Fəthullah Gülənin Sultanəhməddə törədilən terror aktı haqqında qınama məktubu

Fəthullah Gülənin Sultanəhməddə törədilən terror aktı haqqında qınama məktubu

Dəfələrlə şahid olduğumuz terror vəhşəti 12 yanvarda İstanbulda öz çirkin üzünü bir daha göstərdi. Türkiyəyə gələn turistlərə qarşı törədilən amansız terror aktını şiddətlə lənətləyirəm.

Yaxın vaxtlarda Mali, Beyrut, Paris, Misir və Bağdadda yüzlərlə məsum insanın ölümünə səbəb olan terror aktları kimi bu hadisə də tarixin səhifələrinə bəşəriyyətin ürəyinə saplanan xəncər olaraq həkk olacaqdır.

Mənfur terror aktında vəfat edənlərin yaxınlarına, xüsusilə alman və peru xalqına başsağlığı verir və yaralananların tezliklə sağalmalarını diləyirəm.

Həmçinin, səbəbi nə olur-olsun terrorizmi İslam aləminin də səmimiyyətlə rədd etməsinin, üzdə din adına törədilən cinayətlərə qarşı çıxmasının vacibliyini xatırladır, bütün dünyada sülh və əmin-amanlığın bərqərar olmasını Allah-taaladan niyaz edirəm. Unutmayaq ki, “bir insanı öldürən, bütün bəşəriyyəti öldürmüş sayılır”.

M. Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.