Madaqaskar Mətbuatında Fəthullah Gülən
Madaqaskarda gündəlik Fransız dilində çap olunan və tirajı ən yüksək qəzetlərdən biri olan “L'Express” bir ilki gerçəkləşdirdi. Fəthullah Güləndən bəhs edən qəzet iki həftə boyu çərşənbə axşamları bütöv səhifəlik, rəngli, yazı silsiləsi yayımladı.
Fəthullah Gülənin həyatı, dünya sülhünə xidməti, dialoq naminə atdığı inamlı addımlar, görüşlər və dünya miqyasında "Sülh Adacıqları" adlandırılan Türk məktəbləri tanıdıldı.
Fəthullah Güləndən dünyanın tanınmış ziyalılarından biri və Türkiyə sərhədlərini aşaraq dünya miqyasında sevilən bir alim deyə bəhs edildi. Sibirdən Avstraliyaya, Kanadadan Çinə və İsveçdən Braziliyaya qədər sevənləri olduğu vurğulandı.
Gülən fəlsəfəsində dünyaya qucaq açan bir ümumbəşərilik var. Yazılarında başqalarını olduğu kimi, öz mövqelərində qəbul etmə və birlikdə yaşama mədəniyyəti vurğulanır.
Bir çox jurnalist, politoloq, alim və görkəmli şəxsiyyətin bu fəlsəfədən təqdirlə bəhs etdiyi ifadə edildi. Siyasətlə əlaqəsi olmadığı, dünya sülhü naminə Papa II-ci İohan Pavel olmaq üzrə bir çox nüfuzlu ruhani liderlə görüşlərinə yer verildi. Rusiya parlamentində keçirilən dialoq yığıncağında da Gülənin Gandiyə bənzədildiyi, lakin Gandinin öz xalqının məsələləri ilə maraqlandığı, Gülənin isə bütün dünyanın məsələlərinə həll yolu axtardığı qeyd edildi. Üstəlik İslamiyyətin adının Qərbdə fundamentalistlər ucbatından şiddət və ifratçılıqla birgə çəkildiyi, amma Fəthullah Gülənin düşüncə və fəaliyyətlərinin İslamın sülh dini olduğunu sübut etdiyindən bəhs olundu.
Həmçinin Gülənin fəxri rəhbəri olduğu Jurnalistlər və Yazıçılar Vəqfinin gördüyü fəaliyyətlərin tolerantlıq və dialoq naminə dünya müqyasındakı fəaliyyətlərdən bəhs edildi. (Həsən Uçar, Antananarivo)
- tarixində yaradılmışdır.