Haqqa Tam Yönəlişin Ünvanı: Təbəttül
Sual: 1) “Taciran”, “bəndəgan”, “sadiqan” və “aşiqan” zümrələri – sufi təsnifatına əsasən –ibadətləri Cənnət arzusu, Cəhənnəm qorxusu, məhabət hissi, ya da əbd-məbud (qul-Allah) şüuru ilə yerinə yetirmə aspektlərindən hansı xüsusiyyətlərə malikdir? “Qəlbin Zümrüd Təpələri”ndə bu bölgü də daxilı olmaqla müstəqil mövzu kimi işlənən “təbəttül” məfhumu hansı mənalara ehtiva edir?
- İnsanda Cənnət arzusu olmalıdır, ancaq ibadət əsla Cənnət arzusu ilə yerinə yetirilməməlidir. Əksinə qulluq vəzifəsi və mükəlləfiyyətlər nəhayətsiz qüdrət və sonsuz rəhmət sahibi Allah təqdim edilən ubudiyyət, ya da dərəcəsindən asılı olaraq ubudət kimi yerinə yetirilməlidir. Cənnəti isə Allah Təalanın xüsusi lütfü kimi gözləmək lazımdır. Peyğəmbərimiz bir hədisi-şərifində (sallallahu əleyhi və səlləm): "Heç kim öz əməli ilə Cənnətə girə bilməz" buyuraraq bunu bəyan edir. Səhabeyi-kiram: "Siz də mi, ya Rəsulullah?" – deyə soruşur. Peyğəmbərimiz: "Bəli, mən də əməlimlə Cənnətə girə bilmərəm. Ancaq Allah Təala mərhəməti ilə məni bürüyər, fəzli və müstəsna lütfü ilə sərəfraz edərsə, o başqa" – cavabını verir. (Bax. Buxari, Riqaq 18; Müslim, Münafiqin 76). (01:16)
- Allah Allah olduğu üçün Məbuddur. Bəli, biz Allaha Məbudu-mütləq (ibadətin mütləq ünvanı, ibadətə layiq olan yeganə Zat), məqsudu-bil-istihqaq (Məqsədin yeganə layiqli ünvanı olan Allah) və məhbubu-haqq (Sevginin yeganə layiqli ünvanı olan Allah) olduğu üçün ibadət edirik. Əslində, burada kəlmələrin darlığından mövcudluq bildirən "oldu" sözünü işlətmək məcburiyyətində qalırıq. Ona görə də, bu həqiqəti bu cür ifadə etsək, daha düzgün olar: Allah Allahdır və buna binaən Ona qulluq etmək Onun haqqı, bizim də vəzifə və borcumuzdur. (05:10)
- Həqiqi təbəttül ərənləri təkcə dünya məsələlərində deyil, uxrəvi arzu və istəklərdə də daim planlı və sistemli olmuş və Haqq rizasını qayə bilmişlər. Onlar lahuti və uxrəvi fikirlərə dalanda nə Cənnət və huri-qılman düşünmüş, nə Cəhənnəmdən qorxmuş, nə də ibadətü-taətlə dünya və üqbaya aid bəzi şeyləri “sərgiyə çıxarmağa” cəhd göstərmişlər. Sufilərə görə, bunlardan birincilər "taciran", ikincilər "bəndəgan", üçüncülər "sadiqan", Haqqa uönəlib Ondan savayı hər şeydən uzaqlaşan dördüncülər də "aşiqan"dır. Aşiqan heç bir şey ummadan, təmənnasız, sırf "Sevilmək Onun haqqı, sevmək isə bizim vəzifəmizdir" düşüncəsi ilə yaşayan əsl təbəttül qəhrəmanlarıdır. (06:51)
- “Təbəttül” Peyğəmbərimizə bisətin bidayətində (peyğəmbərliyin başlanğıcında) Qurani-Kərimin "Müzzəmmil" surəsində əmr edilən xüsuslardan biridir. Allahu Təala Peyğəmbərimizi (əleyhissalatu vəssalam) vəhyin ağırlığı, aləmlərin başqalaşması, ölçülərin dəyişməsi, lahut aləminin qapılarının açılması kimi xüsuslarla əlaqədar olaraq yavaş-yavaş risalət vəzifəsinə hazırlayırdı. Bu ağır vəzifəyə hazırlanma mənasında Ona: "Rəbbinin adını zikr və təbəttül et (fanilərə bel bağlama və bütün qəlbinlə yalnız Ona yönəl" buyurulmuşdu. ("Müzzəmmil" surəsi, 73/8) (10:50)
