İnsi və cinni şeytanlar

  • Hər büdrəyib yıxılanda "əstağfirullah", küfr və zəlalətdən qeyri hər şeyə də "əlhamdulillah" deməliyik. (00:33)
  • Əbu Hureyrə Həzrətlərinin Rəsuli-Əkrəmdən rəvayət etdiyi istiğfar duası:
    سُبْحاَنَكَ اللَّهُمَّ أَسْتَغْفِرُكَ لِذَنْبِي وَأَسْـأَلُكَ رَحْمَتَكَ * اللَّهُمَّ زِدْنِي عِلْماً وَلاَ تُزِغْ قَلْبِي بَعْدَ إِذْ هَدَيْتَنِي وَ هَبْ لِي مِنْ لَدُنْكَ رَحْمَةً إِنَّكَ أَنْتَ الْوَهَّابُ
    "Ey bütün nöqsanlardan münəzzəh olan Rəbbim, Sən (Zatına yaraşmayan hər şeydən) uzaqsan, münəzzəhsən. Allahım, Səndən əfv və mərhəmət diləyir və dilənirəm. Allahım, elmimi artır və hidayət verdikdən sonra bir daha qəlbimi sapdırma, dərgahından mənə rəhmət lütf et, şübhəsiz, Sən lütfü çox olan Vahhabsan". (02:20)
  • Xidmətdə “daş üstünə daş qoymaq” niyyətimiz varsa, buna da min dəfə "əstağfirullah"... (03:38)

Sual: 1

لَعَنَهُ اللّهُ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيباً مَفْرُوضاً وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ اْلأَنْعَامِ وَلَآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللّهِ وَمَنْ يَتَّخِذِ الشَّيْطَانَ وَلِيّاً مِن دُونِ اللّهِ فَقَدْ خَسِرَ خُسْرَاناً مُبِيناً يَعِدُهُمْ وَيُمَنِّيهِمْ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلاَّ غُرُوراً
bəyanında keçən “şeytanı idlal”, “ümniyə” və “xəlqullahı təğyir” kimi maddələr hansı xüsusları diqqətə çatdırır? Sözügedən ayəni necə anlamalıyıq, izah edə bilərsinizmi? (04:45)
  • Şeytan Allahı tanıyır, axirətə inanırdı. Bəzi rəvayətlərə görə, yer üzündə şeytanın səcdə etmədiyi yer qalmamışdı. Ancaq onun biliyi faydasız bilik və mərifətə çevrilməmiş bir inanc idi. (07:33)
  • Mühəqqiqlərə (həqiqəti araşdıranlar) görə, ilk dialektika şeytana məxsusdur, ilk demaqoq şeytandır. (11:09)
  • "Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam. Onları yoldan azdırarcaq, vədlər verəcək, ürəklərində arzular oyadacaq və onlara (bütlərə nəzir üçün) heyvanların qulaqlarını yardıracağam. Yenə onlara əmr edəcəyəm, Allahın yaratdıqlarını dəyişdirəcəklər” dedi. Kim Allahı deyil, şeytanı dost seçərsə, açıq-aşkar ziyana uğrayar. Şeytan onlara ancaq vəd verər və başlarını qatar. Şeytan əslində onları aldatmaqdan başqa nə vəd edir ki?!” (“Nisa” surəsi, 4/118-120) (13:15)
  • Bu ayələrdə şeytanın insanlara heyvanların qulaqlarını yarmağı əmr edəcəyindən də danışılır. Bu, nə deməkdir? Hal-hazırda da heyvanların qulaqlarını enlədirlər, bunun şeytanla bir əlaqəsi varmı? (17:50)
  • Xilqəti və fitrəti dəyişdirmək nə deməkdir, estetik cərrahiyə əməliyyatları da “xəlqullahı təğyir” sayılırmı? (20:00)
  • İnsanın həm özünün, həm də orqan və lətifələrinin yaradılış qayəsi var. İnsan bu istiqamətdə yaşamasa, orqan və lətifələrindən yaradılış qayəsinə uyğun istifadə etməsə, “xəlqullahı təğyir” etmiş sayılır. (22:48)
  • "Gözələ baxmaq savabdır" sözü hansı məqamda küfr olur? (26:49)
  • Həzrəti Ustad belə buyurur: "Ey ağıl, diqqət et! Məşum (uğursuz) bir alət hara, kainat açarı hara? Ey göz, gözəl bax! Adi bir qəvvad (arsız) hara, İlahi kitabxananın mütəfənnin (elm adamı) müşahidəçisi hara? Və ey dil, yaxşı dad! Bir tövlə qapıçısı və fabrik mühafizəçisi hara, xüsusi rəhmət xəzinəsinin müşahidəçisi hara? Və bunun kimi digər orqan və üzvləri müqayisə etsən, anlayarsan ki, həqiqətən mömin Cənnətə layiq, kafir isə Cəhənnəmə müvafiq mahiyyət kəsb edir. Çünki mömin Xaliqinin əmanətini imanı ilə Onun yolunda və Onun izn verdiyi çərçivədə, kafir isə xəyanət edib nəfsi-əmmarə üçün işlədir." (27:17)

