Tarix Xocaəfəndinin adını qızıl hərflərlə yazacaq!

Tarix Xocaəfəndinin adını qızıl hərflərlə yazacaq!

Şair Yavuz Bülənt Bakilər Fəthullah Gülən Xocaəfəndi haqqında ortaya atılan əsassız və xoşagəlməz ittihamların onu dərindən yaraladığını söyləyib. Bakilər: “Tarix möhtərəm Fəthullah Gülən Xocaəfəndinin adını gördüyü işlərə görə qızıl hərflərlə yazacaq, qaralamağa çalışan və yolunu kəsmək istəyənləri isə bağışlamayacaq!” deyib.

Hizmət hərəkatı və Fəthullah Gülən Xocaəfəndi əleyhinə ortaya atılan əsassız ittihamlara qarşı etirazlar çoxalır. Hizmət hərəkatı haqda fikirlərini açıqlayan şair Yavuz Bülənt Bakilər də qaralama kampaniyasının onu dərindən yaraladığını söyləyib. Hizmət hərəkatında qarışqanı belə incitməyən insanlar tanıdığını deyən Bakilər: “Müəyyən vaxtdan sonra gərginlik aradan qalxacaq və bu haqsız sözləri sərf edənlərin üzü qızaracaq”, - deyib. Hizmət hərəkatının bütün dünyada Türkiyəni layiqincə təmsil etdiyini ifadə edərək: “Bayrağımızı dalğalandıran bu mədəniyyət ocaqları dövlətin bacara bilmədiyini həyata keçirmişdir. Başqalarının adını belə eşitmədiyi ölkələrdə dilimizi öyrətmiş, bayrağımızı dalğalandırmışdır. Bu hərəkatın banisi möhtərəm Fəthullah Gülən Xocaəfəndi həqiqi vətənpərvərdir”, deyib.

Şair Bakilər Baş Nazir Ərdoğanın Hizmət hərəkatını “xaşxaşilərə” bənzətməsini ilk dəfə eşidəndə yəqin səhvən ağzından çıxdığını düşünüb. Belə bir Hərəkata “xaşxaşi” deməyin, mənsublarını terroristə bənzətməyin vicdanlı insanların qəbul etməsi mümkün olmadığını vurğulayıb. Dünyanın müxtəlif ölkələrində Türk məktəblərini şəxsən ziyarət etdiyini deyən Bakilər: “160 ölkəyə sülh, dostluq, qardaşlıq, tolerantlıq kimi dəyərləri aparan və dünyanı xeyirxahlıqla dəyişdirməyi düşünən bu güzidə insanlara edilən təhqirləri qəbul etmək mümkün deyil!” söyləyib. Baş Nazir Ərdoğanın Fəthullah Gülən Xocaəfəndiyə söylədiyi “övladı yoxdur” sözünü də qınayan Bakilər: “Çox böyük bir hörmətsizlik, ən böyük əxlaqsızlıqdır”, - deyib. Xocaəfəndinin amalı uğrunda dünyadan əl-ətək çəkmiş nadir bir elm adamı olduğunu vurğulayan şair: “Bu söz uşağı olmayan ailələrə də böyük hörmətsilikdir. Bu yersiz və xoşagəlməz bir ittihamdır. Tarix möhtərəm Fəthullah Gülən Xocaəfəndinin adını gördüyü işlərə görə qızıl hərflərlə yazacaq, qaralamağa çalışan və yolunu kəsmək istəyənləri isə bağışlamayacaq”, - deyib.