Türk-Amerikan Liseyi Robot Düzəltdi, NASA Sponsor Oldu
“NASA” ABŞ-ın ən perspektivli bilik yarışlarından olan “FIRST Robota” qatılan Türk-Amerikan liseyinin “Troya Atı” adlı layihəsinə sponsorluq etdi.
Ölkə daxilində 42 min şagird və 1500-dən çox komandanın biliyini sınadığı yarışda bu il ikinci dəfə iştirak edən “Brooklyn Amity School” texniki problemlər səbəbi ilə yer tuta bilmədi.
Keçən il “Güllü” adlı robotla xüsusi mükafata layiq görülən Türk-Amerikan məktəbi yeddi yarışdan üçünün qalibi oldu. 9 şagird, 2 müəllim və bir mühəndisdən ibarət olan “Mustang” komandası, görünüşcə ata bənzəyən robota “Troya Atı” adını verdi. “Troya Atı”nın altı həftəlik səylər nəticəsində hazırlandığını deyən layihə müşaviri Mücahid Polad: "Şagirdlərimlə fəxr edirəm. Hamısı böyük əzmlə çalışdı. Bəzi texniki nasazlıq üzündən bu il dərəcə əldə edə bilmədik, lakin bu bizim üçün çox fərqli bir fəaliyyət oldu," - dedi. NASA-nın altı min, Nyu York Elektrik paylama şirkəti “Con Edison”un dörd min maddi vəsait verərək sponsorluq etdiyi “Troya Atı”nın istehsal mərhələsində çalışan lisey ikinci sinif şagirdi Samet Aycan: "Mən əslində həkim olmaq istəyirəm, lakin robot işi mənə əyləncəli gəldi. Bilmədiyim bir çox şeyi öyrəndim. İlk gün texniki nasazlıqlarla məşğul olduq. Bir-iki dəfə robotumuz işləmədi. Buna baxmayaraq hər şey çox gözəl idi," - dedi.
Keçən həftənin axırı “Javit Center”də həyata keçirilən Nyu York seçimlərində birinciliyi “The Bronx SciBorgsun” qazandı. Yarışın beynəlxalq finalı aprel ayında Atlandada keçiriləcək. “NASA”, Con Edison, MTA, Bloomberg Media, Verizon, IBM kimi böyük şirkətlər də bu yarışa sponsorluq edəcək.
- tarixində yaradılmışdır.