Fəthullah Gülən Xocaəfəndinin səs yazıları ilə bağlı mətbuat açıqlaması

Fəthullah Gülən

Bu gün haqq-hüquq tanımayan bəzi qaranlıq qüvvələr qanunsuz şəkildə əldə edilmiş telefon danışıqlarının müxtəlif yerlərini montaj edərək sosial şəbəkələrdə saxta səhifələrdən yayınlamışdır.

Müvəkkilim Fəthullah Gülənlə bağlı son vaxtlar kirli oyun və təxribatların hazırlandığı, Beynəlxalq İnsan Haqları Bəyannaməsi, Avropa İnsan Haqları Konvensiyasında və Konstitusiyamızda əksini tapan “şəxsi məlumatların gizliliyi” prinsipinə məhəl qoyulmadan telefon danışıqlarının altı aydır, sistemli şəkildə qanunsuz dinlənilməsi haqda açıqlama vermişdik. Bu gün məlum olur ki, qeyri-qanuni dinləmələr fasiləsiz davam etdirilir.

Bu günədək telefon danışıqlarını qeyri-qanuni şəkildə dinləyən, montajlayan və bu materialları yayan sosial şəbəkələrdəki səhifələrin sahibləri barəsində cinayətkar dəstə qurmaq, mütəşəkkil və qanunsuz şəkildə telefon danışıqlarını dinləmək və “şəxsi məlumatların gizliliyi” hüququnu pozmaq maddələri üzrə cinayət işinin açılması ilə bağlı Respublika Baş Prokurorluğuna müraciat edilib.

Türkiyə Respublikası Cinayət Məcəlləsinin 132 və 133-cü maddələrinə görə 5 ilə qədər azadalıqdan məhrum edilmə cəzası nəzərdə tutulan bu cinayət əməli bəzi qaranlıq mərkəzlər tərəfindən aşkar şəkildə törədilir. Bəzi siyasətçilər də cinayət əməli sayılan bu montaj və səs yazılarından siyasi toplantılarda istifadə edərək kirli “Bitirmə planının” tərkib hissəsinə çevirməyə cəhd edirlər.

“Ankaranın qaranlıq dəhlizləri” müvəkkilimi nə qədər izləyirlər-izləsinlər, nə qədər dinləyirlər-dinləsinlər, ortaya çıxacaq bir həqiqət var ki, o da hüquqa hörmət və insanlığa xidmət sevdasıdır.

Qanunsuz dinləmələr aparan və bu materialları ifşa edənlər haqqında hüquqi yollara baş vuracağımızı ictimaiyyətə hörmətlə bildiririk.

Fəthullah Gülənin vəkili Nurullah Albayraq