Gürcüstandan Məsut Bozkıra yüksək xidmət ordeni
Gürcütanın Dövlət Başçısı Mixail Saakaşvili 18 ildir Gürcüstanda Beynəlxalq Qara dəniz Universiteti və Çağlar Təhsil Müəssisələri İdarə heyətinin Başçısı vəzifəsində çalışan Məsud Bozkırı Gürcüstandakı xidmətlərinə görə sadəcə əcnəbilərə verilən və çox az sayda adama nəsib olan (Qızıl Post) Yüksək Xidmət Ordeni ilə təltif etdi.
Mixail Saakaşvili: “Bu gün bir tərəfdən gözəl anlar yaşayır, digər tərəfdən də hüznlü hislər keçiririk. Ancaq Gürcüstan Məsud bəyin Türkiyə kimi bir vətəni oldu. O yalnız Türkiyəyə işləməyə gedir. Məsud bəy Gürcüstanda Beynəlxalq Qaradəniz Universitetini qurdu. Bu universitetin yeni kompleks binasının tikintisi başladı, yaxında sona çatacaq. Bu universitet istər təhsil, istərsə də arxitektura baxımından bölgənin ən gözəl universiteti olacaq.
Məsud bəy və yoldaşları (Gürcüstanda) təhsil, elm, ictimai və mədəni fəaliyyətləri ilə Gürcüstanın təhsilinə və inkişafına böyük töhfələr verdi. Türkiyə ilə aramızda könül bağı qurdular. Siz Türkiyə və Gürcüstan arasında dostluq körpüsü qurdunuz və bu körpünün yıxılması artıq mümkün deyil.
Müəssisələrinizin qapılarını ən çətin günlərimizdə – müharibə zamanı evsiz-eşiksiz qalan vətəndaşlarımızın üzünə açdınız. 800 insanın hər cür ehtiyacını təmin etdiniz. Yalnız müharibə zamanı deyil, başqa vaxtlarda da köməyinizi əsirgəmədiniz. Mən Gürcüstana etdiyiniz xidmətlərə görə Dünyada yalnız Gürcüstanda olan ən keyfiyyətli qızıldan hazırlanan Yüksək Xidmət Ordenini sizə təqdim etmək istəyirəm”.
Məsud Bozkır Gürcüstandakı dostları üçün axşam yeməyində vida ziyafəti verdi. Ziyafətə iqtidar-müxalifət siyasi xadimləri, partiya başçıları, millət vəkilləri, sənətçilər, media sahibləri, rektorlar, təhlükəsizlik işçiləri, Gürcü-Türk İş adamları və valideynlər qatıldı.
Duyğularla süslü vida gecəsində tarixi çıxışlar oldu: Gecədə duyğularını dilə gətirən Gürcüstan Dövlət Başçısının anası prof. Dr. Giuli Alasania: "Mən bu gün özümü aciz hiss edirəm" deyə sözə başladı: “Bir neçə gün əvvəl Məsud bəyin Gürcüstandan ayrılacağını eşitdim. Çox kədərləndim. “Onun burada qalması üçün nə edə bilərəm” deyə düşündüm, hətta düşüncələrimi özünə də bildirdim, amma təəssüf ki, bu mövzuda bir şey edə bilmirik. Çünki Gürcüstandan Gürcüstanı çox sevən bir insan gedir və biz heç bir şey edə bilmirik. Bu əlimizdə deyil. Məsud bəy Gürcüstanı çox sevir. Bunu bacara bilmək asan deyil. Sevgini pul ilə almaq olmaz, özünü zorla kimsəyə sevdirə bilməzsən. Məsud bəyin Gürcüstanda məndən çox dostu var. Buna layiq bir insandır. Heç kimdən sevgi gözləmir, özü insanların qapısını döyür, onlara sevgi saçır. Burada çox gözəl günlər keçirdik, bütün ağrılı və şirin günlərimizdə bizimlə birlikdə oldu. Gürcüstan üçün, Gürcü xalqı üçün etdiklərini unuda bilmərəm. Mən onu getmiş kimi qəbul etmirəm, amma gələcək həyatında sağlıq, müvəffəqiyyətlər diləyirəm".
Tiflis Qubernatorunun birinci müavini Mamuka Axvlediyani: Mən Məsud bəyin getməsinə, həqiqətən, çox üzülürəm. Məsud bəylə birlikdə bir çox məsələni müzakirə, həll etdik və ondan çox şey öyrəndim. O, Türkiyə və Gürcüstan arasında bir körpü vəzifəsini yerinə yetirdi. Bir çox gürcü onun sayəsində Türkiyəni, Türkləri gördü. Bir çox Türk də onun sayəsində Gürcüstana gəldi, gürcüləri tanıdı. Burada dostluq qurdular. Mən Türkiyəyə bir neçə dəfə getdim. Amma onunla getdiyim günlərin ləzzətini heç birində görmədim. Mən ondan çox şey öyrəndim. Ona bunun üçün çox təşəkkür edirəm.
Gürcüstandakı fəaliyyətlərə ən çətin günlərdə hər cür dəstək verən Gürcüstanın ən məşhur rejissoru Elder Şengelia duyğularını belə ifadə etdi: Biz Məsud bəylə çox çətin zamanlarda birlikdə olduq, bu yükü birlikdə daşıdıq. İlk günlərdə bəziləri bizi anlamırdı. Amma onlara da sevgi apardıq. Məsud bəy Gürcüstan üçün o qədər yaxşılıq etdi və gözəl işlər gördü ki, bu yaxşılıqlar onu buradan qopara bilməz. Biz onu buradan getmiş kimi görmürük. Bir gün təkrar görüşəcəyik və o gün sevincimiz çox böyük olacaq. Mən Xristianım və bunu demək istəyirəm; Allah sizi və ailənizi qorusun!
Gecədə bir media qurumunun sahibinin maraqlı çıxışı ilə yadda qaldı: ”Burada bir çox iqtidar-müxalifət adamı var, jurnalist, siyasətçi, rektorlar var, bizi kimsə asan-asan bir araya gətirə bilməz, bizi bu şəkildə bir araya gətirən bir şey var, bir bağ var. Hətta qarşılaşmaq istəmədiyimiz insanlarla eyni masa ətrafında otura bilirik. Bir-birimiz dinləyə bilirik. Bunun bizim üçün nə qədər əhəmiyyətli olduğunu, zənnimcə, hər kəs anlayır. Mən Məsud bəyi və yoldaşlarını bu mənada, həqiqətən, təbrik edirəm. (Fateh Dəmir, Tiflis)
- tarixində yaradılmışdır.