- Təbəttül təkəllüf (bir şeyi çətinliklə əldə etmək) formasında (babında) işləndiyi üçün bu mənaya gəlir: "Sən masivadan (Allahdan qeyri hər şeydən) əlaqəni bir dəfə kəsməklə kifayətlənmə. Bu yolda sabitqədəm, əzmli və istiqamətli ol və özünü buna məcbur et. Varlıq aləmi, məxluqat, fitrətinə yerləşdirilən arzular, ailən, övladların olsa da, sən onları düşüncə və izan (anlayış) dünyanda ədəmə, yoxluğa məhkum et, cismaniyyətindən sıyrıl, cismin varlığından qurtul, qəlbin və ruhun mehvərinə oturub bütün mənliyinlə Allaha təvəccöh et, Ona yönəl, Ona
- Ayənin son sözündən aydın olduğu kimi, əsas tələb təbəttüldən daha çox hər şeydən əlaqəni kəsmək, yəni "təbtil"dir. Təbtil sözü felin təfil formasında olub çoxluq bildirir. Ancaq təbtil təbəttül sayəsində gerçəkləşir. Təbəttülə başlanğıcda iradəni layiqincə ortaya qoyub bütün varlığı ilə özünü Haqqa həsr edib masivadan əlaqəni kəsməklə Onu tam bilməyə, tapmağa və hətta “bilmə”in də fövqündə tapmağa yönəlmək deyilmişdir ki, bu zirvəyə çatan da "bətül" adlanır. Hz. Məryəmə məhz buna görə "Bətül" adı verilmişdir. Bu uca anamız təbtilə təbəttüllə çatanların önündə gələnlərdən biri kimi qəbul edilir. O, hər şey var olduğu halda, yalnız Allahı görmüş, Ona imanı-nəzər etmiş (diqqətini Ona yönəltmiş), Ona yönəlmiş və bütün masivadan uzaqlaşaraq mehraba sarılmış və bunun sayəsində axirətin ruzisi ilə yaşamağa başlamışdı. (13:01)
- Məryəm Anamız iffəti qorumaqda o qədər həssas idi ki, təməssül (bir şəkil və ya surətdə varid olan) edən bir ruhani varlığın qarşısında belə tir-tir əsmiş və "Səndən Allaha sığınaram" ("Məryəm" surəsi, 19/18) demişdir. Bu xüsusiyyətlərinə görə "Bətül"lə yanaşı "Əzra" adını da almışdı. Hər şey var ola-ola hər şeydən əlaqəni kəsmək, tövhidi qiblə bilib onun kimi "əzra"laşmaq, onun kimi "bətül"ləşmək lazımdır. Təbəttül məhz belə bir yol və güzərgahın adı və ünvanıdır. (14:50)
- Təbəttül əmrinin, "Rəbbinin adını zikr et!" (“Müzzəmmil” surəsi, 73/8) bəyanından sonra gəlməsi ilk öncə təbtil və təbəttül yolunun ən mühüm əsasını xatırladır. Bu da yola düşməzdən əvvəl yol azuqəsini xatırlatma məzmununda bir xəbərdarlıqdır. Buna görə də sufilər daha çox təzkir, təzəkkür və zikr yoluyla təbtilə çatmağın mümkünlüyünə inanmışlar. (18:35)
Sual: 2) Bəziləri "təbəttül"ü rahibliyə, yəni dünyadan tamamən əl-ətək çəkərək, ev-eşik və ailə sahib olma kimi nemətlərdən imtina edərək, hətta məşru (şəriətə uyğun) həzz və ləzzətləri də bütünlüklə tərk edərək bütün ömrü inzivada keçirməyə bənzədirlər. Təbəttülü ruhanilikdən əsas fərqi nədir? (19:11)
- Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Peyğəmbərimiz "İslamiyyətdə rahiblik yoxdur" buyuraraq həm əqidə, həm diyanət, həm də zühd anlayışı baxımından ölçüsüzlüyü, müvazinətsizliyi, fitrətə zidd hərəkət etməyi və həddi aşmağı rədd etmişdir. (19:38)
- Haqq Təala üzlət (guşənişinlik) və riyazəti qatı rahibliyə çevirib dözülməz səviyyəyə çatdıranları belə təsvir edir: "Sonra onların ardınca dalbadal peyğəmbərlər yolladıq. (Onlardan sonra) Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara fərz buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona da layiqincə əməl etmədilər Biz də onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə (Allaha asi olan) fasiqlərdir” (“Hədid” surəsu, 57/27). Məalını qısa verdiyim bu ayə göstərir ki, rahiblik əslində Həzrəti İsanın dinində də fərz deyil. Halbuki bəzi xristianlar bu mövzuda iki dəfə səhə yol vermişlər. Əvvəlcə, Allahın əmri olmayan bir şeyi özlərinə vacib etmiş, sonra da Uca Yaradanın rizasını qazanmaq niyyəti ilə çıxdıqları bu yolda insan fitrətinə zidd hərəkət etdiklərinə görə bu “vacib”i layiqincə yerinə yetirə biməmişlər. (21:08)
