilə döyünür.

Uzun illər nəticəsində qazandığı elmi, Quran və sünnət nurları ilə hökm verən bu müs¬təsna insan, eyni zamanda tükənməz şövq ilə həyatını irşad yoluna həsr etmişdir. Moizələr, söhbətlər, konferanslar, televiziya və radio verilişləri kimi hər fürsəti dəyər¬ləndirmiş və yenə bir konferans çıxışında axirətə köçmüşdür.

Vəfat müvəqqəti bir ayrılıq olsa da, həqiqi dostlara vüslətə vəsilə olan son səfərində iştirak etməmək məni çox təsirləndirir. Mərhuma Allah-Təaladan qəni-qəni rəhmət diləyir, ilahiyyatçılara, həyat yoldaşı və övladları başda olmaqla, yaxınlarına və bütün onu sevənlərə Allahdan səbri-cəmil niyaz edirəm.

M.Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.