Həsən Ertürk son mənzilə yola salındı
Həyatını dünyanın dörd bir tərəfindəki ehtiyac sahiblərinə həsr edən "Kimsə Yoxmu" dərnəyinin keçmiş koordinatoru Həsən Ertürk (37) son səfərinə yola salındı.
Qəzzə və Qərb Şəriyədə 80 min insana maddi yardım göstərilməsində böyük rol oynayan Ertürkün cənazə mərasiminə yaxınları və çox sayda sevənləri qatıldı. Tanıyanları Ertürkün yaşadığı həyatın hər kəsə nümunə olduğunu dedilər. Yeni il gecəsi Peruda vəfat edən Həsən Ertürk Bahçelievlər Hafiz Əli məscidində qılınan cənazə namazının ardınca Kocasinan qəbiristanlığında torpağa tapşırıldı. Cənazə namazında sevənləri və ailəsi göz yaşlarına qərq oldu.
Mərasimdə iştirak edən "Kimsə Yoxmu" dərnəyinin ümumi rəhbəri Məmməd Özkara Ertürkün minlərlə adamın dualarıyla əbədi həyata köçdüyünü vurğuladı. Ertürkün qısa ömürünə çox şey sığdırdığını ifadə edən Özkara: "Bugünkü gəncliyə nümunə olan bir həyat yaşadı. İnanıram ki, əkdiyi toxumlar həm axirətdə, həm dünyada meyvəsini çox gözəl bir şəkildə verəcək," – dedi. Onun Fələstin və Perudakı səylərinə şahid olduğunu izah edərək bunları əlavə etdi: "2007-ci ildə Perudakı zəlzələdə əziyyət çəkənlərin köməyinə çatdı. Üzərində Türkiyə bayrağı olan idman köynəyi ilə yardım payladı. Peru Respublikasının Prezidenti və Baş Naziri ilə dialoqlarını inkişaf etdirərək iki ölkə arasında diplomatik əlaqələr qurdu. Dövlət nümayəndələri ilə qurduğu yaxın əlaqə sayəsində Türkiyə-Peru dostluğunun inkişafında mühüm rol oynadı".
Yaxınlarından Ferhan Cahil "könül qəhrəman"ının son anlarını belə danışdı: "O qədər güclü imana sahib idi ki, öləcəyini 6 saat əvvəl öyrənincə mətanətli davranaraq tanışlarını axtarmış, halallıq istəmişdi. İstiqanlı, mehriban, mərhəmətli insan kimi tanınırdı". Ailəsi və qohumları isə Ertürkün etdiyi köməklərdən ölümündən sonra xəbərdar olduqlarını bu sözlərlə ifadə edir: "O qədər çox köməyi, səyi var idi ki, biz indi öyrənirik. Yaxşı ki bilməmişik. Danışmamışdı ki, Allah yalnız bilsin".
Magistraturasını Harvard Universitetində tamamlayan "Kimsə Yoxmu" dərnəyinin keçmişKoordinatoru Həsən Ertürk dərnək və TİKA-nın Qüds nümayəndəliyini də boynuna götürdü. TİKA və "Kimsə Yoxmu" vasitəsilə ömürünü ehtiyac sahiblərinə həsr edən müstəsna şəxsiyyətlərdən biriydi. Ürəyi yoxsulluq və xəstəliyin hökm sürdüyü gəzdiyi coğrafiyalarda döyünürdü. Qəzzə və Qərb Şəriyədə 80 min möhtacın imdadına çatan Ertürk 2007-ci ildə 7,9 bal zəlzələ ilə yerlə-yeksan olan Peruya göndərilən köməkləri koordinasiya etmişdi. Peruda 340 zəlzələ iqamətgahı edilməsinə təşəbbüskar olmuş, ən son keçdiyimiz Qurban bayramında bu ölkədəki 3 min uşağa paltar və qida paylanmasını təmin etmişdi.
3 ildir, həyatını burada davam etdirən "könül qəhrəmanı" isti davranışları və dövlət nümayəndələri ilə yaxın əlaqəsi sayəsində həmin bölgədə yaşayan insanların da hörmətini qazanmışdı.
- tarixində yaradılmışdır.