1996

04.01.1996 1995-ci ilin nəticələrinə görə Tolerantlıq mükafat vermə mərasiminə qatıldı

“Qazetəcilər və Yazarlar Vəqfi” tərəfindən müəyyən edilən 1995-ci ilin Tolerantlıq mükafatları, “Çırağan sarayı”nda tərtib olunan bir mərasimlə sahiblərinə verildi.

16.01.1996 Sabancı sui-qəsdini və terror hadisələrini qiymətləndirdi

Sabancı sui-qəsdi ilə əlaqəli polisin çox sıx tədqiqat apardıqlarını xatırladan Fəthullah Gülən, Sabancı sui-qəsdini (9 yanvar çərşənbə axşamı ) həyata keçirənlərin bir daşla çox quş vurmağı hədəflədiyini vurğuladı. O belə davam etdi: “Hadisənin səbəblərinə baxılırsa, çoxdur. Polis tədqiqat aparır. Haqqımız, səlahiyyətimiz olmadan fikir bəyan etmək, tədqiqatı yayındırmaq ola bilər. Lakin, zənnimcə, çox hədəflidir. Türkiyədə böyük bir iş adamını, sənayə başçısını öldürməklə bir daşla çox quş vurmaq istədilər və zənnimcə, arzuladıqları bir çox şeyi əldə etdilər.

20.01.1996 Polisə maddi yardım verdi

“Cumhuriyyət” qəzeti və Hikmət Çətinqayadan məhkəmə yoluyla almağa haqq qazandığı 150 milyonluq təzminatı “Türk Polis Təşkilatını Gücləndirmə Vəqfi”nə bağışladı.

22.01.1996 Qasım Güləkin cənazə namazını qıldırdı

ABŞ-da müalicə alan, 91 yaşında həyata vida edən Qasım Gülək üçün mərasim təşkil edildi. Amerikada vəfat edən köhnə CHP baş katibi Qasım Güləkin cənazə namazını vəsiyyəti əsasında Fəthullah Gülən qıldırdı.

22.01.1996 Mərmərə Universiteti İlahiyyat fakültəsinin iftarına qatıldı

Mərmərə Universiteti İlahiyyat fakültəsinin Bağlarbaşındakı tələbə şəhərciyində verilən iftar yeməyində iştirak etdi və burada çıxış etdi.

02.02.1996 Ankara “Hilton” Otelində iftar yeməyinə qatıldı

Fəthullah Gülənin fəxri sədr olduğu “Qazetəcilər və Yazarlar Vəqfi” Ankarada ikinci iftar yeməyini “Hilton” otelində verdi.

26.03.1996 Aydın Menderesə keçmiş olsun ziyarətinə getdi

Fəthullah Gülən bir yol qəzasında iflic olan İstanbul Millət vəkili Aydın Menderesi Bayındır tibb mərkəzindəki palatasında ziyarət etdi.

04.04.1996 Patrik Bartolomeos ilə görüşdü

Axır vaxtlar kütləvi tolerantlıq mövzusunu ən çox dilə gətirən Fəthullah Gülən və Fener Rum Patriyi Bartolomeos səmimi bir şərairtdə görüşüb Türkiyədə müsəlman və qeyri-müsəlman icmalar arasında dialoqu başlatdılar.

18.04.1996 “TÜSİAV Vəqfi”ndən tolerantlıq mükafatı aldı

“Türk Sənayesi və İş Adamları Vəqfi (TÜSİAV)” tərəfindən ilk dəfə verilən “İlin adamları” mükafatını almağa haqq qazanan şəxs və qurumlara mükafatlar,  Ankara “Dedeman” Otelində təşkil olunan mərasimdə verildi.

01.07.1996 Aydın Menderesi ABŞ-da ziyarət etdi

Fəthullah Gülən, Amerikada müalicə alan Aydın Menderesi ziyarət etdi.

