Üsuliddin dayaq nöqtəsi

Fəthullah Gülən: Üsuliddin dayaq nöqtəsi

Sual: Söhbətlərdə tez-tez üsuliddinəəməl etməyin əhəmiyyətindən söz açırsınız. Bu məsələni daha ətraflı izah edə bilərsiniz?

Cavab: Üsuliddin dinin əsasları, prinsipləri və meyarları mənasına gəlir.Üsuliddin inancın çərçivəsini müəyyənləşdirən əsaslardan, Cənabi-Haqqı tanımağa dair ortaya qoyulan prinsiplərdən, həşrünəşrlə (ölümdən sonra diriliş) bağlı mülahizələrdən, kainat, insan və Allaha dair həqiqətlərdən və s. ibarətdir.

İman və İslamın qalaları

İlk dövrlərdə Şəriət sahibi Peyğəmbərimizin (s.ə.s.) ortaya qoyduğu bu əsaslar isimsiz müsəmma idi. Adı qoyulmamış, prinsiplər məcmusuna çevrilməmişdi. Sonrakı dövrlərdə İmam Maturidi və Əbülhəsən əl-Əşari kimi alimlər bu həqiqətləri həm sistemləşdirdi, həm də təfsilatlı şəkildə izah etdilər. Belə ki, bu fəaliyyət sayəsində yanlış anlaşılma və yoldan çıxmanın qarşısı alınmış oldu.

İslamın Quran və Sünnə çərçivəsində əməli tətbiqi, iki mənbəyə (Quran və Sünnə) əsaslanan hökm vermə metodları, ortaya çıxan problemlərin həll yolları və s. kimi fiqh üsuluna dair məsələlərədə ilk vaxtlarad qoyulmamışdı. Sonrakıdövrlərdə fiqh alimləri bu sahədə işlər aparmış, prinsipləri müəyyənləşdirmiş və maddələr şəklində sistemləşdirmişlər. Bu prinsipləri əsas götürən insan həyatda, Allahın izni və inayəti ilə, həm yanılmaz, həm də ziddiyyətə düşməz.

İslam qiyamətədək bütün bəşəriyyətə göndərilən ümumibəşəri bir din olduğuna görə əsas prinsiplərə sadiq qalmaq şərtilə dövrə uyğun fərqli ictihadlar irəli sürmək mümkündür. Ancaq məsələyə sırf tarixi aspektdən baxan bəzi alimlərin Quran və Sünnənin hökmlərinə mənatlar (hökmün səbəbi), illətlər (səbəb) tapmaq, sonra da bu mənatların dəyişdiyini, beləliklə hökmlərin qüvvədən düşdüyünü iddia edərək yeni hökmlər “icad etməsi” doğru deyildir. Çünki bu, üsuliddinin əsaslarından uzaqlaşmaq deməkdir. İnsan bu prinsiplərdən uzaqlaşmağa başladımı, məsələninaxırınıəvvəlcədən kəsdirmək mümkün deyil.Üstəlik bu, insanın öz düşüncə dünyasından uzaqlaşmasının, get-gedə dəyişməsinində bir əlamətidir. Bircə dəfə dəyişən isə, “dəyişmə selin”əqapılıb gedər.

Öz dəyərlərindən uzaqlaşmaq istəmiriksə, başda Quran və Sünnə olmaqla mədəni mirasımızdan möhkəm yapışmalıyıq. Çünki Quran Allah kəlamıdır. Həzrət Pir: “Böyük məscid olan kainatda Quran kainatı oxuyur! Onu dinləyək. O nurla nurlanaq, onun hidayəti ilə əməl edək və onu virdi-zəban edək. Bəli, söz odur, söz ona deyərlər. Haqq olub, Haqdan gəlib Haqq deyən, həqiqəti göstərən və nurani hikməti yayan odur” (Bədiüzzaman, “Sözlər” səh. 33 (Yeddinci söz)) buyuraraq bizə doğru yolu göstərən hidayət günəşinin Qurani-Kərim olduğunu nəzərə çatdırır.

