346-ci nəğmə: “Allahın qədrini layiqincə bilmədik!..”

346-ci nəğmə: “Allahın qədrini layiqincə bilmədik!..”

Dünən axşam möhtərəm Fəthullah Gülən Xocaəfəndidən “Ancaq onlar Allahı layiqincə qiymətləndirmədilər (uca tutmadılar), Ona lazımi təzim göstərmədillər. Halbuki qiyamət günü yer küll halında Onun ovcunun içində olacaq, göylər isə Onun qüdrəti ilə büküləcəkdir. Belə bir əzəmət və hakimiyyətin sahibi Allah onların saxta şəriklərindən ucadır, nöqsanlardan uzaqdır!” (“Zumər” surəsi, 39\67) aysəni təkrar izah etməsini xahiş etdik.

Bu ilahi bəyanın bəzi izahlarını “Minbəri titrədən ayə, sur və qiyamət” adlı 343-cü nəğmədə təqdim etmişdik. Ancaq ayənin sonunda müşrikləri göstərdiyi üçün bunun sırf onlara şamil olduğunu düşünərək, belə demək mümkünsə, ilahi qınaq\tənbeh xarakterli bu ifadələri möminlərin necə başa düşməsi lazım gəldiyini öyrənmək istədik.