17.09.1996 Hanifə Ustaoğlunun cənazə namazını qıldırdı

Mehmet Ustaoğlunun həyat yoldaşı və Yaşar Tunagür xoca əfəndinin qaynanası Hanifə Ustaoğlunun cənazəsi Topqapı qəbristanlığında basdırıldı. Günorta namazından sonra Fatih məscidində Fəthullah Gülən tərəfindən qıldırılan cənazə namazına çoxsaylı kütlə qatıldı.

19.09.1996 “Aktual Para” jurnalına təhsil haqqında müsahibə verdi

Fəthullah Gülən təhsil haqqında “Aktual Para” jurnalına müsahibə verdi.

24.09.1996 Məsud Yılmazla telefonda görüşü ilə əlaqəli mediaya izahat verdi

“Milliyyət” və “Hürriyyət” qəzetində, “sürpriz dialoq” və “Fethullah xoca ilə sürpriz görüş” başlıqlarıyla dərc olunan xəbərlərə yazılı izahat verən Fəthullah Gülən Türkiyə siyasi həyatını təsir altına almaq, hökümət və partiyalar haqda görüş bəyan etmək və spekulyasiya etmək kimi bir davranış əsla sərgiləmədiyini bildirdi. Gülən, “Ölkəmizdə hər kəsin öz səviyyəsində qəbul edilməsi əsasına istinad edən bir dialoq tərəfdarı olaraq, Məsud Yılmaz bəylə dialoqum yeni deyil”,-dedi.

30.09.1996 “Qazetəcilər və Yazarlar Vəqfi”nin üçüncü ildönümündə “Mutlu Yarınlar İçin El Ele” toplantısında çıxış etdi

”Qazetəcilər və Yazarlar Vəqfi” nın təşkil etdiyi toplantıda bir çox qiymətli qonaqlar iştirak edərkən, Fəthullah Gülən də çıxış etdi.

15.10.1996 Bolqarıstanın “Trud” qəzetinə müsahibə verdi

Fəthullah Gülən Bolqarıstanın “Trud”  qəzeti səhifələrində balkanlar və Türkiyə ilə bağlı fikirlərini bölüşdürdü.

24.10.1996 “Asya finans”ın açılış mərasiminə qatıldı

Türkiyənin 6-cı Özəl maliyyə qurumu olan “Asya finans”ın açılışı 24 oktyabr 1996-cı ilin cümə axşamı günündə oldu. Açılışda Fəthullah Gülən və Baş Nazirin müavini və Xarici İşlər Naziri Tansu Çillər də iştirak etdi. Tansu Çillər açılışda olmanın məmnuniyyətini dilə gətirərək, “Ölkəmizə son dərəcə vacib olan belə bir qurumun açılışına səbəb olduğu üçün, üfqündən dolayı dəyərli Xoca əfəndini təbrik edirəm.”,-dedi.

03.11.1996 Bolqarıstanın “Varna” televiziasına müsahibə verdi

Bolqarıstanın qəzetlərindən sonra televiziyalar da Türkiyəyə gələrək Gülənlə müsahibə aldılar. Ölkənin ən yüksək tirajlı “24 Saat” və “Trud” qəzetlərinin “Yüzlərlə körpülər quran müəllim”-deyərək təriflər yağdırdığı Fəthullah Gülən, “Varna”  televiziasından da təhsil və mədəniyyət sahəsində rəhbərlik göstərdiyi təşəbbüslərlə bolqarlara tanıdıldı.

08.11.1996 Qəzetçilərə müxtəlif mövzularda görüşlərini açıqladı

Fəthullah Gülən 8 oktyabr 1996-cı ilin cümə gününün axşamı qəzetçilərə yemək verdi və onların müxtəlif sahədəki suallarını cavablandırdı.

08.11.1996 “Fatih” Universitetinin açılışına qatıldı

İstanbul Bəylikdüzündəki mərkəz tələbə şəhərciyində yerləşən “Fatih” universiteti 08 oktyabr 1996-cı ildə prezident Süleyman Dəmirəl tərəfindən xidmətə verildi. Açılışa Alparslan Türkəş, Rıza Akçalı və bir çox siyasətçi, elm xadimi və iş adamı qatıldı. Fəthullah Gülən bütün dəvət olunanlara və prezidentə yaxından qayğı göstərdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.