Bu qüdsi mənbələrə əsaslanan təməl prinsiplərə zidd şeylər ortaya atmaq bidətkarlıqdır. Hər bidətdə isə zalalətə gedən yol var (Bax: Müslim, “Cümə” 43; Nəsai, “İdeyn” 22; İbn Macə, “Müqəddimə” 7). O halda insan nə düşüncədə, nə hal-hərəkətdə, nə ibadətdə, nə də Quran və Sünnəni anlama və izahda bidətə yol verməməlidir. Bəli, peyğəmbərlərə, haşa, poçtalyon gözü ilə baxmaq bidətdir, səhabələri və sələfləri Quran və Sünnəyə zidd şəkildə tanıtmaq bidətdir, Mötəzilə və Cəbriyə məzhəblərinin Zati-Ülühiyyətə isnad etdikləri xoşagəlməz şeyləri qəbul etmək bidətdir.

Məsələn, Allahın (cəllə cəlaluhu) bəzi şeyləri eləməyə məcbur olduğunu və ya Onun hər işi bir məsləhətə (fayda, xeyir) binaəngörməli olduğunu iddia etmək zəlalətdir. Çünki “Əlbəttə, Allah istədiyi şəkildə hökm verir” (“Maidə” surəsi, 21/23) ayəsinin də buyurduğu kimi Allah istədiyini edər və istədiyini hesaba çəkər, ancaq heç kimin Allahı işlərinə görə hesaba çəkməyə haqqı yoxdur.

Fiqhi doğru anlamaq üçün fiqh üsulunun prinsiplərini düzgün başa düşməknə qədər əhəmiyyəytlidirsə, inanc məsələsində xətalara yol verməmək üçün də kamil üsuliddin kültürünə yiyələnmək də o qədər vacibdir. Bəzi təfərrüat fərqləri olsa da, başda məzhəb imamları və onların xələfləri fiqh üsuluna dair zəngin əsərlərə imza atmışlar. Həmçinin İmam Maturidi və Əbülhəsən əl-Əşari həzrətləri başda olmaqla onların yolunu tutan böyük alimlər də üsuliddinə dair əsərlər yazmaqla bəzi yanlışların qarşısını almışlar. Üsulifiqh və üsuliddinin prinsiplərinə əməl etsək, dövrə görə dəyişən dini mülahizələri qəbul etməkdə və mövcud şəraiti nəzərə alaraq İslamın ictihad və istinbata aid sahələrini doldurmaqda çətinlik çəkməyəcəyik. Ancaq bu prinsiplərdən kənara çıxsaq, zəmanəni düzgün anlasaq və analiz etsək belə, yenə bidət işləmiş olarıq.

Nə üsul, nə də üslub güzəştə gedilməli

Digər tərəfdən ruh və məna köklərimizdən süzülüb gələn dəyərləri dünyanın müxtəlif yerlərinə çatdırarkən, eyni zamanda başqaları ilə qarşılıqlı mübadilə prosesində əsas prinsiplərə riayət etmək lazımdır. Buna diqqət etməsək, bəzi xətalara yol verərik. Məsələn, insanlara müəyyən həqiqətləri izah etmək üçün yersiz mümaşat (yalandan razı olmaq) və müdarata (zahirdə dost olmaq) yol vermiş, onları məmnun etmək üçün iş görmüş ola bilərik.Bəlkə də,onlara qeyd-şərtsizsimpatiya duyar, özümüzü onlara bəyəndirməyə çalışarıq. Bütün bunlar üsuliddin prinsiplərinə ziddir. Çünki Qurani-Kərim möminə əvvəla və bilavasitə mömini sevməyi, onları qoyub başqalarını dost seçməməyi əmr edir (Bax. “Ali İmran” surəsi, 3/28; “Nisa” surəsi, 4/144; “Maidə” surəsi, 5/51)

