Dörd Cahiliyyə Adəti
Sual: Əhməd bin Hənbəlin “Müsnəd”ində verilən
إِنَّ فِي أُمَّتِي أَرْبَعًا مِن الْجَاهِلِيَّةِ لَيْسُوا بِتَارِكِيهِنَّ الْفَخْرُ بِالْأَحْسَابِ وَالطَعْنُ فِى الْأَنْسَابِ وَالِاسْتِسْقَاءُ بِالنُّجُومِ وَالنِّيَاحَةُ عَلَى الْمَيِّتِ
hədisində soyla (nəsillə, nəcabətlə) öyünmək, insanlara nəsəbinə (soyuna, kökünə) görə tənə etmək, yağışı ulduzlardan gözləmək və ölüyə ağı demək kimi dörd cahiliyyə adətinin ümmət arasında həmişə olacağını bildirir. Bu cahiliyyə adətləri bu gün də varmı? Hədis necə başa düşülməlidir?- Cahiliyyə dövründə insanlar batil adətləri onların doğru olduğuna inanaraq yerinə yetirirdilər; həmin cahiliyyə adətləri sonrakı dövrlərdə də öz əksini tapdı və davam etdirildi –bəlkə də, bir az mahiyyət dəyişikliyi ilə. (01:17)
- Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) sözügedən hədisdə belə buyurur: "Ümmətimin Cahiliyyədən olmasına baxmayaraq, hələ də davam etdirdiyi dörd adət var: keçmişləri (ata-babaları) ilə öyünmək, insanlara nəsəbinə (soyuna, kökünə) görə tənə etmək, yağışı ulduzlardan gözləmək və ölünün ardınca ağı deyərək çığırıb-bağırmaq". (01:53)
- Bu dörd cahiliyyə adətinin birincisi, nəsil-nəcabətlə, keçmişlə, ata-babalarla öyünməkdir. Fəxr etməyin hər növü çirkin olduğu kimi, nəsil-nəcabətlə öyünmək də məzmumdur. (02:34)
- İnsan bəzi əlaqələri tamamən silib ata bilmir, əksinə silib atmamalıdır. Məsələn, Rəsuli- Əkrəmin (sallallahu əleyhi və səlləm) mübarək soyundan gələn pak şəcərəsini (sülaləsini) və onların şəcərəsini (soy ağacı, həmin soyun bütün fərdlərini göstərən cədvəllər)… Bu şəcərədən olanlar da "Allahım, bu mübarək soya mənsub olmaq və o qızıl, yaqut, zəbərcəd silsilənin bir halqası olmaq məndən asılı deyil, bizə bu lütfü Sən vermisən. Sənə minlərlə həmd-səna olsun" deməli, bununla qürurlanmamalı, özlərini üstün məqamda saymamalı və bu məzhəriyyətə görə əsla fəxr etməməlidir. (04:12)
- Üstünlük soyda, əsil-nəcabətdə deyil. Allahın dərgahında ən kərim insan ən müttəqi olandır. Həzrəti Ömərin (radiyallahu anh) dediyi kimi: "Allah bizi dinlə əziz etmişdir". Bundan savayı fəzilət və üstünlük axtarmaq bihudədir. (06:27)
- Möminlərin arasında hələ də davam etdirilən cahiliyyə adətlərinindən biri də insanların nəsil-nəcabətini başa qaxınc etməkdir. (07:52)
- Əslində, özünü üstün görmə və başqalarını saymama hissi qədim mədəniyyətlərə qədər gedib çıxır. Deyilənlərə görə, mənbəyini Hind dinlərindən götürən və Hindistanda nəşət edən "kasta sistemi" inancı, əslində, ənbiyayi-izamın bəyanları ilə tərbiyə süzgəcindən keçməyən bütün insanların təbiətində vardır. Vəhyin işığından üz çevirən bütün toplumlarda ziyalı və avam, varlı və kasıb, ya da zadəgan və qul təbəqələri olmuşdur. İlahi bəyanın kölgəsində nəfsini cilovlaya bilməyən insanlar bəzən əsil-nəcabətə, bəzən mala-mülkə, bəzən də şana-şöhrətə istinadən özlərini müqəddəs, qeyri-adi, fərqli zənn etmişlər. Başqalarına isə həmişə ikinci, ya da üçüncü dərəcəli insanlar kimi baxmışlar. İnsan təbiətində bir virus kimi gizlənmiş bu özünü fərqli, üstün görmə düşüncəsi fürsət düşən kimi özünü büruzə vermişdir. Təəssüf ki, bu gün də hər bir toplumda “toxunulmaz” zümrələr var. Bu insanlar da bir növ kasta sisteminə tapınır, özlərinin, haşa, Zati-Uluhiyyətin ağızından, gözündən, başqalarının isə dırnaqdan yaradılmasına inanırlar. Bəzi insanların "Nə, nə! Mənim verdiyim səslə bir kəndlinin verdiyi səs birdir?!" sözləri məhz bu inancdan irəli gəlir. (09:05)
