Berlində ziyalılar Gülən Hərəkatını müzakirə edəcək

Ziyalılar London və Rotterdamdan sonra indi də Almaniyanın Potsdam və Berlin şəhərlərində Fəthullah Gülənin fikirlərini müzakirə etmək üçün toplanacaq.

Bütün əsərlərində sevgi, sülh və tolerantlıqdan bəhs edərək mədəniyyətlər və dinlər arasında dialoqa çağıran Fəthullah Gülənin düşüncələri 26-27 may tarixlərində Almaniyanın ən məşhur universitetlərindən Potsdam Universitetində, "Ənənə ilə Müasirlik Arasında Müsəlmanlar - Gülən Hərəkatı Mədəniyyətlər Arasında Körpü Kimi" adlı konfransda müzakirə ediləcək. Almaniyadan, Türkiyədən, Rusiyadan, İngiltərədən, ABŞ-dan, Avstraliyadan, Hollandiyadan və İsveçdən gələn 40 elm adamının iştirak edəcəyi konfransda Fəthullah Gülənin fikirləri və dünyadakı təsiri müzakirə ediləcək.

Fəthullah Gülən və Könüllülər Hərəkatı tez-tez istər Almaniya, istər dünya mediasında gündəmə gəlir. Xüsusilə Almaniyada aparılan dialoq fəaliyyətləri və açılan sevgi məktəbləri diqqəti bu hərəkatın üzərinə çəkir. Berlində üç ildir fəaliyyət göstərən FİD BERLIN e. V. (Berlin Mədəniyyətlərarası Dialoq Dərnəyi) təşkil etdiyi simpoziumlarda, iftarlarda, bu günə qədər keçirilən iyirmiyə yaxın dəyirmi masa toplantılarında və çox sayda Türkiyə gəzintilərində sevgi, sayğı, xoşgörü və birgə yaşamaq kimi hədəflər naminə bir çox həmkar təşkilatlarla birlikdə öz işini davam etdirir. Haqqında çox sayda xəbər çıxan və müəyyən təbəqələrin yanlış qələmə verdiyi Hərəkatı tanıtmaq və elmi zəmində müzakirə etmək üçün həmkarlıq təklifini alan qurumlar Gülənin və bu hərəkatın düzgün anlaşılması üçün konfransda partnyor təşkilatçı kimi iştirak etməyi qəbul etdilər.

Dünyada əks-səda doğuracağı gözlənilən konfrans birlikdə yaşamaq və dialoq fəaliyyətləri naminə müxtəlif layihələrlə bir yerə toplanan Potsdam Universitetinin Dini Elmləri İnstitutu, FİD BERLİN e. V. (Berlin Mədəniyyətlərarası Dialoq Dərnəyi), Almaniya daxilində fəaliyyət göstərən Protestant Akademiyası, Abraham Geiger Kolleg və məşhur Alman Orient İnstitutunun birgə iştirakı ilə təşkil edilir. Konfransın həmçinin dünyanın məşhur alimlərindən ibarət bir heyəti də var. Onlar arasında Almaniyanın ən məşhur mədəniyyət alimlərindən biri olan Prof. Christina von Braun, “Weltethos” Vəqfinin ikinci prezidenti Prof. Karl-Josef Kuschel və Prof. Walter Homolka kimi ziyalılar da var.

Konfransın http://uni-potsdam-gulen-konferenz.de saytında konfransla bağlı geniş məlumat əldə etmək olar. Saytda bildirilir ki, konfransın məqsədi "Bütün dünyadakı müsəlmanlara təsir edən din xadimi və sülh təşəbbüskarı olaraq Fəthullah Gülənin fikirlərini anlamaqdır".

Gülən hərəkatının hədəfində beynəlxalq təhsil sistemi ilə Qərb və İslam arasında əlaqələri müsbət istiqamətdə inkişaf etdirmək var. İnsanlara inanc, rəng və millət fərqi qoymadan xidmət edən hərəkat 6 seminarda müzakirə olunacaq. Bu seminarlarda İslam dünyasının dəyişməsindən, Gülənin İslamı yenidən şərh edən fikirləri və onun İslam dünyası ilə Qərb arasında körpü qurulmasında rolu, İslam-Quran şərhi və Gülənin İslam-demokratiya, qloballaşma kimi mövzulardakı fikirlərindən danışılacaq.

Potsdam Almaniyanın şimal-şərqində yerləşən Berlin yaxınlığındakı Brandenburg əyalətinin paytaxtıdır. Potsdamda olan Sanssouci Sarayı 1918-ci ilə qədər Prusiya krallar tərəfindən müxtəlif ölkələrdən gələn elçilərin qəbul edildiyi məkan kimi tanınınır. Konfrans sarayın bir  hissəsi olan “Am Neuen Palais” bölümündə, Audimaxda keçiriləcək. Konfransın yekun mərasimi Berlinin Hilton otelində olacaq. Çox sayda siyasətçinin və alimin qatılması gözlənilən yekun mərasimində millət vəkili və Türk-Alman Milli Məclis Nümayəndələri Dostluq Qrupunun Rəhbəri Tomas Kossendeyin də çıxışı olacaq. Konfransla maraqlananlar FİD BERLIN və ya konfransın saytından qeydiyyatdan keçə bilərlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.