Ancaq digər tərəfdən möminin başqa insanlarla ünsiyyətini kəsməsi, onlardan uzaqlaşması da eyni şəkildə əsas prinsiplərə ziddir. Çünki Qurani-Kərim buyurur ki, əhli-kitabın hamısı eyni deyil, onların arasında da dürüst, gecələr Allahın ayələrini oxuyub səcdəyə gedən (Bax: “Ali İmran” surəsi 3/113), insanları haqqa və həqiqətə dəvət edən (Bax: “Əraf” surəsi, 7/159), Quran ayələrini eşidəndə əvvəldən bildikləri gerçəkləri görüb göz yaşı tökən insanlar var(Bax: “Maidə” surəsi, 5/83). Ona görə əhli-kitabın hamısına eyni gözlə baxmaq doğru deyil. Allah-taala o cümlədən “Allah dininizə görə sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz” (“Mumtəhənə” surəsi, 60/8) bəyanı ilə onlara xeyirxahlıq edərək qəlblərə yol tapmağı qadağan etməmişdir. Ona görə də, hər kəslə ünsiyyət qurmaq və onları da qarşılıqlı münadibətə təşviq etmək təqdirəşayan hərəkətdir.

Zərgər həssaslığı

Anadoludan dünyaya yayılan sevgi və xoşgörü qəhrəmanları fərqli mədəni mühitdə yetişən insanlarla qarşılaşır və onlarla ünsiyyət qururlar. Onlar ünsiyyət qurduqları insanları əvvəlcə yaxından tanımalıdırlar. İlk öncə onların dünyagörüşünü, inancını,xarakterini öyrənməli, ağzından çıxan hər sözü ölçüb-biçməli, ondan sonra sözə başlamalıdırlar.

Ancaq bu məqamda da diqqətli olmaq lazımdır: haqq yoluçusu həmsöhbətinin qəlbinə yol tapmaq və özünü ona sevdirməkxatirinə üsuliddinə zidd hərəkət etməməlidir. Məsələn, bir dinin və ya dinə oxşar bir təşkilatın mənsubu ilə görüşürsünüz. Əgər Quran və Sünnədə onun müqəddəsləşdirdiyi dini lideri haqqında bir şey yoxsa, demək, bu çərçivədə ünsiyyət qurmalısınız. Ancaq Quranın Həzrət Musa, Həzrət Davud, Həzrət Süleyman, Həzrət İbrahim, Həzrət Yəhya, Həzrət İsa (aleyhissalam) kimi peyğəmbərlərə yanaşması və ya Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) peyğəmbərlərə dair fikir və mülahizlərini nəql etməklə ruhunuzun ilhamlarınını çatdırmağa əlverişli zəmin hazırlaya bilərsiniz. Məsələn, bir sahəbə ilə bir yəhudi arasında“Həzrət Musa böyükdür, yoxsa Peyğəmbərimiz?”şəklində mübahisə düşür. Bu vaxt səhabə yəhudiyə bir şillə vurur. Bunu eşidən Rəsulullah (sallallahu aleyhi vəsəlləm) “Məni Musa ibn İmrandan üstün tutmayın!Çünki mən onun məhşər günü ərşin ətəyindən yapışdığını görəcəyəm! Bilmirəm bir dəfə huşunu itirdiyinə görəmi (Tur dağında)daha huşunu itirməyib, yoxsa məndən əvvəl həşr olunub?” (Buxari, “Hüsumat” 2; “Ənbiya” 31; “Riqaq” 43; “Tövhid” 31; Müslim, “Fəzail” 157) buyurmuşdur. Bununla biz Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) ülul-əzm peyğəmbər olan Həzrət Musaya göstərdiyi təvazökarlığı və üstün fəzilətini dilə gətirə bilərik. Həmçinininsanların damarına toxunmamalıyıq ki, əks-reaksiya versinlər. Müsəlmanlığı kiçik və bəsit göstərənhər cür davanışdan da uzaq olmalıyıq. Bu məsələdəüsuluddinin əsaslarına əməl etmək üçün siyər fəlsəfəsini, səhabələrin tutduğu yol və üslubu çox yaxşı bilmək lazımdır.

