Fəthullah Gülənin sülh anlayışı Kölndə müzakirə edildi
Almaniyanın Köln şəhəri “dinlərarası sülh” naminə əhəmiyyətli bir simpoziuma ev sahibliyi etdi. Simpoziumda qlobal və dinlərarası sülh mövzusu üç böyük şəxsiyyətin fikirləri məzmununda müzakirə edildi. Fəthullah Gülən, Dalai Lama və Marşal Rosenbergin fikirlərini müzakirən edən iştirakçıların ortaq ümidi isə "müharibəsiz bir dünya" oldu.
Almaniyanın Köln şəhərində dialoq fəaliyyətləri ilə ad qazanan Mədəniyyətlər Arası Dialoq Dərnəyi (IKULT) "Zorakılıqdan uzaq ünsiyyət və mədəniyyətlərin ictimai sülhə töhfəsi" mövzulu simpozium keçirdi. Simpoziumda Fəthullah Gülən, Dalai Lama və Marşal Rosenbergin sülh haqqındakı düşüncələri müzakirə edildi.
Aparıcılığını Köln Universiteti Fəlsəfə fakültəsindən prof. Jürgen Nielsen-Sikoranın edən simpoziumda Fəthullah Gülənin ünsiyyət anlayışı ilə bağlı məruzəni Dinlərarası Dialoq Platformundan (FID) Eyub Bəşir oxudu. Gülən həmişə mənən zəngin və müdrik bir gənc nəslin xəyalını qurur deyən Bəşir: "Gülən üçün insanların ümumi insan haqları içində bir araya gəlmələri çox əhəmiyyətlidir," – dedi. Fəthullah Gülənin “Müsəlman terrorist, terrorist də müsəlman ola bilməz” ifadəsinə diqqət çəkən Bəşir bu ifadənin onun insana verdiyi dəyəri və insani dəyərləri necə müdafiə etdiyinin bir nişanəsi olduğunu dilə gətirdi. Gülən bu nöqteyi-nəzərlə dinlərarası dialoqu mümkün gördüyünü deyən Bəşir: "Onun dialoq fikirləri 11 sentyabrdan sonra meydana gəlməmişdir. O, Türkiyədə hələ 70-ci illərin əvvəlində sağ və sol fikirli, liberal və dindar insanları sülh içində bir araya gətirməyi bacarmışdır," dedi.
Fəthullah Gülənin “İslam fərqli fikirlərə hər zaman hörmət edir” fikirinə diqqət çəkən Bəşir Gülənin bu ifadələrini qeyd etdi: "İslam fərqli fikirləri həmişə hörmətlə yanaşmışdır, ancaq təəssüf ki, bu kifayət qədər başa düşülməmişdir. Buna təəssüf edirəm ki, İslam dünyasında bəzi idarəçilərin və kamilliyə çatmamış bəzi müsəlmanların, fundamentalist İslam anlayışından başqa bir silahları yoxdur. Bu silahla onlar öz şəxsi hədəflərini həyata keçirməyə çalışırlar. Ancaq İslam Allahın göndərdiyi bir dindir və qaydaları olduğu kimi qəbul edilib sevilməlidir".
Türkiyədə müsəlman, xristian və yəhudilərin sülh və əmin-amanlıq içində yaşadıqlarını deyən Bəşir: "Gülən Papa II Paulu ziyarətində Efes, Qüds kimi yerlərə üç böyük din mənsublarının birlikdə səyahətini təklif etmişdi. Həmçinin Qüdsün Osmanlı dövründə olduğu kimi üç səmavi dinin ortaq müqəddəs şəhəri olaraq elan edilib qapısı hər kəsə açıq azad region olmasını, Urfada Hz. İbrahimin övladları olaraq üç din ortaqlaşaraq bir universitet açmasını təklif etmişdir," – dedi.
- tarixində yaradılmışdır.