Fəthullah Gülən Xocaəfəndinin vəkilindən açıqlama

Fəthullah Gülən Xocaəfəndinin vəkilindən açıqlama

İstanbul Baş Prokurorluğunun əmri ilə son iki gündə bəzi iş adamları, məmurlar və siyasətçilərin yaxın qohumları nəzarət altına alınmışdır. İstintaqın cəlbinə səbəb kimi göstərilən vəzifədən sui-istifadə, korrupsiya və qaçaqmalçılıq kimi hallara hər bir ölkədə rast gəlmək mümkündür . Ədliyyə orqanları və müstəqil məhkəmələrin işi də bu cür hallarla bağlı istintaq aparmaq və mühakimə etməkdir.

Hansı dövlət və cəmiyyətdə bu cinayətlərə qarşı mübarizə aparılırsa, orada demokratik hüquq dövlətindən danışmaq olar. Nəticə etibarilə, hazırda məhkəmə prosesi çərçivəsində gedən istintaqa təmkinli yanaşmaq lazımdır.

İstintaqla əlaqədar bəzi xəbər və yazılarda müvəkkilim Fəthullah Gülənin ağır ittihamlara məruz qalması böyük haqsızlıqdır. Cəmiyyətdə müvəkkilim haqda mənfi imic formalaşdırmağa çalışan hüquqa zidd xəbərlər təəssüf doğurur. Bu kimi xəbərlər məhkəmə prosesinə müdaxilə olub ictimaiyyətin diqqətini istintaqdan və ittihamların mahiyyətindən yayındırma məqsədi daşımaqdadır.

Müvəkkilim haqda ortaya atılan iddiaların heç bir əsli, əsası yoxdur. Möhtərəm Fəthullah Gülənin bu istintaqla və bu işi görən dövlət məmurları ilə heç bir əlaqəsi yoxdur.

Açıq şəkildə bildrimək istəyirik ki, "hökümətə müharibə elan etmə ", "əməliyyatlara start vermə", "kirli oyunlar oynama", "məkrli plan qurma", "sıxışdırma" ... kimi iddialar pis niyyətlə və əsassız istinadlarla ortaya atılan ittihamlardan başqa bir şey deyildir. Hörmətlə ictimaiyyətə təqdim edirik.