- Anadolu məmərri-əqdəmdir (keçid bölgədir): müxtəlif qövmlərin gəlib keçdiyi, məskən salıb köçdüyü və bir qədər dayanıb istirahət etdiyi yaxud da yurd-yuva saldığı keçid bölgədir. Dolayısilə, ölkəmizdə bəzi insanların nəsli bir-iki babadan o tərəfə başqa millətlərə gedib çıxa bilər. Belə ki, bir çox səhabənin də ana-atası müsəlman olmadan dünyasını dəyişmişdir. Bu baxımdan, əsas olan insandakı yaxşılıq və gözəllikdir, heç kimi keçmişinə, nəsli-nəcabətinə görə qınamaq, fərqləndirmək olmaz. (10:24)
- Növbəti cahiliyyə adəti ulduzlardan yağış ummaq və yağan yağışı ulduzlardan bilməkdir. Bu gün ulduzlardan yağış gözləyən, onların qədərə təsirinə inanan olmasa da, təəssüf ki, hələ də onun kölgəsi olan ulduz falına və bürclərə inananlar var. Ulduz və bürc falının tarixi qədim Hind ənənəsinə qədər uzanır. Astronomiya ilə birlikdə araşdırıldığı dövrlərdə zahirən bəzi elmi izahları olsa da, əslində bu, insan övladının saysız-hesabsız varlıqlar aləmində maraq və acizliyinin, ruhi-mənəvi böhran və axtarışının məhsuludur. Quran diqqəti kainatın möhtəşəm nizam-intizamına, günəş, ay və ulduzlara çəksə də, bunlar da daxil, yer üzündə bütün məxluqatın Allnahın əmrinə ram olduğunu, yaratma, təsir etmə və istiqamət vermə gücünə malik olmadığını, hər şeyin Allahın sövqü və idarəsi ilə baş verdiyini dəfələrlə vurğulayır. (13:12)
- Zeyd b. Xalid əl Cuhəninin (radiyallahu anh) rəvayət etdiyi bir hədisdə belə deyilir: "Rəsulullah (sallallahu əleyhi və səlləm) dövründə yağış yağmışdı. Rəsulullah (əleyhissalatu vəssalam) belə buyurdu: "Rəbbinizin bu gecə nə buyurduğunu bilirsiniz? Qullarıma hər dəfə nemət verəndə mütləq bir dəstə insan o nemətə görə küfr edər, çünki “Bu yağışı bizə filan ulduz göndərdi” deyib kafir olurlar. Mənə inanan və verdiyim yağışa görə Mənə həmd edənlər isə ulduzların yağış yağdırma gücünün olmadığını təsdiq edirlər. Kim “ulduz bizə yağış verdi” deyərsə, məhz o, Məni inkar edib ulduzun yağış yağdırma gücünə malik olmasına inanan müşrikdir" (Müslim, İman: 32; Muvatta, İstiska: 2) (14:45)
- Hədisdə cahiliyyə adəti kimi vurğulanan dördüncü çirkin adət ölüyə ağı deyib çığırıb bağırmaq və mübaliğəli sözlərlə onun mücərrəd üstünlüklərini sayıb tökməkdir. (17:37)
- Cənazə mərasimində iştirak edənlər, həqiqətən, mərhumu yaxşı insan kimi tanıyırlarsa, hüsnü-şahidlik etməli, əks halda susmalıdırlar. Mömin həmişə doğru sözlü olmalıdır, orada da doğru şahidlik əsas götürülməlidirlər. Sələflərimiz bəzi hədislərə əsasən cənazə namazından sonra "Mərhumu necə tanıyırdınız?" deyib oradakıları şahidlik və haqlarını halal etdirməyi ənənə kimi qəbul etmişlər. Bunun doğru adət olub-olması da müzakirə predmeti ola bilər, çünki Allah Rəsulunun (əleyhi əkməlüttəhaya vəttəslimat) sünnəsində belə bir şey yoxdur. Bəlkə də, oradakı insanların mərhum haqqında gözəl fikirləşməsini, o gözəl fikirlərin də dua yerinə keçməsini təmin etmək üçün şahidlik etdirirlər. Ancaq tabutun başında ağı demək, çığırıb bağırmaq, saç-baş yolub fəryad etmək doğru olmadığı kimi, müsəllədə, ya da qəbirdə nitq söyləmək, mübaliğəli sözlər demək və çox danışmaq da dinin ruhuna ziddir. (19:12)
