Biz sevgidən dönən deyilik!

Biz sevgidən dönən deyilik!

Jurnalistlər və Yazarlar Birliyinin (GYV) keçirdiyi ənənəvi iftar ziyafəti növbəti dəfə Ankarada baş tutub. İftar ziyafətinə məktub göndərən Fəthullah Gülən Xocaəfəndi: “Gəlin bu müqəddəs günləri bir fürsət bilib bütün günahlara tövbə edək...”, deyərək diləklərini çatdırıb. Ziyafətə sabiq Daxili İşlər naziri İdris Naim Şahin, sabiq Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay, DSP sədri Məsum Türkər, CHP sədr müavini Faruq Loğoğlu, bitərəf millət vəkilləri İlhan İşbilən, Haluq Özdalğa, MHP Antalya millət vəkili Yusif Ziya İrbəç, CHP Konya millət vəkili Atilla Kart, Fateh univeritetinin rektoru professor Şərif Əli Təkalan, Turqut Özal universitetinin rektoru profesor Əbdülqadir Şəngün, Ankara bələdiyə namizədi Mənsur Yavaş və s. həmçinin əlliyə yaxın diplomat və xarici nümayəndələr iştirak edib.

GYV-nin fəxri sədri Fəthullah Gülən Xocaəfəndi ziyafətə bir məkub göndərərək “hər kəsi olduğu kimi qəbul edib hörmət etmək” şüarı ilə yola çıxdıqlarını bildirib. Xocaəfəndi məktubunda deyib:

“Fərqli soy, rəng, din, inanc, məzhəb və düşüncə mənsublarını xor görməmişik, onları incitməmişik. Həmişə birgəyaşayış və insani dəyərlər ətrafında ünsiyyət qurmağa çalışmışıq. Ancaq təəssüflər olsun ki, xeyli zamandır bütün cəmiyyət olaraq yenə arzuların əsiri və nəfsin köləsinə çevrildik... əksəriyyətin sevgi saraylarına – könüllərə şər hislər taxt qurdu. Ruhumuzu nifrət və düşmənçilik duyğuları çulğaladı. Daha bir-birimizi sevmir, qucaqlamır və xoş görmürük (xoşgörü). Xarabalıqda yuva quran bayquş kimi, dağıdıb tökməkdən və xarabalıqlara tamaşa etməkdən zövq alırıq. Hər kəs və hər şey dəhşətli bir ehtirasla hücuma keçir və hər yanı yerlə yeksan edir. Allaha, vətənimizə, insanlara hörmətsizlik edir və bağışlanmaz günahlara giririk. Hətta bəzən bütün bu gördüyümüz əməlləri xalqa xidmət sayır və onlardan alqış umuruq. Hər gün zülm, təcavüz, haqsızlıq və hədyanla üzləşirik. Gecələr isə zülmət qaranlıq... Nəfsanilik insani duyğularımızı üstələmiş; hissiyat məntiq və mühakiməni ötüb keçmiş; sevgi və xoşgörü düşmənçiliyin qanlı xəncəli ilə tikə-tikə doğranmış... Qərəzlə məhkum edilən insanların sayı-hesabı yoxdur. Kim neyləyəcək, kimə söyüb kimi təhqir edəcək, məlum deyil. Sanki ağlımızı itirmişik, cəmiyyət olaraq şizofreniya keçiririk. Acgözlüklə zülm edir, utanmadan təcavüz edir və dayanmadan günah işləyirik.

Gəlin bu müqəddəs günləri bir fürsət bilib bütün günahlara tövbə edək... barı bundan sonra insanlara sayğılı davranıb insani dəyərləri qorumağa çalışaq... fikirlərə hörmət edib kim olursa-olsun, hər kəsi necə varsa, o cür qəbul edək... keçmişin qara sahifələrini tarixə gömək, keçmiş mübahisələri yenidə başlatmayaq... xalqı qruplara ayırmayaq və birlik-bərbərliyi ucaldaq... Azacıq da olsa ürəyimiz insani duyğularla döyünürsə və qolumuzda qüvvəmiz varsa, gəlin bu həyəcan və bu güclə bir-birimizi qucalayaq. Sındırıb tökdüyümüz, sağa-sola saçdığımız parçalarımızı birləşdirək, bir də qırılmasın deyə onu möhkəmləndirməyin yollarını axtaraq... hərami və qulyabani kimi yol kəsən kindən, inciklikdən, qeyzdən uzaq olaq, bizi xalqa sevdirən və Haqqa aparan qəlbin dilini başa düşməyə çalışaq.”

Qonaqların təəssüratları

Sabiq Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay: Əvvəlki ziyafətlərdə rəsmilərin sayı çoxalmağa, xalqın sayı azalmağa başlamışdı. Bu gecə ilk dəfə burada rəsmilərin azaldığını, xalqın çoxaldığını görürəm. Bu, xeyrə əlamətdir. Xalq taleyinə özü hökm etsə, heç bir qüvvə onu yıxa bilməz.

Sabiq Daxili İşlər naziri İdris Naim Şahin: Hər bir gözəlliyin sahibi Odur... Hər bir çətinlik də Onun hikmətindən nəşət edir... Həll yolu yenə Ondadır.

CHP sədr müavini Faruq Loğoğlu: Bu gecə hamımız kürsüdən oxunan ilhamverici və vacib hesab etdiyim bir məktubu diqqətlə dinlədik. Bir olub sevgi və məhəbbətlə hərəkət etsək, ümid edirəm ki, bu məktubda qeyd olunan diləklərə nail olacağıq.

DSP sərdri Məsum Türkər: Sizi heç vaxt tək qoymayacağımı sübüt etmək üçün bu gün buradayam. Bunlara belə cavab vermək lazımdır: “Siz nifrət etməyə davam edin. Biz Allahın yaratdığı insanlar olduğumuz üçün sizi sevməyə davam edəcəyik.”

Bitərəf millət vəkili Haluq Özdalğa: Türkiyə çətin bir mərhələdən keçir. İnanıram ki, bu günlər müvəqqətidir. Ağır təzyiqlərlə üzləşdiyimiz bu dövrün öhdəsindən gələcəyimizə inanıram.