Kamor adaları Türkiyədən məktəb və yatırım istəyir
Kamor adalarının dövlət başçısı Əhməd Abdallah Mohamed Sambi Türk məktəblərinin öz ölkəsində də açılmasını istədi.
İstəyini İstanbulda keçirilən “İSEDAK” toplantısında prezident Abdullah Gülə də bildirən Sambi “Türkiyə Afrika qitəsində öz dilini və mədəniyyətini tanıtmalıdır,” dedi. “Zaman” qəzetinin İstanbul şöbəsinə baş çəkən dövlət başçısı Sambi Türkiyənin Kamor şagirdlərinə ayırdığı altı nəfərlik təhsil təqaüdünün də tezliklə əlliyə çıxarılmasını istədi. "Siz gəlməsəniz, başqaları gələr," deyən Sambi yoxsul olsa da, Afrikanın ən gözəl sahillərinə malik olan ölkəsinin böyük turizm potensialına sahib olduğunu ifadə etdi. Türk Əməkdaşlıq və İnkişaf İdarəsi Başçılığının (TİKA) inşaat sahəsində dəstək verəcəyini deyən Sambi Türk iş adamlarını da ölkəsinə sərmayə qoymağ çağırdı.
Kamor adalarının dövlət başçısı “İSEDAK” toplantısında gündəmə gətirdiyi "hər müsəlmandan bir dollar" kampaniya fikirini bir daha vurğuladı. "Müsəlmanlar yardımlaşmağı sevir. Kasıblar daha yardımsevər olur. Hər müsəlman ildə bir bir dollar versə, bu fondun köməyi ilə İslam ölkələrinin bir çox problemini kökündən həll etmək olar," deyən Sambiyə görə Türkiyə bu sahədə də İslam dünyasına nümunə ola bilər.
- tarixində yaradılmışdır.