“Günahsız insanları qondarma sübutlarla terrorçu elan edin”

Günahsız insanları qondarma sübutlarla terrorçu elan edin

Türkiyə Respublikası Baş Prokuroru Sərdar Coşqunun Türkiyədə “Könüllülər hərəkatı”na qarşı qeyri-hüquqi yollara baş vurulması barədə verdiyi təlimatın Baş Polis İdarəsi tərəfindən həyata keçirildiyi məlum olub. Bununla bağlı Terrorla Mübarizə Dairəsinin rəhbəri Turqut Aslan polis idarəsinə göndərdiyi 23 maddədən ibarət yazıda “Könüllülər hərəkatı” üzvlərinə qarşı qurama əsaslarla iş qaldırılması və onların “terrorçu” olması sübut edilməli idi.

Bu müstəvidə də “Könüllülər hərəkatı”nı məhv etmə planı addım addım həyata keçirilməkdədir. Xatırladaq ki, hökümət tərəfindən “Könüllüər hərəkatı”na qarşı iqtidara yaxın mediada iftira kompaniyası ilə bağlı “qurama oyun” aparıldığını ilk dəfə keçmiş daxili işlər naziri Nuri Şahin etiraf etmişdi. O bildirmişdi ki, daxili işlər naziri Efkan Ala tərəfindən “Könüllüər hərəkatı” üzvlərinə qarşı qurama dəlillər toplanılır və bundan məqsəd onları terrorçu kimi qələmə verməkdir. Bu çərçivədə də onların saxta sübutlarla Üzeyir Qarip, Nəcip Hablemitoğlu, Hrant Dink kimi cinayətləri həyata keçirdikəri iddia ediləcəkdi. Şahinin bu açıqlamasının ardınca Respublika Baş Prokuroru Sərdar Coşqunun Polis İdarəsinə bununla bağlı təlimat göndərdiyi məlum olub. 2014-cü ilin iyun ayının 11-də verilən bu təlimatda “Könüllülər hərəkatı” üzvlərinin heç bir səbəb olmadan terrorçu elan edilməsi barədə göstərişlər yer alıb. Buna paralel olaraq Sərdar Coşkunun əmrinə əsasən Terrorla Mübarizə Dairəsi rəhbəri Turqut Aslan da polis rəhbərliyinə analoji təlimat verib. Məsələ ilə bağlı “Radikal” qəzetinin yazdığına görə, 2014-cü il iyun ayının 26-da göndərilən bu təlimatda Fəthullah Gülən və Konüllülər hərəkatı ilə bağlı saxta ittihamların sürülməsi tələb edilib. Bu çərçivədə Fəthullah Gülən və “Könüllülər hərəkatı”nın ölkədə höküməti devirməyə çalışdıqları, həmçinin saxta əsaslarla onların terrorçu olması barədə “fakt” lar ölkənin ali dairələrinə göndərilməli idi. Günahsız insanları hədəfə alan təlimatda ölkədə son illərdə həyata keçirilən bir çox cinayətlərin onların üzərinə atılması nəzərdə tutulur. Bununla bağlı təlimatın 4-cü maddəsində deyilir: “Könüllülər hərəkatı” üzvləri Türkiyədə son 10 ildə işlənən önəmli cinayətlərdə günahlandırılmalı, bu işdə onların oynadıqları rollara aydınlıq gətirilməli, Santoro cinayəti, Hrant Dink-in öldürülməsi və digərləri ilə bağlı əlaqələri araşdırılmalıdır”.

Təlimatda daha sonra deyilir ki, “Könüllülər hərəkatı” üzvləri saxta faktlarla dövlətə qarşı cinayətdə günahlandırılmalıdırlar.