Fəthullah Güləndən şəhid ailələrinə başsağlığı

Son günlərdə ardıcıl meydana gələn terror hadisələrində şəhid olan və yaralanan vətən övladının xəbərləri bir daha hamımızın ürəyini yandırıb-yaxdı. Əvvəla, başda şəhid və qazilərimizin kədərli ailələri olmaqla, Türk Silahlı Qüvvələri və digər Təhlükəsizlik qurumlarının mənsublarına və bütün millətimizə başsağlığı diləyirəm.

Aşkaranə həyata keçirilən terror hücumları dəfələrlə şahid olduğumuz qaranlıq oyunların yenisinin səhnəyə qoyulmasından ibarətdir. Bütün toplumun içini dağlayan terror güc aldığı qaynaqlarla əslində gələcəyimizi qaraltmağı, ölkəmizi demokratiyadan və insan haqlarından uzaqlaşdırmağı hədəf seçmişdir. Dünən olduğu kimi nə vaxt ölkəmiz insan haqları, inkişaf etmiş demokratiya və müasir hüquq prinsipləri baxımından dünya standartlarına çatmaq üçün addım atır, dərhal şər şəbəkələr hücuma keçib bu nəhəng millətin üzərində qanlı oyunlarını meydana qoyur.

Son günlərdə baş verən qaranlıq hadisələr hamımızı üzüb əndişələndirsə də, bu qaranlıq hadisələrə qarşı görüləcək işlər onları planlayanların məqsədlərinə xidmət etməməlidir. Terrordan olduğu qədər, çevrilişlərdən və fövqəladə hallardan da çox əziyyət çəkən insanımız xainlərə ən gözəl cavabı əqli-səlimlik, dostluq və qardaşlıq mesajları ilə verəcək. Millətimiz baş verən kədərli hadisələri öz çirkin əməlləri üçün istifadə edənlərin oyununa aldanmamalı, insan haqları və demokratiya sahəsində əldə edilmiş uğurlara zərbə vuran düşüncə və hərəkətlərə yol verməməlidir. Partiya, məzhəb və etnik kimlik fərqinə baxmadan terrora qarşı birləşməli, şər güclərə boyun əyməyəcəyini birlik tablosu ilə ortaya qoymalıdır. İstər demokratik açılım, istər qardaşlıq layihəsi, - adı nə olur-olsun - birlik və sülh atmosferində yaşamağa və demokratiyamızın mənəviyyatı da ehtiva etməklə yüksək zirvəyə ucalmasına əqli-səlimliklə dəstək olmalıdır.

Bu vəsilə ilə qanlı əllərin hücumları nəticəsində dünyadan köçənlərə Cənabi-Allahdan rəhmət, yaralılara can sağlığı, acı çəkən ailələrə və bütün millətimizə başsağlığı diləyirəm.

Millətimizin mətanət və vüqar ilə bu badirələri də sovuşdurub layiq olduğu işıqlı günlərə qovuşacağına ümid edirəm.

M. Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.