Gülən hərəkatının alternativi
ABŞ-da təşkil edilən “Şərq-Qərb görüşü: Gülən Hərəkatı” konfransı tanınmış elm xadimlərini bir araya gətirdi. İki gün davam edən seminarlarda məruzə ilə çıxış edən natiqlər Gülən Hərəkatının dünyəvi sülhə qatqısından bəhs etdilər. Kaliforniya Universitetindən Dr. Reza Aslan: "Həm İslami təməllərə, həm də insanlığı əhatə edən ifadələrə sahib olduğu üçün alternativi olmayan Gülən Hərəkati ilə fəxr etməliyik," şəklində danışdı.
Amerika həftə sonu Pasifika İnstitutu və Cənubi Kaliforniya Universitetinin müştərək təşkil etdiyi “Şərq-Qərb Görüşü: Gülən Hərəkəti” konfransına ev sahibliyi etdi. Konfrans dörd ayrı universitetin dəstəyi ilə Kaliforniya ştatının Los Anceles şəhərində keçirildi. Təşkilata qatılan natiqlər Gülən Hərəkatının dünya sülühünə qatqısından danışdılar. Kaliforniya Universiteti – Riversidenin tanınmış alimi Dr. Reza Aslan çıxışına: "Həm İslami təməllərə, həm də insanlığı əhatə edən ifadələrə sahib olduğu üçün alternativi olmayan Gülən Hərəkatı ilə öyünməliyik," sözləri ilə başladı. Güləni dinə, elmə, demokratiya və pluralizmə inanmış bir insan təqdim edən Aslan: "O, terroru və zorakılığı rədd edən, özünü ortaq həqiqətlərə həsr etmiş bir insandır," – dedi. Türkiyədəki inkişafı da yaxından izlədiyini bildirən Aslan AK Partiya ilə Fəthullah Gülən Hərəkatının bəzi dairələr tərəfindən niyə və necə “tənqid” edildiyini bildiklərini, lakin bunun açıq-aşkar qaralama məqsədi daşıdığını vurğuladı. Hyuston Rice Universiteti professorlarından Cill Carol da Gülən Hərəkatının ən təsirli xüsusiyyətini "Cavabdehlik və məsuliyyət şüurunda və bu gözəl fəaliyyəti həyata keçirənlərin onu özləri üçün deyil, tam əksinə hər kəs üçün etməsində görürəm,” şəklində izah etdi.
Konfransa dinləyici kimi qatılan sabiq Mədəniyyət Naziri Namiq Kamal Zeybek Gülən Hərəkatının, xüsusilə, Orta Asiyadakı təhsil fəaliyyətləri ilə Əhməd Yəsəvinin iz ilə gedən bir hərəkat olduğunu dilə gətirdi. Zeybek: "Bir Türk vətəndaşı olaraq Gülənin bu mövqeyə gəlməsi ilə qürur duyuram. Onu anlamağa çalışan və kömək edən hər kəsə təşəkkür edirəm," – dedi. Kaliforniyadakı Türkiyə mənşəli Erməniləri təmsil edən İstanbul Erməniləri Təşkilatı Başçısının Köməkçisi Edvin Minasyan da çıxışında onlarla yaxşı dialoq quran və konfransa təşkilatçılıq edən Pasifika İnstitutuna təşəkkürünü bildirdi, bu işlərin ilk dəfə Fəthullah Gülən tərəfindən başladıldığını vurğuladı.
USC - nin Davidson Konfrans Salonunda bir gün əvvəl başlayan seminarlara maraq böyük idi. Konfrans iclaslar, son məruzəçi və təqdimata qədər diqqətlə izlənildi. Vatikanın sabiq Dinlərarası Dialoq təmsilçilərindən Tomas Mişelin çıxışı ilə başlayan konfransın ilk günündə Los Anceles gəzintisi oldu. Konfrans Pepperdine Universitetinin Malibudakı Pasifik Okeanı mənzərəli kompleksində axşam yeməyi ilə sona çatdı. Dünyanın dörd bir tərəfindən konfransa qatılan ziyarətçilər fəaliyyətin məlumatlandırıcı bir formatda olduğunu bildirdilər.
- tarixində yaradılmışdır.