"Ən nüfuzlu 500 müsəlman" siyahısında Türkiyədən 20 şəxsiyyət
Amerikanın “Corctaun Universiteti” və İordaniyanın “Strateji İş Mərkəzi” "Dünyada ən nüfuzlu 500 müsəlman"ın siyahısını elan etdi.
“Ən nüfuzlu müsəlmanlar” siyahısında ilk 50 şəxs içində Türkiyədən dörd nəfər var. “Corctaun Universiteti”nin şəxslərin dünyada nüfuzu və dünya miqyaslı inkişafa töhfələrini nəzərə alaraq tərtib etdiyi siyahının ilk sırasında Səudiyyə Ərəbistan Kralı Abdullah gəlir. Baş Nazir Rəcəb Tayyip Erdoğan siyahıda beşincidir. Türkiyədən dünyanın ən nüfuzlu ilk 50 müsəlman sırasıan daxil olan növbəti üç nəfər də Türkiyənin prezidenti Abdullah Gül, Fəthullah Gülən Xoca Əfəndi və İslam Konfransı Təşkilatı Ümumi Katibi Ekmeleddin İhsanoğludur. Sıyahıda F. Gülən 13-cü, Abdullah Gül 28-ci, İslam Konfransı Təşkilatı Ümumi Katibi Ekmeleddin İhsanoğlu isə 40-cı sıradadır. Siyahıda F. Gülən “mütəfəkkir, pedaqoq və Türkiyənin ən nüfuzlu ziyalılarından biri” olaraq xarakterizə edilir.
"Dünyada ən nüfuzlu 500 müsəlman" siyahısında Türkiyədə müxtəlif sahələrdə fəaliyyət göstərən 20 şəxs var. Media sahəsində “Zaman” qəzetinin Baş Redaktoru Ekrem Dumanlı nüfuzlu jurnalist və ziyalı olaraq vəsf edilir. Dünyanın ən nüfuzlu müsəlmanları içində Türkiyədən üç qadın da var. Bunlar Türkiyə prezidentinin həyat yoldaşı Hayrunnisa Gül, Qadın Haqları Dərnəyi Rəhbəri Fatma Benli və moda dizayneri, stilist Rabia Yalçındır.
Siyahıdakı digər şəxslər: Xarici İşlər Naziri Ahmet Davutoğlu, Diyanət İşləri Başqanı Ali Bardakoğlu, “Zaman” qəzetinin müxbiri Ali Bulaç, Erdoğanın Xarici Siyasət İşlər üzrə Müşaviri İbrahim Kalın, Harun Yəhya, Prof. Hayrettin Karaman, sabiq baş nazirlərdən Necmettin Erbakan, İslam Elm Tarixi mütəxəssisi prof. Fuad Sezgin, Diyanət İşləri Başqanı Müavini professor Mehmet Görmez, IRCICA Başqanı prof. Halit Eren, Nazir Mehmet Aydın və İstanbul Müftüsü prof. Mustafa Çağrıcı.
- tarixində yaradılmışdır.