Dünyada İslamı tanitma fəaliyyətləri

Sual: Son hadisələrin işığında İslamı tanıtma fəaliyyətlərinin dünya üzrə bu günkü vəziyyətindən bəhs edə bilərsinizmi?

Cavab: Məsələnin bir bizə baxan yönü var, bir də bizi aşan yönü. Bizə baxan yönü etibarı ilə bu iş sırf ilahi əmr olduğu üçün yerinə yetirilər. Yuxumuzu qaçıran, rahatlığımızı pozan, bizi yeyib-içməkdən uzaqlaşdıran, vücudumuza zehni və fiziki yorğunluq verən bütün bu işlər əgər Allah rizası üçün və Onun uca dinini yaymaq üçün edilmirsə, deməli, bihudə əziyyət çəkirik. Bəli, xalis niyyət bizim gördüyümüz, görəcəyimiz işlərin ruhudur. Bu ruh olmasa, etdiklərimiz də, edəcəklərimiz də heç bir müsbət dəyər ifadə etməz.

Quranda: "Ey iman edənlər! Sizi, sizə həyat verəcək şeyə çağırdığı zaman Allaha və Rəsuluna itaət edin" (Ənfal 8/24) buyurulmaqdadır. Bəli bu bir əhya, yəni dirilmə və diriltmə məsələsidir. Bu dirilmə də, ayədə açıq şəkildə bəyan edildiyi kimi, din ilə və dinin həyatın dayanağı halına gətirilməsi ilə mümkün olar.

Allah rizasi üçün, yəni ən böyük mərtəbə olan "riza mərtəbəsi"ni qazanmaq üçün gördüyümüz işlərə şəxsi düşüncə və arzularımız qətiyyən qarışmamalıdır. Məsələn, dinsiz bir insanın Cəhənnəmə girməsi həqiqəti, bəzi həssas qəlblərdə sıxıntı hasil edə bilər və beləliklə də, müvazinətin pozulmasına gətirib çıxara bilər. Eynı şəkildə nifrət etdiyimiz əxlaqsızlığı yox etmək istəyərkən qanuni çərçivəni aşa bilər, hətta bəzi məşru (qanuni) münasibətlərə belə, məhdudiyyət qoymağı ağlımızdan keçirə bilərik ki, bütün bunlar da müvazinəti pozar. Odur ki, biz yalnız əmr ediləni əmr edildiyi şəkildə və əmr edildiyi çərçivədə yerinə yetirməklə mükəlləfik.

Bu işin bizi aşan yönü isə budur: Mesajımızı insanlara qəbul etdirmə bizim taqət və gücümüzü aşan məsələdir və əslində bu heç bizim işimiz də deyil. Qəbul etdirəcək olan Allah olduğu kimi, etdirməmə işi də Ona aiddir. Bəli, işin bu yönünü qətiyyən düşünməməklə birlikdə, sözlərimizin qəbul edildiyini gördükdə, bunu qətiyyən zəkamızla, bilgimizlə, qabiliyyətimizlə, qısaca özümüzlə əlaqələndirməməli və hər şeyi tamamən Allahın lütfü saymalıyıq. Əksinə, sözlərimizin qəbul edilmədiyini gördükdə də özümüzü hesaba (siqaya) çəkməli, duyğularımızı, niyyətlərimizi, ibadətlərimizi yoxlamalı, özümüzü hesaba çəkməli və təbii ki, qətiyyən ümidsizliyə qapılmamalıyıq. Neçə-neçə uca qamətlər, məntiq və mühakimə insanları gəlib keşmişdir ki, arxalarınca bir-iki nəfər ya getmiş ya da getməmişdir. Çünki iman qulun qəlbində Allahın yandırdığı bir işıqdır və bunu yandırmaq da yalnız və yalnız Ona məxsusdur. Bəli, o nuru ancaq O yandırar.

