Xocaəfəndidən ümid dolu səbr çağrısı

Fethullah Gülen

Jurnalistlət və Yazarlar vəqfinin sədri Mustafa Yeşil yaxında görüşdüyü Xocaəfəndinin mülahizələrini açıqlayıb: “Nəinki Quran və Sünnə ilə, hüquq və insanlıqla belə bir araya sığmayan sözlərin sərf edilməsi əsla sizi təhrik etməsin. Əgər gələcəkdə onlar bundan ötrü xəcalət çəkəsi olsalar belə, siz qapılarınızı elə örtün ki, sabah aça biləsiniz, elə sözlər sərf edin ki, sabah onların üzünə baxa biləsiniz. Haq və həqiqətin harada olduğu ortaya çıxacaq.”

İstanbulda keçirilən Türk-Ərəb Ziyalılar forumunda çıxış edən Jurnalistlər və Yazarlar vəqfinin (GYV) sədri Mustafa Yeşil bu yaxınlarda Fəthullah Gülən Xocaəfəndi ilə görüşdüyünü bildirərək hazırda aktual olan məsələlər haqqında onun fikirlərini açıqlayıb.

  • Hizmətin heç vaxt fərdi, şəxsi bir məqsədi və təmənnası ola bilməz. Quran və Sünnəyə sadiq qalmaq və məşru olmaq bizim “olmazsa, olmaz”ımızdır.
  • Nəinki Quran və Sünnə ilə, hüquq və insanlıqla belə bir araya sığmayan sözlərin sərf edilməsi əsla sizi təhrik etməsin. Əgər gələcəkdə onlar bundan ötrü xəcalət çəkəsi olsalar belə, siz qapılarınızı elə örtün ki, sabah aça biləsiniz, elə sözlər sərf edin ki, sabah onların üzünə baxa biləsiniz.
  • Biz səbrə və sukuta üstünlük veririk.Ancaq, ittihamlara hüquq çərçivəsində, əlbəttə cavab verəcəksiniz.
  • Kimsəyə nifrət və kinimiz yoxdur, olmaz da. Əlbəttə qardaşlarımızı da əfv edəcəyik. Ancaq mən bircə şeydən qorxuram, Allahın haqqını tapdalayıblarsa, xalqın hüququna təcavüz ediblərsə, bunu bağışlamağa bizim səlahiyyətimiz yoxdur.
  • Unutmayın, xalqın vicdanı bir gün haqq və həqiqəti görəcək. Haq və həqiqətin harada olduğu ortaya çıxacaq. Görəcəksiniz, xalq sizin tərəfinizdə olacaq.