Berlində Gülən konfransı başladı
Almaniyanın Potsdam Universitetində tərtib olunan "Ənənə və müasirlik arasında müsəlmanlar. Mədəniyyətlər arasında körpü – Gülən hərəkatı" adlı iki günlük beynəlxalq konfransda Fəthullah Gülənin düşüncələri, dünyaya baxışı, təhsil və dialoq fəaliyyətləri haqqında müzakirələr aparıldı. Gülənin ümumbəşəri dəyərləri vurğulayaraq, dil, din, irq fərqi qoymadan insanları birləşdirməyə təşviq etdiyini gündəmə gətirən konfransda dünya sülhünün qarşılıqlı anlayış, qərəzsiz yanaşmalar və yalnız insanlıq məxrəcində təsis ediləcəyini vurğuladı.
Potsdam Universiteti Dini Elmləri Fakültəsi və Berlin Mədəniyyətlərarası Dialoq Forumu (FID) tərəfindən tərtib olunan və Abraham Geiger Kolleci, Protestant Akademiyası ilə Alman Şərqşünaslıq İnstitutu tərəfindən də dəstəklənən konfransa çox sayda qonaq qatılarkən, Gülən Hərəkatını tanımaq üçün müxtəlif ölkələrdən Berlin Potsdama gələn nazirlik nümayəndələri, elm xadimləri, jurnalistlər, iş adamları, dərnək və institut rəhbərləri, şagirdlər mədəniyyətlər və dinlər arası dialoq mövzusunda bir-birindən maraqlı çıxışları dinləməyə imkan tapdılar.
Potsdam Universiteti Dekanı Professor Sabina Kunst açılış nitqində İslamla dialoqun ictimai miqyasa malik olduğunu vurğulayaraq, müsəlmanlarla aparılan dialoqlarda tənqidə müsbət rəy verdiyi halda, qərəzlilik və qarşılıqlı polemikadan uzaq olmağa çağırdı. Üç səmavi dinin ortaq köklərini xatırladan Kunsta görə xariciləşdirmək və hər şeyi “ağ-qara” olaraq təsvir etməkdən uzaq olmaq lazımdır.
Müxtəlifliyə hörmətin əhəmiyyətindən söz açan dekan Professor Bernhard Kroener isə Alman plüral cəmiyyətinin müsəlmanlara əl uzatmaması təqdirdə immiqrantların öz içinə qapanacağını bildirdi. "Dialoq qarşılıqlı hörmətdir. Bu hörmət insana hörmətdir, fərqli ibadət şəkillərinə hörmətdir" deyən Kroener, müxtəlifliyə hörmətin əhəmiyyət li olduğunu vurğuladı.
Konfransın ilk çıxışını edən Humboldt Universiteti müəllimi Professor Wolfgang Kaschuba Avropa ənənəsində “düşmən etmə, xariciləşdirmənin” olduğunu deyərək, müsəlmanların Almaniya və Avropada yeni bir düşmən kimi görüldüyünü qeyd etdi. Müsəlmanlara qarşı qərəzin müxtəlif sahələrdə “körükləndiyini” vurğulayan Kaschuba fərqliliklərə təhlükə amili kimi baxıldığını qeyd etdi. Müxtəlif nümunələrlə müsəlmanların "Biz cəmiyyətin bir parçasıyıq" mesajını verdiklərini vurğulayan Kaschuba sülh şəraitində birgə ömür sürməyə ehtiyac olduğunu xatırlatdı.
Konfransda təşkil olunan seminarda çıxış edən FID Dərnəyinin Rəhbəri Ərcan Karakoyun demokratiyanın İslamla zidd olmadığını ifadə edərək F. Gülən fikirlərinin sülhə xidmət etdiyini dedi. "Gülən hərəkatı siyasi məqsədləri olmayan ictimai hərəkatdır" deyən Karakoyun bildirdi ki, Gülən hərəkatı mənsubları göstərdikləri fəaliyyətlərlə yaşadıqları ölkələrə böyük fayda verirlər.
Gülənin hökumət sistemini dəyişdirmək kimi bir məqsədi olmadığını deyən Professor Leonid R. Sukyanin isə, onun İslamı fərdi olaraq rahatlıqla yaşama imkanına sahib olmasını, insan ləyaqətinin qorunmasını, insanın sosial kimliyi ilə cəmiyyətdə yerini tuta bilməsini istədiyini ifadə etdi. "Gülən insan haqlarını tələb edir", deyən Sukyanin onun təşviqi ilə aparılan dialoq və təhsil fəaliyyətlərinin insanlığın ortaq məxrəcində reallaşdırıldığını vurğuladı.
Gülən hərəkatının Almaniyada apardığı fəaliyyətin "klassik immiqrant fəaliyyəti" ilə uyğun gəlmədiyini vurğulayan Professor Bekim Agaiyə görə isə hərəkatın mahiyyətini anlaya bilmək üçün Gülənin fikirlərini tədqiq etmək lazımdır. Gülənin fikirləri ilə meydana gələn "xidmət" hərəkatının "müsbət hərəkat" olaraq dəyərləndirildiyini dedi. Almaniyada qurulan 150 təhsil qurumu və 11 özəl məktəbin yüksək təhsilli nümayəndələr tərəfindən dəstəkləndiyini ifadə edən Agai bu insanların ölkədə yaşayan immiqrant uşaqlarına da nümunə olduğunu dilə gətirdi. (Oktay Yaman, “Cihan” Xəbər Agentliyi)
- tarixində yaradılmışdır.