Möhtəşəm Osmanlı və Əcdada Hörmət
Sual: Keçmişdə olduğu kimi son dövrlərdə də filmlər, teleseriallar və medianın onlar haqqında yorumları vasitəsilə Osmanlı Sultanları harəm, içki və səfahət mübtəlası, saray da səfalət yuvası və intriqa meydanı şəklində təsvir olunur. Bəzi həssas insanlar əcdadın yanlış qələmə verilməsinə qarşı çıxır, bəziləri də "sənətə tolerant" yanaşılmasının zəruriliyini iddia edir. Məsələni sələfə hörmət anlayışımız aspektindən izah edə bilərsinizmi?
- Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): "Sələflərinizi (sizdən əvvəl yaşayan böyüklərinizin) yaxşı və gözəl xüsusiyyətləri ilə yad edin, onların pis əməllərini dilə gətirməkdən çəkinin!" buyurmuşdur. (Əbu Davud, Ədəb 50) (01:14)
- Bir mömin (mömin) qardaşını bir səhvinə, qüsuruna, ya da (tövbə etdiyi) günahına görə qınasa, eyni şəkildə (başqaları tərəfindən) ayıblanmadan dünyadan köçməz. Kimi şəxsən öz başına gələn müsibətə görə eyni şəkildə qınanır; kimi də ailə üzvlərindən birinə görə qınağa düçar olur. (01:45)
- Quran keçmiş əcdadlara dua etməyi tövsiyə edərək bizdə onları xeyirlə yad etmə hissini oyadır. Bir ayədə belə deyilir: "Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kin (həsəd) və ədavətə yer vermə. Ey Rəbbimiz, duamızı qəbul et! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (“Həşr” surəsi, 59/10) (02:05)
- Müsəlmanlar keçmişi və sələfləri bu prinsiplər çərçivəsində xatırlayıb yad etməlidirlər. Ancaq əgər bu prinsiplərdən xəbərsiz olan bəzi şəxslər əcdadı xoşagəlməz şəkildə təsvir edirsə, möminlər buna qarşı çıxanda da ölçülü və tarazlı olmalı, o haqsız insanları haqlı çıxarmamalı, məzlum və məğdur vəziyyətinə salmamalıyıq. Ağlabatan, və məntiqli olanın ortaya qoyulmasına çalışmalı, xüsusən də, tarixçilərin sənədlər əsasında çıxış etməsinə şərait hazırlamalıdırlar. (03:44)
- Həzrəti Ustadın ifadələriylə desək, "Sənin ağzından bir il ərzində çıxan tüpürcək səndən bir gündə çıxsa, içində boğularsan. Müxtəlif vaxtlarda qəbul etdiyin “sulfato” kimi acı dərmanları bir gündə bir neçə adam içsə, hamısını öldürər". Eynilə bunun kimi, Osmanlıda bəzi insanların xətalarının, hər birinin işlədiyi və müxtəlif zamanlara yayılan qüsurlarının bir anda edildiyini təsəvvür etsək, çox çirkin bir tarixlə qarşılaşa bilərik. Halbuki Osmanlının bir də fəth və mədəniyyət tarixi var. Lakin təəssüf ki, zəflərinin əsiri olan bəzi insanlar o uca şəxsiyyətləri öz səviyyələrində götürərək – özləri üçün bəhanə uydurma və öz günahlarını az göstərmə psixologiyasının da təsiri ilə – yalan-yanlış təsvirə əl atırlar. (05:00)
- Qərblilərin qərəzli təhrifləri bir tərəfə, əcdad haqqında əksər yanlış izahlar, yorumlar onların şəxsiyyət, təbiət və xarakterini bilməməkdən irəli gəlir. Məsələn, Qanuni Sultan Süleyman həzrətlərinin qarışqalara göstərdiyi həssaslığı bilsələr, digər ittiham və böhtanların qeyri-mümkünlüyü öz-özlüyündən ortaya çıxar. Rəvayətlərə görə, Qanuni Sultan Süleymanın bağında gözəl ağacları, ya da çadırın dirəklərini qarışqalar basır. Sultan bu mövzuda məsləhət almaq üçün Şeyxülislam Əbussuud Əfəndini soraqlayır, amma tapa bilmir. Bir kağıza bu misraları yazır:
"Dirahta gər ziyan etsə qarınca
Günah vardırmı anı qırınca?"
(Əgər qarışqa ağaca zərər verər, onu qurudarsa, onu öldürmək günah sayılır?)