- Bəzi dinlərdə mövcud olan rahiblik mahiyyət etibarilə insan təbiətinə müharibə elan etdiyinə görə böyük məğlubiyyətlə üzləşmişdir. Çünki fitrət (təbiət) ona müharibə edənlərdən həmişə intiqam almışdır, almaqdadır. Rahiblik adı altında ölçünün, tarazlığın pozulması, halalın haram, haramın da müxtəlif “əsaslarla” halal sayılması, müəyyən adamlar üçün subyektiv olan və müvəqqəti sayılan bəzi çilə və riyazətin obyektiv qaydalar kimi hər kəsə və uzunmüddətli təklif edilməsi və bununla insan təbiəti deformasiyaya məruz qalınca fitrətin amansız intiqamına gətirib çıxardı: belə ki, dünya, şəhvət və ehtiras bataqlığında ən çox batanlar rahiblik iddiasında olanlar və onların xələfləri arasından çıxdı. (25:17)
- Mütləq təbəttül, yəni hər şeydən əlaqəni kəsmə və ətrafdakı hər şeydən üz döndərmə halı seyrü-süluqi-ruhanidə müvəqqəti yaşansa belə, o, həyatın təbii axarında mütəmadi olmamalıdır. Əks halda heç fərqinə varmadan sui-istifadə hallarına şərait hazırlamış olarsınız. Çünki insan həyatında məşru dairədə bir açıq qapı qalmalıdır. Əlbəttə ki, məşru dairədə bu həzz və ləzzətlər insan üçün kifayətdir. Ancaq siz o yolu bağlayar, o qapını açmaz, məşru dairədə olan həzz və ləzzətdən istifadəni təmin etməsəniz, onların qeyri-məşru dairəyə girmə ehtimalını artırmış olarsınız. (26:33)
- Bəli, insanların məşru dairədə, Allahın əmrləri çərçivəsində yaşamasını istəyiriksə, nə yemə-içmə, nə ailə həyatı, nə də övlad sahibi olma kimi məsələlərdə məşru dairənin qapılarını bağlamamalıyıq. Çünki təbiətin qoynunda yaradılan, təbiət ananın beşiyində yellənən, təbiət ananın məmələrindən süd əmən bir insanın təbiətə zidd yolla getməsi mümkün deyil. Əks halda öz təbiətini pozar və deformasiyaya uğradar. Təbəttülü rahiblikdən əsas fərqi də məhz budur. (28:10)
- Təbəttüldə yaşatma arzusu ilə həyatın göbəyində çadır qurub oturmaqla qəlb, ruh, hiss və zövqdə namütənahiyə, sonsuzluğa qanad açmaq və daim Allahla irtibatda olmaq qoşadır. Buna görə də bu yol daha əmniyyətli, daha təhlükəsiz və daha etibarlıdır. (30:24)
Sual: 3) Təbəttül "Haqqa məhrəm olanlara (yaxın dost olanlara) xas bir qürbət (yaxınlıq) və fərqli bir vüslət (qovuşma)" şəklində izah edilir. Bu baxımdan təbəttül yalnız övliyaya aid bir keyfiyyətdir? Vəlilik məqamına çata bilməyən möminlərdə də təbəttül ola bilərmi? (31:29)