Sual: 1

وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نِبِيٍّ عَدُوّاً شَيَاطِينَ الإِنسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَى بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُوراً وَلَوْ شَاء رَبُّكَ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ
bəyanında ən xeyirli insanlar olan peyğəmbərlərə belə düşmən kəsilən insi və cinni şeytanların varlığından bəhs olunur. İnsi və cinni şeytanların mahiyyəti və funksiyası haqda nə demək olar? Bu ayə bizə hansı xüsusları çatdırır? (29:55)
  • "Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar bir-birini aldatmaq məqsədilə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!" (“Ənam” surəsi, 6/112) (31:45)
  • Şeytan bəzi insanların ətrafında çirkin aura əmələ gətirir, orada laübalılığı yayır, batili təsvir etdirir, nifrət hislərini körükləyir, mahiyyətidə var olan şəhvət və qəzəb duyğuları hərəkətə gətirir. Beləliklə toruna saldığı insanların baxışlarını bulandırır, ağlını başından alır. Bəli, o dayanmadan vəsvəsələrini üfləyir, insi şeypurları da üfürdüyünü yaldızlı sözlər və dialektika ilə səsə çevirirlər. Aldatmaq üçün yaldızlı (zahiri gözəl, içi çirkin) sözlər söyləyirlər. Yəni vəhy kimi dalbadal eyham və işarələrlə olduqca süslü, yaldızlı sözlər təlqin edirlər. Bu sözlərin ancaq zahiri bəzəyinə baxanlar da aldanır və onların şeytanlığına məftun olurlar. (33.36)
  • Şeytan yalan vədlər verərək, zehninləri vahiməyə salıb pisliyə çağıraraq, kin və düşmənçilik toxumları səpərək və çirkin hərəkətləri gözəl göstərərək daim insanları aldatdığına görə Quranda digər adlarla yanaşı, "Ğarur" adı ilə də təqdim edilib. Ğarur Allahı, axirəti və həyatın məqsədini unutduraraq insanları həmişə aldadan, min cür oyunla ağlını başından alan, çox aldadan mənasına gəlir. (35:40)
  • Allah-taala peyğəmbərlərə belə insi və cinni şeytanları ona görə müsəllət etmişdir ki, o ən müstəsna qullar və həmçinin digər insanlar Allaha sığınmağın zərurətini daima hiss etsin və Onun hifzu-riayətindən bir anlıq da uzaqlaşmamaq üçün həmişə bu düşüncədə olsunlar:
    يَا حَيُّ يَا قَيُّومُ، بِرَحْمَتِكَ أَسْتَغِيثُ، أَصْلِحْ لِي شَأْنِي كُلَّهُ
    وَلاَ تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ

    >"Ey hər şeyi yaradan həyat sahibi Hayy və ey hər şeyin varlıq və bəqası qüdrət əlində olan Qayyum rəhmətinin vüsətinə etimad edərək Səndən mərhəmət dilənirəm, hər qüsurumu islah et, hər hərəkət və davranışımı qulluq şüuru ilə süslə və bir göz qırpımı qədər də olsun məni nəfsimlə tək qoyma, məni daima pisliyə, pis əməllərə sövq edən mərhəmətsiz nəfsimin əlindən qurtar!" (36:25)
  • "İnsi şeytanlar bizə toxunmur, çünki biz ağıl və fərasətimizlə “yol təhlükəsizliyimizi” təmin edirik" deyənlər peyğəmbərlərin başına gələnləri və əhli-zəlalətin kimlərə müsəllət olduğunu düşünmürlər. Halbuki şeytan və dostları ancaq öz dostlarına, onlara yaxın olanlara və "zərərsiz" saydıqları insanlara müsəllət olmazlar. (38:00)
  • Allahın Qurani-Kərimdə buyurduğu əmrlər istisna olmaqla, hər hərəkətin şeytandan olma ehtimalını heç vaxt unutmamalıyıq. Buna görə də daim təmkinli olmaq və Allaha sığınmaq lazımdır. (42:38)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.