Gülənin Düşüncələri Nəyə Görə Əhəmiyyətlidir?

Asanlıqla ağın qara, qaranın ağ göstərildiyi bir zəmanədə yaşayırıq. Hiss və düşüncələrin mütəmadi qidalanmasına, dünyagörüşün relsə oturdulmasına böyük ehtiyac var. Yerli və qlobal miqyasda baş verən hadisələrin hamısını bir-bir saymağa nə ehtiyac var. Bunların bir çoxu ilə hər gün media sayəsində istər-istəməz üz-üzə gəlirik.

Misal olaraq: Türkiyədə Ergenekon, Kürd və Ələvi məsələləri və onlarla əlaqədar baş verən hadisələr az-çox hər kəsi məşğul edir. Qlobal iqtisadi böhran, müxtəlif regionlarda davam edən münaqişələr və ictimai-sosial hadisələr də hər kəsi mövqeyinə görə bu və ya digər şəkildə maraqlandırır. Düşünür, özümüzə görə mənalandırmağa və anlamağa çalışırıq. Qısaca, dünyada baş verənlər artıq hiss və zehnimizə təsir edir, düşüncələrimizin inkişafında müəyyənedici rol oynayır.

Lakin nə qədər bu hadisələri dərk edir, mahiyyətini qavrayıb, dünyagörüşlərimizi sağlam formalaşdıra bilirik? Yaxşı ki, hər dövrdə həmin dövrün şifrələrini açan insanlar var. Və nə yaxşı ki, Fəthullah Gülən Xoca Əfəndi kimi Qurandan aldığı ilhamla İslamın ümumbəşəri dəyərlərini zəmanəmizə əyani şəkildə təqdim edən bir dəyərə sahibik. Belə ki, hələ dünyada ikən fikir və dünya miqyasında ortaya qoyduğu fəaliyyətləri müxtəlif mədəniyyətlərin elm xadimləri müzakirə edir və düşüncələrini qəbul edir.

Gülən insana bağlı hadisə və məsələləri kağıza tökərək və ya dilə gətirərək həll yollarını göstərir. Onun ortaya qoyduğu düşüncə və düşüncə sistematikasına nəzər yetirəndə dövrün bütün ehtiyaclarına cavab verən bir mədəniyyət formalaşdırdığı aydın olur.

Gülənin düşüncələri bu cəhətdən həm diqqətəlayiq, həm də mühüm əhəmiyyət kəsb edir. Çünki o artıq milyonlarla insanın düşüncəsinə təsir edir. Bir çox insan ictimai hadisələrə, düşüncələrə onun dərin dünyagörüşünün pəncərəsindən baxma imkanı tapır, hətta bunu zəruri bilir. Hadisələrin gedişatını anlamaq üçün onun görüşləri məhək daşı rolunu oynayır, üstəlik kütlələrin çirkli informasiya ilə idarə edildiyi bir dövrdə.

Xoca Əfəndinin görüşlərini dörd hissədə toplaya bilərik: Birinci, dini məsələlər və elmlər haqqındakı görüşləri; ikinci, aktual, ictimai hadisələrə yanaşma tərzi; üçüncü; tarixi hadisələrə verdiyi şərhlər; dördüncü, insanın dərinliyi və dünyəvi elmlər nöqteyi-nəzərindən gətirdiyi yeni üfüq. Göründüyü kimi, Xoca Əfəndi bütün bu sahələri bir bütöv kimi nəzərdən keçirir və elə bil hadisələrin ruhunu oxuyur. Strateji, insani, ictimai və siyasi heç bir yönü kənarda qalmadan bu çox dolaşıq və dərin hadisələr Xoca Əfəndinin minlərlə kitab həcmindəki vəhbi və kəsbi bilik dağarcığından süzülərək bizə təqdim edilir. Bu böyük sintez dühası sayəsində hadisələr hələ ana bətnində ikən təsbit edilir və insanların istifadəsinə verilir.

Xoca Əfəndi bir çox insanın düşüncə və hiss dünyasını qidalandırdığı kimi, zərərli axınların təcavüzündən də qoruyur. O bir növ qoruyucu həkimlik vəzifəsini yerinə yetirir. Fərqinə varmadan bu qidalanma nəticəsində düşüncə və fəaliyyətlər daha sağlam bir zəmində inkişaf edir və müxtəlif coğrafiyalarda həyata qovuşur.

Yaxşı bəs, “Xoca Əfəndinin bu müxtəlif sahələrə aid düşüncələri nə üçün nəzərə alınmalıdır?” sualı, xüsusilə, bu gün böyük əhəmiyyət kəsb edir. Çünki bu dövrdə misilsiz bir məlumat kirliliyi var. Medianın xəbər bombardmanı altında çox vaxt hadisələrin əsas mahiyyəti naməlum qalır. Məlum olduğu kimi, insanlar və kütlələr pessimizmə sürüklənir və ya bəzən də aldadılır.

Buna görə də, hadisələr inkişaf etdikcə, üstəlik bir az da qarışıq hala gəlmişsə, görəsən, “Xoca Əfəndi bu məsələdə nə düşünür?” sualı bir çox insanı maraqlandırır. Bəzən hadisələrin iki addım o tərəfini anlamaq olduqca böyük bəsirət tələb edir. Xoca Əfəndi kimi bir "bəsirət abidəsi"nin müəyyən məsələlərdəki izahları, insanın, həqiqətən, doğru istiqamətdə düşünüb-düşünmədiyi barədə təməl kriteriya halına gəlir.

Son təhlildə Fəthullah Gülən Xoca Əfəndinin həyatı boyu ilmə-ilmə hördüyü düşüncə aləmində dünyanın fərqli coğrafiyalarındakı insanların özünə aid bir naxış, bir rəng tapması, dünyəvi sülhü təmin edəcək mədəniyyətin qurulmasının ən böyük əlaməti deyilmi? Hadisələr artıq belə bir mədəniyyət istiqamətində cərəyan etdiyi bir vaxtda, Gülənin fikirlərinə biganə qalmaq böyük bir talesizlikdir…