Fəthullah Gülən Xoca Əfəndidən sülh məktubu
Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Müftülüyü, Moskva Bələdiyyəsi və İslam Konfransı Təşkilatı birlikdə təşkil etdiyi "Rusiya və İslam dünyası: stabillik naminə əməkdaşlıq" konfransa dəvət edilən Fəthullah Gülən Xoca Əfəndi bir məktub göndərərək düşüncələrini iştirakçılarla bölüşdü.
Gülən məktubda bəşəriyyətin ortaq problemlərinin həllində müxtəlif din, mədəniyyət və cəmiyyətlərlə əməkdaşlığın zəruriliyini vurğuladı. Konfransın zəngin tarixi, mədəniyyət təcrübəsi və tərkibində müxtəlif dinləri və millətləri ehtiva edən Rusiya Federasiyasında həyata keçirilməsinin ayrı bir əhəmiyyət daşıdığını bildirərək: "Rusiya Federasiyasının fərqli mədəniyyətlərə olan hörmətinin digər göstəricisi də yeni fikirlərin formalaşmasında zəmin hazırlamağa həssaslıqla yanaşmasıdır," – dedi. Gülən məktubda Medvedev və digər dövlət nümayəndələrini fəaliyyətlərinə görə təbrik etdi. (“Cahan” Xəbər Agentliyi)
- tarixində yaradılmışdır.