"Kimsə Yoxmu?" Deyənlərə Qurban
Sual: Adanmış ruhlar Allaha yaxınlaşmağa vəsilə olan qurbanı qəlblərin bir-birinə isinişməsinə də vəsilə etmək üçün həm ölkəmizin şərqindən qərbinə, həm də Pakistan, Haiti kimi təbii fəlakətlərə məruz qalan, ya da Afrikanın kasıb ölkələrinə gedib könül körpüləri qururlar. Qurbanı bu şəkildə beş qitədə birdən bayrama çevrilməsinə vəsilə etməklə bağlı mülahizələrinizi və bu işin daha gözəl olması haqda tövsiyələrinizi bizimlə bölüşə bilərsinizmi?
- Hər şey mərkəzdə, başlanğıcda kiçik addımlarla başlayır. Sonra istər o işə çiyin verən və sahib çıxanların vəfada dərinləşməsi, istərsə onların alternativ fəaliyyətlər irəli sürərək yaxın və uzaqlara əl uzatması sayəsində bu iş böyüyür. Bu da zamana bağlı olan bir məsələdir. (01:30)
- Qurban da başlanğıcda Türkiyədə kəsilirdi, hər kəs ailəsinə pay ayırdığı kimi, qonşusuna, qohum-əqrəbasına da verirdi. Ancaq gün gəldi, daha çox qurban, nafilə qurbanlar kəsməyə əhd etməyə başladılar. (03:00)
- Hazırda da bu ənənə yerləşdi və dünyanın müxtəlif ölkələrinə qurbanlar göndərilir. (04:00)
- Qurban ətinin paylanması Avropa, Amerika kimi yerlərdə insanlara çox orijinal, çox cazibədar gəlir. O insanlar bu fərqliliyi sizin mədəniyyətinizə bağlayırlar. Hansı ruhi və mənəvi kökdən qidalanır, sizin bu əxlaqınız haradan qaynaqlanır? Orada İslam səxavəti, comərdliyi, mərdliyi varsa, hətta isar ruhu (özü ehtiyac içində ola-ola başqasına əl uzatma) varsa, bu sizin təməl dəyərlərinizə də sevgi və maraq oyadır. (04:45)
- Qurban paylamanın çox cəhəti var. Birincisi, kasıblara yardımdır. Bu bir sədəqədir. Hətta bu kimi yardımlar başqa din mənsublarına da verilə bilər. İkincisi, mədəniyyətinizə və dini dəyərlərinizə qarşı maraq oyadırsınız. Üçüncüsü, gözəl təmsillə vicdanlara güvən, etimad təlqin edirsiniz. Bu da vermək istədiyiniz mesajlar üçün gözəl şərait hazırlayır. (07:00)
- Lakin mövcud olanla kifayətlənmək dunhimmətdir (zəif niyyət, kiçik cəhd). Şkalanı həmişə yüksəltmək lazımdır. (09:00)
- Anadolu insanı mövcud iqtisadi vəziyyətinə baxmayaraq dünyanın dörd bir tərəfində təhsil fəaliyyətinə dəstək verir. Tomas Mişeldən (Tomas Michell) örnək... (10:30)
- Məsələnin digər tərəfi də "formatı dəyişmək"dir. Hər il bu işə yeni bir rəng, yeni bir naxış əlavə etməklə onu cazibədar hala gətirmək lazımdır. Məsələn, çox böyük anbarlarınız olsa, ikinci, üçüncü əl əşyaları aparıb möhtac insalanlara paylayar, hər dəfə fərqli şeylərlə onları sevindirmiş olarsınız. Onların üzünün gülməsi bizim də üzümüzün gülməsi deməkdir. (14:00)
- "İmkanı olub qurban kəsməyən bizim namazgahımıza gəlməsin". Hədisi-şərifi və qurbanın vacib olması... (16:00)
- İsar ruhu: Allah verdiyini son damlasına qədər insanların istifadəsinə təqdim etmə; vaxtınızı, imkanlarınızı, elminizi, mədəniyyətinizi, düşüncənizi insanlığın istifadəsinə vermə; müasir ifadə ilə desək, Allahın verdiyi hər şeyi bölüşmə deməkdir. Qurban da bu mövzuda bir nümunədir. (20:00)
- Qurbanların axirətdə minik olması... (21:00)
- Bütün ibadətlərdə Allah rizası əsas olduğu kimi, qurban ibadətində də Allah rizası əsasdır. (23:30)
- Qurban ibadətində çəkilən əziyyətlərin ibadət olması və niyyətin dərinliyi... (25:00)
- Sivil qurumları və onların bəzi böyük layihələri həyata keçirməsi... (31:00)
- "Kimsə Yoxmu?" qurumu və fəaliyyətləri... (31:30)
- Pakistan xalqının Birinci Dünya müharibəsində Anadolu insanı üçün etdiyi fədakarlıqlar... (33:00)
- Müəssisələrin bu yardımları qəbulu etməsi və paylaması açıq və şəffaf olmalıdır. (34:30)
- Sədəqənin ömrü uzatması... (35:30)
- Toplu şəkildə edilən işlərdə topluma düşən savab hər bir fərdin dəftərinə də yazılır. (39:00)
- tarixində yaradılmışdır.