456-cı nəğmə: İman və ən karlı ticarət

456-cı nəğmə: İman və ən karlı ticarət

“Allaha iman hər dərdə dərman” deyərək söhbətə başlayan Fəthullah Gülən Xocaəfəndi Səadət Əsrindən və müasir dövrdən örnəklər verərək günahlardan və pis aqibətdən xilas olma baxımından imanın rolundan bəhs etdi.

Xocaəfəndi əvvəlcə imanın şərtlərinə toxunub şeytanın bəzi hiylələrindən danışdı. Həzrəti Ustadın “İmanda bir mənəvi Tubayi-cənnət çəyirdəyi var. Küfrdə isə mənəvi zəqqumi-cəhənnəm toxumu var” sözünü izah etdikdən sonra yenə də ona aid olan aşağıdakı ifadəni diqqətə çatdırdı:

“Yüzlərlə, milyonlarla başların fəda edildiyi müqəddəs həqiqətə bizim də başımız fəda olsun. Dünya od olub başımıza yağsa, Quran həqiqətlərinə fəda olan başlar kafirlərə təslim olmayacaq və qüdsi vəzifəsindən dönməyəcək, inşallah!”

Xocaəfəndi söhbəti “Allah, şübhəsiz ki, möminlərin canlarını və mallarını Cənnət müqabilində satın almışdır.” (“Tövbə” surəsi, 9/11) ayəsi ilə yekunlaşdırdı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.