Bəli, dövrün hizmət ərənləri Quranı və onun şərhi, haşiyəsi sayılan sünnəni çox yaxşı bilməlidirlər. Bu iki müqəddəs mənbəni və onların ortaya qoyduğu prinsipləri dərindən öyrənmək üçün seminarlar keçirməli və insanların bu sahədə biliklərini artırmasına zəmin hazırlamalıdırlar. Yoxsa “dini təbliğ edirik” deyib insanlara qarşı kobud hərəkətlərə, üsuliddinə zidd xətalara yol vermiş olarıq.

Keçmişdə haqq-həqiqət yolçuları bir-biri ilə qarşılaşanda “Neçə nəfərin qatilisən?” deyə soruşardılar ki, nəfsi hesaba çəkmə hissi daima canlı qalsın. Yəni neçə insan sənin fərasətsizliyin ucbatından dindən uzaqlaşıb? Qatil olmamaq üçün bir yol tapmalı, heç vaxt üsul və üslubda xətaya yol verməməli və həqiqətləri qarşı tərəfə çox gözəl şəkildə təqdim etməyə çalışmalıyıq.

Yarı həkim candan, yarı alim dindən edər

Üsul və üslub bilməyən, Quranın prinsiplərindən, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) sünnəsindən xəbərsiz olan, sələflərimizi düzgün anlamayan bir adam istər postnişin, istər irşad məqamında görünən bir mürşid, istərsə insanların ətrafında halqa qurduğu bir şeyx olsun, hər an şeytana aldanması mümkündür. Şeytan bu cür insanlara bəzən qeyri-adi şeylər göstərərək, bəzən də qulağına pıçıldayaraq bir doğruya on yalanı qatıb qəbul etdirə bilir.

Halbuki üsuliddindən xəbəri olan insan bilir ki, ona vəyh gəlmir. O, qulağına pıçıldanan, gözünə görünən, ürəyinə gələn və hissiyatına toxunan bir şeyi Kitab və Sünnə süzgəcindən keçirir. Əgər bu şey Allahın kəlamına, Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) sünnəsinə və ya sələflərin bu iki mənbə əsasında ortaya qoyduqları prinsiplərə uyğun gəlirsə, “başım, gözüm üstə” deyir, minnətdarlıq və şükür hisləri ilə qəbul edir. Əks halda heç birinə etibar eləmir. O baxımdan üsuliddini bilməyən insanların mürşid məqamına keçməsi təhlükəlidir. Belə ki, Məhəmməd Bahauddin Nəqşibənd həzrətlərinin fikrincə İslam elmlərindən icazət almayan insana irşad vəzifəsi verilməz. Yəni bu insan sərf, nəhv və məani kimi köməkçi elmləri, eyni zamanda fiqh, üsulihədis, kəlam və üsuliddin kimi İslam elmlərini bilməlidir.

Keçmişdə haqq və həqiqətə tərcüman olmaq istəyənlərdə bu xüsusiyyətlər axtarılır, alim olmayana irşad vəzifəsi verilmirdi. İndiki dövrdə isə keçmişdən miras qalan təkyə və zaviyələrin fəaliyyətini davam etdirmək və orada toplanan insanları dağıtmamaq üçün başa dini elmlərdə əllaməlik dərəcəsi olmayan və səlahiyyəti çatmayan insanlarıkeçirmişlər. Bu isə baytarın əlinə bıçaq verib ürək əməliyyatına salmaq deməkdir. El arasında bir söz var: “Yarı həkim candan, yarı alim dindən edər”.

Ona görə də bu dövrdə irşad vəzifəsini yerinə yetirmək istəyənlərin İslami elmləri öyrənməsi, üsuliddini və üsuli-fiqhi yaxşı bilməsi çox vacibdir. Əks halda bilmədən çoxlu xətalara yol vermiş olarlar.

Niyazi Misrinin bir beyti iləmövzunu yekunlaşdıraq:

Hər mürşidə əl vermə ki, yolunu sarpa uğradar,
Mürşidi-kamil olanın qayət yolu asan imiş...