Fəthullah Gülən Xocaəfəndi Manhi sülh mükafatına layiq görülüb

Fəthullah Gülən Xocaəfəndi Manhi sülh mükafatına layiq görülüb

Fəthullah Gülən Xocaəfəndi Cənubi Koreyanın ən nüfuzlu mükafatı Manhiyə (Manhae) layiq görülüb.

1997-ci ildən təsis edilən Manhi mükafatına bu il Fəthullah Gülən Xocaəfəndi layiq görülüb. Təltif etmə mərasimində Xocaəfəndinin adına mükafatı GYV-nin sədri Mustafa Yeşil qəbul edib.

Manhi Sülh Mükafatı laureatları arasında Cənubi Afrikanın sabiq Prezidenti Nelson Mandela, Tibet xalqının dini lederi Dalay Lama və iranlı insan hüquqları müdafiəçisi Şirin Ebadi kimi məşhur şəxsiyyətlər də var.

Xatırladaq ki, Fəthullah Gülən Xocaəfəndi bu mükafata mədəniyyətlər arası dialoqa göstərdiyi xidmətlərə görə layiq görülüb.