Mavritaniya millət vəkili: “Türk liseyi ölkənin ən yaxşı məktəbidir”

Mavritaniya millət vəkili: Türk liseyi ölkənin ən yaxşı məktəbidir

Mavritaniyada Türkiyə iş adamlarının dəstəyi ilə qurulan Qayə liseyinin açılışında millət vəkili Meymunə Taqi (Meymune Taki) xanım: “Ölkəmizdə bu cür mükəmməl təhsil verən başqa bir məktəb yoxdur”, - deyib.

Tikintisi yeni başa çatan Türk liseyinin açılış mərasimində sabiq müdafiə naziri Əhəmədu Uldu Məhəmməd Radi (Ahmedu Ould Muhammed Radi), təhsil nazirinin müşaviri Talıb Əhməd Ciddu (Talip Ahmed Ciddu), çox sayda senator və millət vəkili iştirak edib.

Açılış tədbirində çıxış edən millət vəkili Meymunə Taqi Türk məktəblərindən ağızdolusu danışıb. Uzun illərdir yüksək təhsil verən bu məktəblərin fəaliyyətini yaxından izlədiyini söyləyən Taqi bu məktəblərin digər yerli məktəblərdən daha yüksək təhsil verdiyini söylərək sözə əlavə edib: “Həqiqətən ölkəmizdə bu cür mükəmməl təhsil verən başqa bir məktəb yoxdur”.

Mavritaniyada 2004-cü ildə fəaliyyətə başlayan Türk liseylərində hal-hazırda 273 şagird təhsil alır. 2010 və 2013-cü illərdə ali məktəblərə qəbul sınağında ən yüksək bal toplayan abituriyentlər yenə bu məktəblərin məzunları olub. Ötən il keçirilən riyaziyyat və informatika üzrə olimpiadalarda məktəbin şagirdləri 3 gümüş, 1 bürünc medal qazanmışlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.