Buradaki Hifz və Mühafizə Axirətin Olacağina Dəlildir

Bu aləmdə mükəmməl bir mühafizə prosesi hakimdir. İnsanın mahiyyəti sperma adlanan bir hüceyrədə mühafizə edilir. Onun xarakterinin ən incə təfərrüatı gələcək üçün xromosomlarda mühafizə edilib saxlanır. Əgər insandakı xromosom sayını dəyişdirməyə cəhd etsəniz, o zaman onun mahiyyətini dəyişdirmiş olacasınız.

Məlum olduğu kimi insanın ruh quruluşu, xarakteri, daxili aləmi bu xromosomlar vasitasilə şəkillənir. Bunların sayı 46 deyil, 44, və ya 48 olsa, insan bambaşqa bir canlıya çevrilər. Göründüyü kimi, xromosom kimi kiçicik varliıqlar səbəb və vasitə olaraq insanın nə olacağı hökmünü verirlər. Deməli, Cənabi-Haqq onlara təqdir haqqını verməklə müəyyən etdiyi bir nizamı bu qayda ilə davam etdirir, biz isə bunda riyazi bir keyfiyyətin hakim olduğunu müsahidə edirik.

İnsan puç olmur. Bu gün insan kimi doğulan, sabah heyvana, başqa bir gün isə bitkiyə çevrilir. Bəli, mikroskopla zorla görülə biləcək qədər kiçik bir varlığa yerləşdirilmiş kainatın xülasəsi olan insan bu cür mühafizə olunur. O, insan olaraq doğulacaq, yaşayacaq, öləcək və nəhayət yenə insan kimi həşr olunub insan kimi hesaba çəkiləcəkdir.

Böyük şam ağacı özünün kiçicik çəyirdəyinə yerləşdirilmişdir və gələcəkdə səmaya baş çəkəcək halı ilə orada mühafizə edilir. Atom fizikasının banilərindən S. Ceymz: “Kainatı yaradan mütləq ən mükəmməl bir riyaziyyatçıdır,” deyərkən, kainatda hökm sürən riyazi qanunları nəzərdə tuturdu. Heç bir hadisə özünün yön və hərəkəti ilə kainatda mövcud olan riyazi ölçülərə tərs ola bilməz. Əsasən bütün bunlar da bizə Onun Müqəddir59 ismini başa salır. Lakin Jan və onun kimi düsünənlər sair isimləri də, Onun Müqəddir isminin kölgəsinə qoyurlar. Biz Əhli-Sünnət və’l-Camaat60 olaraq bunu bir yönü ilə qəbul edə bilərik.

Əgər bir dairədə hər hansı bir isim hakimdisə, deməli, digər isimlər də mövcudluqlarını o adın kölgəsində hiss etdirirlər. Beləcə, təqdir, ölçü, mizan, riyaziyyatın hakimiyyəti və açıq gözlə əşya və hadisələrə baxarıqsa, hər şeydən əvvəl bütün ehtişamı ilə Allahın Müqəddir ismini görərik.

Hər şeyin mühafizə edildiyini demişdik. Bütün bitkiləri onların əsl mahiyyətlərinə uyğun qaydada mühafizə edən xromosomlardır. Bəli, insan spermada, agac çəyirdəkdə mühafizə edildiyi kimi, bütün səslər də fəzada və müxtəlif cismlərdə mühafizə edilirlər. Bəlkə bir gün gələcək, kəşf edilən alətlərlə bu səsləri yenidən dinləmək mümkün olacaqdır. Bizə aid səs, davranış və hərəkətlər də yanından geçdiyimiz və ya içində yaşadığımız cismlər tərəfindən maqnitofon lentinə yazılırmış kimi qeydə alınırlar, bir gün lehimizdə və ya əleyhimizdə şahidlik edəcəklər.

Bir elm adamının həyata keçirdiyi təcrübə zamanı belə bir hadisə baş vermişdi: sınaq təcrübəsi keçirmək məqsədilə bir ağaçın altında baş vermiş cinayətlə əlaqədar olaraq şübhəli sayılan bir neçə adam istintaqa cəlb edilir və cinayətin baş verdiyi yerə, həmin ağacın altına gətirilirlər. Bu cinayətdə əli olmayan günahsızlar ağacın altına yaxınlaşanda ağacda heç bir dəyişiklik qeydə alınmır, amma elə ki, qatil ağaca yaxınlaşır, ağacda sarsıntı əmələ gəlir. Beləliklə, qatil müəyyən edilmiş olur. Qatilin neçə müddət əvvəl gördüyü cinayət əməli nəticəsində yayılan impulslar ağac tərəfindən təsbit və mühafizə edildiyindən bu hadisədən sonra qatil ifşa edilir.

Ən bəsit hərəkət və hadisələrin də qeydə alınması bu cür elmi şəkildə sübut edildikdən sonra məsələnin insana aid yönünə baxa bilərik: insanı spermada, agacı çəyirdəkdə və toyuğu yumurtanın həyat düyünündə mühafizə edən belə bir Hafiz kainatın yaradılışının məqsədi və yer üzünün xəlifəsi olan bir sultanı - insanı öldükdən sonra özbaşına buraxmayacaq və torpağa səpilən toxum kimi başqa bir aləmdə ona uyğun həyat bəxş edəcəkdir.


59. Müqəddir -Təqdir edilən, Bütün məxluqatın və hər şeyin əsaslarını tənzim və təqdir edib sıralayan. Allah (CC). Bir şeyin qiymətini müəyyən edən, təqdir edən, bəyənən.

60. Əhl-i sünnət və’l camaat - Həz. Məhəmmədin (əsv) söz və hərəkətlərinə şübhəsiz, qət’i və sağlam dəlillərlə əməl tabe olub əməl edən Səhabə və onlara tabe olanların məzhəbi və o məzhəbdə olanlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.