Fəthullah Gülən: “İŞİD ümumbəşər cinayət törədir”

Fəthullah Gülən: İŞİD ümumbəşər cinayət törədir

Fəthullah Gülən Avropanın önəmli qəzetlərində yayımlanan elanla İŞİD-i qınayıb.

Dünyanın ən mötəbər qəzetlərindən olan ingilis “Guardian” qəzetində dünən yayımlanan elanda İŞİD-in qurbanları üçün başsağlığı verilib. “İŞİD zülmü ən ağır şəkildə lənətlənməli” başlıqlı elan oktyabrın 2-də Fransanın “Le Monde”, sentyabrın 22-də isə Belçikanın “De Morgen” və Hollandiyanın “de Volksrant” və “NRC Handelsblad” qəzetlərində də yayımlanıb.

İŞİD-in ümumbəşər cinayət törətdiyini bildirən Gülən, “Hər hansı bir etnik qrupa və ya məsum mülki şəxslərə qarşı təzyiq ya da zülm, Quranın ali düsturlarına və Peyğəmbərimizin (sas) yoluna tamamilə ziddir. İŞİD üzvləri, əgər bir qrup güc mərkəzlərinin oyuncağı kimi və ya şəxsi mənfəətləri istiqamətində hərəkət etmirlərsə, bağlı olduqlarını iddia etdikləri İslam dininin ruhunu qavramamış cahillərdir deyilə bilər. Hər iki halda, fəaliyyətləri terrordur və bu işə bulaşanlar ədalətə təslim edilməli, işlədikləri cinayətlərin hesabını verməlidirlər”, - deyə davam edib.

İslamın sülh, insan hüquqları, insan azadlığı və hüququn üstünlüyünü müdafiə etdiyini bildirən Gülən, “Bunun əksini iddia edənlər, xüsusilə də dini münaqişələri alovlandırmağa alət olanlar həm özləri aldanmış olar, həm də insanlığı aldatmış olurlar”, deyib. Elanda İŞİD-in Əl-Qaidə və Boko Haram terror qruplaşmaları ilə eyni totalitar zehniyyəti daşıdığı ifadə edilib.

Gülənin İŞİD-i qınayan elanı 17 sentyabrda ABŞ-ın “Nyu York Taymz”, “Vaşinqton Post”, “Çikaqo Tribun”, “Vol Strit Cournal” və “Los Ancelos Taymz” qəzetlərində də yayımlanmışdı.

Avropa mətbuatında yer alan elanlar Gülənin fəxri sədri olduğu Brüssel mərkəzli “Kültürlərarası Dialoq Platformu”, İngiltərə mərkəzli fəaliyyət göstərən “Hizmət Araşdırmaları Mərkəzi” və Fransa mərkəzli “Paris Kültürlərarası Dialoq Platformu” tərəfindən yayımlanıb.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.