Gülən Hərəkatının Müəssisələri Cənub-Şərqdə Terrorun Qarşısını Alır
Amerikalı professor Mark Veb Fəthullah Gülən hərəkatının Türkiyənin şərqində fəaliyyət göstərən müəssisələrlə terrorun qarşısını aldığını dedi. Texas Texniki Universitetinin müəllimi professor Veb bir əvvəlki gün Luziana Ştat Universitetində təşkil olunan "'Müasir Dünyada İslam: Düşüncə və Praktikada Gülən Hərəkatı" adlı konfransa qatıldı. Çıxışında keçən il Diyarbəkir, Elazık və Malatyaya baş çəkdiyini deyən Veb apardığı tədqiqatlar və yerli camaatla keçirdiyi görüşlər nəticəsində Gülən hərəkatı könüllülərinin açdığı təhsil müəssisələrinin bölgədəki terror fəaliyyətlərinə qarşı mühüm bir sipər olduğuna şahidliyini dilə gətirdi.
Sayca beşinci olan bu beynəlxalq konfransla ziyalılar bir daha Gülən hərəkatı çərçivəsində araşdırma və düşüncələrini paylaşdılar. Konfransın açılışına ABŞ-ın müxtəlif ştatlarından sosioloqlar və siyasətçilər qatılmışdı.
Açılış çıxışında konfransın təşkilatçı sədri Mehmet Ulupınar Gülən hərəkatının Türkiyədə təşəkkül edib beynəlxalq miqyaslı status qazandığını dedi. Konfransın sponsorlarından “Atlas Vəqfi”nin Rəhbəri Katerina Eustis fərqli mədəniyyətlərin bir-birinə sevgi duymasının əhəmiyyətini vurğuladı.
“Humboldt” Universiteti İngilis dili və ədəbiyyatı professoru Tom Geyc də Gülən hərəkatının dialoq fəaliyyətlərinin cəmiyyətlərarası qarşıdurmaların aradan qaldırılmasında önəmli rol oynadığını dilə gətirdi. (Əli H. Aslan)
- tarixində yaradılmışdır.