“Sülhün inşası insandan başlamalıdır”

Sülhün inşası insandan başlamalıdır

Dünən Birləşmiş Millətlər Təşkilatında (BMT) Cenevrə Sülh Konfransı öz işinə başlayıb. ‘Sülhün inşası üçün vətəndaş cəmiyyətinin hərəkətə keçirilməsi’ mövzulu konfransda din, təhsil və medianın qalıcı sülhə faydası müzakirə edilir. Jurnalistlər və Yazarlar Vəqfinin İsveçrədəki Dialoq İnstitutunun da təşkilatçılarından olduğu konfransda Fəthullah Gülənin məktubu oxunub.

Məktubunda sülh inşasının sülhsevər insan inşası mənasını gəldiyini ifadə edən Fethullah Gülən, “İnsanla başlayan problemləri insanla həll etməyə başlanmadığı müddətcə siyasi və hüquqi sistemlərə qoyulan sərmayələr vaxt və qaynaq israfından başqa bir şey ola bilməzlər”, deyə vurğulayıb.

Məktubda deyilir: “Bildiyim bütün dinlər və əxlaq təlimləri sülhsevər insanın inşası üçün təsis edilmişdir. Bu istər millətlərarası sülh olsun, istər insanlar arası sülh olsun, istər insanın ətrafındakı digər təbiət ünsürləri arasında olan sülh və ya öz daxili sülhü olsun vəziyyət belədir. Dini təlimlərin xaricində də bir sülh təliminin təsis edilə biləcəyini qəbul etməklə yanaşı, böyük kütlələrin ancaq dinin geniş əhatəsində sülhlə görüşdürülə biləcəyinə inanıram. Təəssüf ki, böyük dünya dinlərinin demək olar ki, hamısı, tarix boyunca müxtəlif siyasi maraqlarına din pərdəsi geydirən radikal ünsürlər tərəfindən istismar edilmiş və din, qarşıdurmaları alovlandıran bir katalizatora çevrilmişdir. Halbuki bütün din və əxlaq təlimlərinin müqəddəs qaynaqlarında sülh inşası üçün kifayət qədər vəsait vardır.

Əsas olan sülhdür. Dini mətnlərin müharibə və qarşıdurma üçün istifadəsi yalnız insanlara deyil, eyni zamanda bu, dini mətnlərə də edilmiş bir zülmdür. Bu səbəblə başda eyni İbrahimi ənənədən gəldikləri üçün Yəhudilik, Xristianlıq və İslam olmaq üzərə, bütün dinlərin mənsubları dünya barışını təmin etmək üçün ortaq fəaliyyətlər göstərməli, bu gün sizin qurduğunuza bənzər platformalarda fikirlərini paylaşmalı və bu fikirləri həyata keçirməlidirlər. Bu, yalnız dünya barışını deyil, eyni zamanda dinlərin öz xüsusi quruluşlarını qorumaq adına çox vacibdir”.

“Qüds millətlər və dinlərarası statusa qovuşdurulmalıdır”

Tarix boyunca Yaxın Şərqdəki qarşıdurmaların hamısının mənbəyininin Qüds və Fələstin problemi ilə əlaqəli olduğunu xatırladan F. Gülən Qüdsə xüsusi bir statusun verilməsini təklif edib: “Qüds bütün din mənsublarının vizasız gedib-gələ biləcəyi bir beynəlxalq, dinlərarası statusa sahib olmalı və şəhərin BMT himayəsi altında qurulacaq üç İbrahimi dinin nümayəndələrindən ibarət bir komissiya tərəfindən idarə edilməlidir. Şərqin İŞİD terror ilə sarsıldığı indiki vaxtda bu təklifin hər zamankındən daha mənalı olduğunu görə bilirəm. Bu edilə bilsəydi, qarşıdurmalar səbəbi kimi görülən bir şəhər - “Jerusalem - Darüsselam” adı kimi bir sülh paytaxtına çevrilə bilərdi”.