Digər tərəfdən, başlanğıc etibarilə bu fəaliyyətlər tamamən Allah Rəsuluna aiddir. Məna baxımından yanaşılsa, XX əsrdə Əfəndimizin layiqli davamçılarından mənəvi qüvvət sahibi bir zat zühur etmiş və bu missiyanı üzərinə götürmüşdür. "Kitab", "Sünnət" deyən və "Hikmət"ə ram olan bu zat Həqiqət-i Əhmədiyyəni (s.a.s.) təmsil yolunda həyatını əslinə görə şəkilləndirmiş, sonra da Allahın inayəti ilə o yolda yürümüş və nəticədə heç bir şeyi özündən bilməmişdir. Hətta nəfsini daima sorğu suala çəkmiş, "Allah bu dini bir abdı facirlə (günahkar qul vasitəsilə) də əziz edər; sən özünü bax, bu facir (günahkar) qullardan bilməlisən" deyə nəfsinə xitab etmiş və "sən səbəb yox, yalnız vəsilə ola bilərsən" deyərək daima özünü hesaba çəkmiş və həyatını belə başa vurmuşdur.`

Daha sonrakı nəsillər isə, özlərini bu müqəddəs fəaliyyətlərin içində gördülər və "görəsən Cənab-ı Allah bizə də bir iş gördürərmi?" deyə intizar etdilər. Onlar bu intizar içində gözləyərkən, Cənab-ı Haqq yenidən öz işi üçün bəzi qullarını vasitə etdi və onun yardım və inayətilə bu günkü nöqtəyə gəlindi. Gəlinən bu nöqtədə bütün müqəddəs insanların, səmimi ruhların, fədakar qulların əzm və çalışmalarının fövqündə bir səmərənin, bərəkətin və inayətin olduğunu söyləmək mümkündür.

"Haqq təcəlli eyləyincə hər işi asan edər;
Xəlq edər əsbabını (səbəblərini) bir ləhzədə ehsan edər."

Ara-sıra sıxıldığımız, uzaqlaşmaq isədiyimiz, sonra isə yenə yolların pərişanlığını görüb geri qayıtdığımız bu fəaliyyətlərin içində olan bəzi xarakter xəstəsi insanlarla bu işin davam etməyəcəyi bir həqiqətdir. Görülən işlərdə camaatın ixlas və əzmlərinin böyük rolu olsa da, hər şeyi Allahın etdiyi bəllidir. Heç kim başqa düşüncələrlə, xülyalarla və gələcəyə aid xəyallarla bu işi bulandırmamalı və yalnış davranışları ilə bu qədər nəticəni korlamamalıdır. Əldə edilənlər bulandırılmaz və korlanmazsa, indiyə qədər camaatın üzərinə aramsız yağan lütüflər, onun axirətdə qurtuluşu üçün kifayət edə bilər. Fəqət bizdən sonraki nəsillərin belə mənəvi və uxrəvi (axirətə aid) ehtiyaclarını odəyə biləcək bu xeyir və bərəkət qaynağı bu gün bizim onu bulandırmamız sayəsində nə indi, nə də gələcəkdə istifadə olunmayacaq hala salına bilər. Məhz bu nöqtədə oturub hesab-kitab etməli və özümüzü süzgəcdən keçirməliyik. Fasiləsiz olaraq üzərimizə yağan lütüflər bizdə daha çox ibadət şüuru oyandırmalı, ibadətlərimiz daha da dərinləşməli, səcdələrimiz başlarımızı qaldırmayacağımız bir vüslət qapısına çevrilməli və hər nemət şükürlə daha da bərəkətləndirilməlidir. Əksinə, namazlarımızı başdansovdu əda ediriksə, şəhəvi hisslərimzin azğınlığına qapılıb gediriksə, yeyib-içmə və əylənmə mövzusunda da heç bir sərhəddimiz yoxdursa, demək biz, hər zaman –Allah qorusun– bu işi bulandırırıq.