- Bəzi qaynaqlarda ölüləri qəbirdə sorğu-suala çəkən Münkər və Nəkir adlı mələklərin insanların təriflədiyi, haqqında "Belə yaxşı, belə dəyərli adam idi!" dediyi şəxsə "De görək, sən onların dediyi kimi idin?" deyə sual verməsi, sonra da həmin təriflənən ölünü cəzalandırması haqda məlumatlar var. (20:15)
- Bəzi adamlar təqdirə, alqışa o qədər əhəmiyyət verirlər ki, özlərinin dəfn mərasimində izdiham olmasını çox istəyirlər. Halbuki, "Görəsən, mənim dəfnimə də bu qədər adam gələrmi?" düşüncəsi insanın nəfsinə nə qədər məftun, özünü nümayiş etdirməyə nə qədər mübtəla olduğunu göstərən böyük bir inhirafdır!.. Əgər sən ölümdən sonraya, məhşərə, hesaba, Sirata, Cənnətə və Cəhənnəmə inanmırsansa, axirətə inanan bir insan kimi yaşamamış və ömrü başdan-ayağa bada vermişsənsə, bütün dünya cənazə namazını qılsa, nə mənası var ki?!. Amma sən o tərəfə sağlam gedibsənsə, cənazə namazını iki adam qılsa da, əhəmiyyətli deyil. Cənazə namazı və son məzilə səfər şan-şöhrət, dəbdəbə, ehtişam yeri deyil. Ora həqiqi möminlər üçün ən çox xəcalət çəkilən, ən çox şəfqət umulan acizlik yeridir. (21:26)
- Əhməd Naimin, Mehmet Akifin və Vəhbi Əfəndinin cənazə namazlarına fərqli bir yanaşma.. ibrətli xüsuslar... (21:52)
- Əsas məsələ Haqq Təalanın hüzurunda Onun razı qaldığı qul olmaqdır, yoxsa təkcə insanların hüsnü-şahidliyi bir fayda verməz. Saleh qulların mərhumun yaxşı olmasına şahidlik etməsi, xeyirli insanların ona Quran oxuması və onun üçün istiğfar etməsi ancaq imanla gedən insanlar üçün – ehtimal olaraq – qurtuluş vəsiləsi olsa da, məsələnin canı, qanı insanın son səfərə hazır, "gəl" əmrinə müntəzir olarkən o biri dünyaya köçməsidir. (24:41)
- Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Peyğəmbərimiz Əbu Zər həzrətlərinin şəxsində bütün ümməti-Məhəmmədə belə buyurmuşdur:جَدِّدِ السَّفِينَةَ فَإِنَّ الْبَحْرَ عَمِيقٌ
وَخُذِ الزَّادَ كاَمِلاً فَإِنَّ السَّفَرَ بَعِيدٌ
وَخَفِّفِ الْحِمْلَ فَإِنَّ اْلعَقَبَةَ كَئُودٌ
وَأَخْلِصِ الْعَمَلَ فَإِنَّ النَّاقِدَ بَصِيرٌ
"Gəmini hər gün yoxla, gözdən keçir, çünki dəniz çox dərindir. Azuqəni tam götür, şübhəsiz, səfər çox uzundur. Çiynindəki yükünü yüngülləşdir, çünki yoxuş çox dikdir. Əməlində ixlaslı ol, çünki görən və bilən Rəbbin hər şeydən xəbərdardır." (27:27) - Oğlu İbrahim kiçik yaşda vəfat edəndə Müşfiq Nəbinin yanağından yaşlar süzülür. Ətrafdakılar "Sən də, ya Rəsulullah?" deyirlər. Onun verdiyi cavab bizim üçün gözəl bir meyardır: "Göz yaşarar, qəlb kədərlənər, amma dil Rəbbimizin razı olmadığı sözü dilə gətirməz!" Bunu deyən Peyğəmbərimiz qucağında can çəkişən oğlunu öpüb bağrına basır və "Ey İbrahim, həqiqətən, sənin ayrılığın bizi kədələndirdi" deyib göz yaşı tökür, amma qədəri tənqid və üsyan mənasında bircə söz də söyləmir. (29:06)
- Şübhəsiz ki, ana-ata, qardaş-bacı, dost-tanış üçün yaxınların ölüm xəbərini almaq böyük zərbədir. Belə bir xəbərə üzülmək və ağlamaq insanlığın, şəfqətin tələbidir. Sevdiyi bir insanın, ya da yaxın bir adamın vəfatına kədərlənməyənə ancaq daşürəkli demək olar. İbrahim Canan Xocanın vəfat xəbəri gələndə səsim boğazımda düyünləndi. İbrahim Canan kimi bir insana necə ağlamayasan!.. İnsanlığın İftixarı hər məsələdə bizim üçün ən gözəl nümunədir. O, çox bəla və müsibət görmüş və bu müsibətlər zamanı davranışları ilə bizə gözəl nümunə olmuşdur. Onun, xüsusilə də, oğlu İbrahimin vəfatı zamanı ortaya qoyduğu davranış bizim üçün ölçüdür. (31:20)
- tarixində yaradılmışdır.