Hüznlü qürbətdə bayram sevinci
Bir bayramı da qürbətdə – on ildi yaşadığı Amerikada keçirən Fəthullah Gülən Xoca Əfəndini həmin bölgədə yaşayan türklər tək qoymadı.
Bayram namazı və qurban kəsimindən sonra ona baş çəkməyə gələnlərlə nahar edən Xoca Əfəndi bayramla bağlı düşüncələrini belə bölüşdü: "Məncə, bayramlarda insanların bir araya gəlməsi qəlbləri də birləşdirir, bir araya gətirir. Bu ab-hava, bu atmosfer “vifaq və ittifaq” naminə dəyərləndirilməlidir. Bir-birindən uzaqlaşmış, bir-birindən qopmuş insanlar bunun sayəsində bir-birinə yaxınlaşar, aradakı soyuqluq ortadan qalxar. Bayramlaşmağa hədiyyələrlə getməli, münasibətləri gücləndirəcək, qüvvətləndirən davranışlar nümayiş etdirməliyik".
Bayramlaşma ənənəsində bəzi davranışların dini əsası olmadığını dilə gətirən Xoca Əfəndi: "Bizim bu gün anladığımız şəkildə Peyğəmbərimizin dövründə əl öpmə, qucaqlaşma yox idi. Hər kəs namazını qılar, evinə gedərdi. Bizdəki bu bayramlaşma mədəniyyətini, bəlkə də, məhrumiyyət doğurmuşdur," dedi.
Dini bi mane yoxdursa, adət-ənənədən gələn bəzi bayramlaşma hərəkətlərinin yaşadılmasında bir problem olmadığını deyən Xoca Əfəndi hətta bəzi hərəkətlərin böyük bir milləti birliyi üçün faydalı olduğuna da diqqət çəkdi: "Ənənədən gələn bayramlaşma mədəniyyəti bir vaxtlar böyük bir millət olan xalqımızın bir-birinə qaynayıb-qarışmasında faydalı olar. Əksinə çox qopuq (uzaq), çox dağınıq sosial həyat içində yaşayırıq. Əl öpmələr, qucaqlaşmalar dini əsası olmasa da, qaynayıb-qarışma naminə əhəmiyyətlidir. Məncə, bayramlarda bu toplanmalar qəlblərimizi də birləşdirir. Bu birləşmələr, qaynayıb-qarışmalar Allahın təvəccöhünə də səbəb olar".
Bayram vəsiləsi ilə hər kəsə yaxşılıq etməyi tövsiyə edən Fəthullah Gülən Xoca Əfəndi: "Mövləvilik ruhu ilə deyə bilmirəm, ancaq Hz. Mövlana və ya Hz. Yunus ruhu ilə bizə əl qaldıranların əllərini öpməliyik. Bu insanlara zərərli adamların topluma, millətə faydası olacaqsa əllərini deyil, lazım olsa, ayaqları da öpülə bilər. Ancaq bu əsla şəxsi qorxu, mənfəət naminə olmamalıdır," – dedi.
Cəmiyyətdə müxtəlifliyi xoş qarşılayıb din naminə də olsa, kəsə təzyiq göstərilməməsini istəyən Xoca Əfəndi “Bu mövzuda Peyğəmbərimizdən (s.ə.s.) nümunə götürülməlidir” dedi. Fərqliliyə qarşı dözümlü, tolerant olmağı vurğulayan Xoca Əfəndi: "Peyğəmbərimiz (s.ə.s.) ətrafında olan xristianlarla, yəhudilərlə yaxşı münasibətdə olmuş, hər kəsə qucaq açmışdır," – dedi.
Nahardan sonra ziyarətinə gələn uşaqlarla da bir-bir bayramlaşan Xoca Əfəndi onlara xərclik verməyi də unutmadı.
- tarixində yaradılmışdır.