Fəthullah Güləni Düzgün Anlamaq

İslam dünyası, xüsusilə, bu son bir əsrdə bir çox İslami hərəkata şahid oldu və bir çox müsəlman ziyalı və elm xadimi bu dövrdə İslama baxış tərzi və İslami hərəkat mövzusunda tədqiqatlar apardı, məqalə və kitablar yazdı.

Məhz Fəthullah Gülənin hərəkat və fikir axın istiqamətinin düzgün dərk edilməsi, xüsusilə, İslamın həm ümumbəşəriliyini, bütün zaman və şərtlərə xitab etmə potensialını, həm də ümumbəşəri əhatəliyi ilə yanaşı, müasir dövrün mövcud şərtləri ilə uyğunluq təşkil etməsini layiqincə qavramaq və qiymətləndirmək baxımından çox əhəmiyyətlidir.

İslam və İslam fiqhi kitablarda yazılı, nəzəri qayda-qanunlardan ibarət deyil. Ümmiliyi (oxuma-yazma bilməməsi) risalətində əsas yer tutan Allah Rəsuluna (s.ə.s.) enən ilk vəhyin "Oxu, yaradan Rəbbinin adı ilə və adına!" şəklində aksiyon yönümlü bir əmr olması da, bunu, yəni İslamın və İslam fiqhinin əyani surətdə təzahürünü və mahiyyətini əyani şəkildə ortaya qoyma xassəsini kifayət qədər isbat edir. Bu təməl xüsus, təəssüf ki, müasir dövr İslami hərəkatların və bunları araşdıran bir çox ziyalı və mütəfəkkirin gözündən qaçdığı üçün dəfələrlə nəzəri mübahisələrə və spekulyasiya obyektinə çevrilmişdir. Digər tərəfdən də, Fəthullah Gülənin hərəkat və düşüncə tərzini, əsasən də bu hərəkat və fikir axınına dost-düşmən bir çox insan da səhv başa düşüb ona, səhv mənalar vermiş, Fəthullh Güləni gah müsbət, gah da mənfi mənada təbəddülatla ittiham etmiş və ya əksinə alqışlamış, bir çox insan da İslamda reform, hətta İslami ehkamın -haşa- yetərsizliyi kimi iddialarla mövzuya aydınlıq gətirməyə çalışmışlar.

Həm ümumbəşəri mahiyyəti, həm də müəyyən zaman və şərtlərə cavab verə bilməsi baxımından İslamı və bu mənada Fəthullah Gülənin hərəkat və düşüncə tərzini, yəni son yarım əsrin şərtlərini nəzərə alaraq onun İslami təmsil və təbliğini qavramaq, bir mənada öz əyani təzahürü içində formalaşan İslamın və İslam fiqhinin irəli sürdüyü və ya söykəndiyi üsula (İslam dininin əsasları. 1- Kitab, yəni Qurani-Kərimdəki dəlillər. 2- Sünnət. 3- İcmayi-Ümmət. 4- Qiyasi-Fiqqəha) yaxından bələd olmağı tələb edir. Hal-hazırda, təəssüf ki, müəyyən mövqelərə malik şəxslər belə üsul biliyindən məhrum halda çıxış edir, əlinə qələm alır Təfsir üsulu bilmədən Quran, Hədis üsulu bilmədən Sünnət və Hədis barədə şərh və hökm verir, xüsusilə həm üsulu ilə Təfsir, həm üsulu ilə Hədis biliyini tələb edən, bunları da əhatə edən Fiqh Üsuluna isə heç bələd olmadan İslam naminə fitva və hökm verə bilirlər. İslam və İslami elmlər heç bir başqa elmdə olmayan dərinlik və genişlikdə üsul üzərinə oturmaq, bu üsulları meydana gətirmək kimi bir imtiyaza malikdir. Bu üsul, yəni əsil qaydalar, təməllər, metodologiya çərçivəsində məsələyə yanaşanda həm, Təfsir, həm Hədis, həm də bütün dini elmləri əhatə edən Fiqhdə qarşımıza ümumbəşəriliyi ilə yanaşı, İslamın hər zaman, hər şəraitə, hətta yeri gələndə hər şəxsə xitab edə bilmə xüsusiyyətinin qaynaqları nəsx (Şəriətin bir hükmünü, şəriətin başqa bir əmri ilə qaldırmaq) (nasix (qüvvədən salan)-mənsux (qüvvədən düşmüş)) mövzusu, möhkəm (mütləq mənalı söz)–mütəşabih (müxtəlif mənalara gələn söz), ümumi-xususi (təmim (ümumiləşdirmə)-təxsis (xüsusiləşdirmə)), mütləq-müqəyyəd (şərtə bağlı) (təqyid) kimi prinsiplərdir. Özündən əvvəlki bütün zəmanələrin, risalətlərin bir növ meyvəsi, ağacı, özündən sonrakı bütün İslami həyat, düşüncə, davranış, hərəkət və təcdidlərin modeli xüsusiyyətlərinə malik olan Peyğəmbər Əfəndimizin və 23 illik İslamın kamilliyi, Allahın nemətinin tamamlanması ilə nöqtələnən risalət dövründə bir çox ayənin ləfzən nəsx edilməsi, yəni tamamilə qaldırılması, bir çox ayənin mənası ilə birlikdə nəsx edilməsinə baxmayaraq, mətninin Qurandan çıxardılmaması belə, öz-özlütündə hər yöndən İslamın və İslami hərəkatların dərk edilməsində böyük əhəmiyyət kəsb edir. Xüsusilə mənası nəsx edilmiş ayələrin Quranda hərfən qalması, bu ayələrdəki bir çox məna ilə yanaşı, dünyanın şərtləri daima bu ayələrin hökmlərinin nəsx edildiyi dövrdəki kimi qalmayacağı həqiqətini nəzərə alanda İslami təbliğ, hərəkat və düşüncə naminə ayrı bir əhəmiyyət kəsb edir. Fəthullah Gülənin yarım əsrə yaxın hərəkat və düşüncə sistemində bəzən bir-birindən fərqli görünən söz və davranışlarını doğru anlaya bilmək üçün bu xüsus son dərəcə əhəmiyyətlidir.