Abant Platforması dostluq və qardaşlığı tövsiyə etdi
Səlahəddin Universiteti və Mukriyani İnstitutunun İraqın şimalındakı Ərbil şəhərində Abant Platforması çərçivəsində müştərək keçirdikləri “Sülhü və gələcəyi birlikdə aramaq” konfransı səmimi atmosferdə və işgüzar şəraitdə tamamlanmışdır.
İki gün davam edən konfransda insan haqları, demokratiya, hüququn üstünlüyü, qarşılıqlı etimad və sabitlik kimi mövzular ətrafında geniş müzakirələr aparıldı və bölgə dövlətləri, müxtar quruluşlar arasında hərtərəfli əməkdaşlığın qurulmasının regionun inkişafına mühüm dəstək olacağı vurğulandı. İraq, eləcə də bu ölkənin şimalındakı Kürdüstan muxtariyyəti üçün Türkiyənin Avropa qapısı rolu oynadığı xüsusi vurğulandı, bu ölkələr arasında ortaq tarixi, dini, mənəvi dəyərlərə diqqət çəkildi, əlaqələrin yenidən gücləndirilməsinin tərəflər üçün böyük faydalar vəd etdiyi bildirildi.
Mətbuatın bu istiqamətdə fəaliyyət göstərməsi, sərhəd qapılarından gediş-gəlişin asanlaşdırılması, sərhəd ticarətinin gücləndirilməsi, hər hansı problemin güc yolu ilə həllinin qəbuledilməz olduğu, dostluq və qardaşlığın inkişafına xidmət edən hər cür təşəbbüsə dəstək verilməsi tövsiyə edildi.
- tarixində yaradılmışdır.