Əbussuud həzrətləri kağızı görür, Sultanın bu mənzum sualına nəzmlə cavab verir:
"Sabah Haqqın divanına çıxınca
Süleymandan haqqın alar qarınca!.." (06:10) - Yarım əsrə yaxın dövlətə başçılıq etsə də, həddini aşmayan Qanuni Sultan Süleyman həssas ömür sürən ədalət timsalı və haqpərəstlik abidəsi idi. Haqqın (Allahın) əmanətini müharibə meydanında təslim etmək istəmiş və elə də olmuşdur; Humayun Səfərində ordu Ziqetvar qalasının önündə ikən ruhunu təslim etmişdir. Mənqibəyə görə Qanuni xəstə günlərində Əbussuud Əfəndiyə bir sandıq verərək vəfatında bu sandığın onunla birgə basdırılmasını vəsiyət edir. Üləma arasında gedən mübahisələr nəticəsində dinimizdə əşya ilə basdırılmaq caiz olmadığından sandıq qəbirə qoyulmur. Ancaq maraqdan sandığı açıb baxırlar və Qanuninin hökm vermək üçün Şeyxulislamdan aldığı fətvaları görürlər. Bunu görən Əbussuud Əfəndi göz yaşı tökərək: "Sultanım, sən özünü qurtardın, bilmirəm, biz nə edəcəyik..." deyir. (07:47)
- Əndəlüsü fəth etdiyi gün xəzinəyə girib qızılları, ləl-cəvahiratları görəndə öz-özünə: "Tarık, dünən bir kölə idin. Bu gün müzəffər bir sərkərdəsən. Sabah nə olacağını da ancaq Allah bilir. Təkəbbürlənmə…" deyən və sonra qürura, kibrə məğlub olmamaq üçün yatağını kral sarayına deyil, axıra sərdirən Tarık b. Ziyadın təvazökarlığı eyniylə Osmanlı sultanlarında da var idi. Qanuni Sultan Süleyman və Yavuz Sultan Səlim kimi böyük insanlar səfərdən zəfərlə qayıdarkən paytaxta yaxınlaşanda xalqın onları təntənəli mərasimlə qarşılayacağını öyrənincə şəhərə girmək üçün qaranlığın düşməsini gözləyər, nəfsani duyğulara, təvazö və məhviyyətə xələl gətirən hislərə qapılmaqdan əndişə edərdilər. (10:04)
- Filmlər, tele-seriallar və onlar haqda ortaya atılan media yorum və müzakirələri vasitəsi ilə Osmanlı Sultanlarını harəm, içki və səfahət mübtəlası, sarayı da səfalət yuvası kimi təqdim etmək həm tarixi həqiqətlərə ziddir, həm də mənbələrində Osmanlını qaralayan bəzi Qərb tarixçilərinin qərəzli niyyətinə alət olmaq deməkdir. Belə bir yanlışı məsum göstərmək üçün sənət düşüncəsinə pənah aparmaq doğru deyildir. İllah da ortaya sənət qoymaq istəyirlərsə, mücərrəd fiqurlardan istifadə etmək olar. Millətin rəğbət bəslədiyi şəxsiyyətləri təhqir edib alçaltmaq sənətin kölgəsində də olsa, ədəbsizlikdir. (12:00)
- Osmanlı tütünlə XVII əsrdə tanış oldu. Tütünün Osmanlı bazarına girməsi ilə IV Muradın onu qadağa etməsi bir oldu. O Həzrət siqaret və içki kimi zərərli vərdişlərə qarşı qətiyyətli tədbirlər gördü. Dinin əmrlərinə çox həssas yanaşan Osmanlı sultanlarının çoxu ömrü at belində və cihad meydanlarında keçirdi. Belə insanların içki içib, qeyri-əxlaqi həyat sürməsi mümkündürmü?!. (17:45)
- O dövrdə ən çox bir bayraqdara ehtiyac vardı və Osmanlı da İslam bayrağını dalğalandırma missiyasını öz çiyninə götürmüşdür. Osmanlının dalbadal zülm və xəyanətlərlə üzləşdiyi, müstəmləkəçilərin İslam aləmini biçdiyi, fikir və düşüncəsini məhv etdiyi, yerində yalnız Osmanlıya həqarət və vəfasızlığı miras qoyduğu bir dövrün ardınca Malik bin Nəbinin dediyi sözlər – "Əgər İslam dünyasının şimalında Osmanlı olmasaydı, bu gün İslam dünyası da olmazdı. Osmanlı olmasaydı, bu gün yer üzündə müsəlmanlıq da qalmazdı" bu gerçəyi ifadə edir. (19:26)
- Əgər Osmanlı sultanları harəm, içki və səfahət mübtəlası, saray da səfalət yuvası olsaydı, fəthlərin dalbadal həyata keçməsi əsla mümkün olmazdı. Allah Təala Osmanlıya o böyük vəzifələri gördürübsə, demək, onlarda mənəvi keyfiyyət və yüksək məfkurə vardı. (20:41)
- Sultan Süleymana "Qanuni" ünvanının verilməsinin əsl və ilk səbəbi Osmanlı Hüquq tarixində məhdud qanunverici səlahiyyətindən istifadə edərək ən çox və ən müntəzəm qanunların onun dövründə tərtib olunmasıdır; digər səbəb də Onun dövründə qanunların heç bir fərq qoyulmadan hər kəsə ədalətli şəkildə tətbiq edilməsidir. Ona bu ünvan verilməsinin Avropadan qanunlar götürməsi ilə bir əlaqəsi yoxdur. Qaldı ki, Avropadan qanunlar götürməsi və İslam hüququndan imtina etməsi haqda iddialar da qətiyyən həqiqəti əks etdirmir. Qanuni Sultan Süleyman İslama zidd qanunlar hazırlatmamışdır; bəzi məsələlərdə Əbussuud kimi böyük İslam hüquqçularının fətvalarına əsaslanaraq və İslam Hüququnun verdiyi məhdud qanunverici səlahiyyətindən yararlanaraq hökmlər verdirmişdir. (23:13)
- "Dövləti-aliyyeyi-Osmaniyyə"nin yüksəliş dövründən əvvəl yaşamış Muhyiddin İbn Ərəbi həzrətləri "Şəcəreyi-Numaniyə" adlı əsərində yazır: "Raşid Xəlifələrdən sonra ən mükəmməl İslam dövləti dövləti-ali-Osmandır. Səhabeyi-kiramdan sonra Allahın muradını ən yaxşı yerinə yetirənlər Osmanlılardır". (26:26)
- tarixində yaradılmışdır.