- Başqa fəzilət və məziyyətlər kimi, təbəttül də həqiqi və nisbi olur. Başda Həzrəti Ruhu-Seyyidil-Ənam Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) həqiqi təbəttülə məzhərdir. Çünki insanı-kamil zirvəsində olan Peyğəmbərimiz dünya və ailə hüququna əməl etməklə yanaşı hüququllaha, yəni Allah hüququna da layiqincə riayət etmişdir. Dolayısilə, təbəttülü həqiqi mənada məhz O təmsil etmişdir. Bətuliyyətə örnək qadın olan, cahiliyyə dövründə belə iffətli ömür sürən Hz. Xədicə Anamızı, daha sonra Hz. Aişə və Hz. Fatimə analarımızı və onlardan sonra dərəcəsinə görə digər əzvacı-tahiratı (Peyğəmbərimizin pak zövcələrini) da bu kateqoriyaya daxil edə bilərsiniz. Ancaq təbəttülün də "mədaric (pillələr, dərcələr)" adlanan özünəxas dərəcələri var və hər birinin məqamı fərqlidir. Bunu yuxarıya doğru qalxan bir spirala (hələzona) bənzətsək, hər kəs səviyyəsinə görə bu spiralın bir pilləsində dayanır. (31:49)
- İnsanlığın İftixarı Peyğəmbərimiz “seyyidül-masumin (məsumların piri, ağası)”dir, günahın səmtindən də uzaq gəzən bir iffət abidəsidir. Əslində Onun izdivaca heç ehtiyacı olmamışdır, lakin İki Cahan Sərvəri insan təbiətinə uyğun bir sünnə (yol) qoymuşdur, o sünnəni özü də tətbiq etmiş və onun tətbiqi mümkün olan bir sistem olduğunu ümmətinə göstərmişdir. O, ən kamil rəhbər olduğuna görə obyektiv əsaslar ortaya qoymuşdur. Bizim üçün yeganə örnək və yol Odur. Dolayısilə, İslamda dünyadan tamamən əl-ətək çəkərək ailə qurmamaq və övlad sahibi olmamaq şəklində rahiblik yoxdur, əksinə peyğəmbəranə bir təbbəttül var. (33:20)
- Bir tərəfdə isə ömrünü ileyi-kəlimətullah (Allah adının ucaldılması) məfkurəsinə həsr edən “üzzab” (bakir) insanlar vardır. Səhabə və tabiun arasında belə insanlar olduğu kimi, İslam tarixində Nəvəvidən Hz. Piri-Muğana qədər Allah davasını çiyninə alan bir çox uzzab yaşamışdır. İmam Nəvəvi gündə ölməyəcək qədər bir-iki loğma yediyini söyləyir. Bunun səbəbini də belə izah edir: "Allah Təala mənə: “Mən səni yeməyi yeyən, üyüdən, sonra da boşaldan bir varlıq olmaq üçünmü yaratdım?” deməzmi?" Ardınca da çox yeməyin yuxu gətirdiyini, halbuki yazılıb-pozulası çox şeyin olduğunu bildirir və dinə xidməti bundan vacib sayır. Lakin qeyd edim ki, onun bu sözləri ali mülahizələr olsa da, subyektiv bir ictihad olduğuna görə hamı üçün mütləq deyildir. Ancaq o və onun kimi böyük şəxsiyyətlərin xalis niyyətinə baxanda onları bu məsələdə üzrlü saymaq lazımdır. Üstəlik onlar bu düşüncələrini heç kimə təlqin etməmiş və insanlara "Siz də mütləq belə yaşamalısınız" deməmişlər. (35:22)
- Müasir dövrdə İmam Nəvəvi kimi eyni yolu gedən Zatda da buna bənzər mülahizələrə rast gəlirik. O, "Evlənməyi düşünmədinizmi?" sualının cavabında belə bir sünnəti yerinə yetirmədiyinə görə çox üzüldüyünü bildirməklə yanaşı, xüsusi halqada İslam aləminin dərdinin bu məsələni (evlənməyi) unutdurduğunu söyləmişdir. Bu üfüqə çatmayan insanların onu anlaması müşküldür. Ancaq bir daha qeyd edim ki, onların bu mülahizələri, düşüncələri obyektiv deyil, subyektivdir. Buna görə də onlar bu mülahizə və ictihadlarını ümumiləşdirməmiş, obyektiv bir qayda kimi başqalarına təqdim etməmiş və bunu bir yol, bir anlayış şəklinə salıb ətrafında toplaşan halqalara təlqin etməmişlər. Bu səbəblə "onların etdiyi obyektiv mükəlləfiyyətdir" deməsək də, bu böyük insanların haqqı da tapdalanmamalıdır. Çünki bu cür düşüncələr çox ali və ucadır. Özü üçün yaşamayıb yaşatma hissinə bağlanmağın nəticəsidir. Dolayısilə onların bu halını və seçimini rahibliyə bənzər təbəttül forması kimi düşünmək olmaz. (36:55)
- tarixində yaradılmışdır.