Millət

Öz millətinə dayaq olamağa əzmli olanlar, əgər bu düşüncələrində səmimidirlərsə, özlərinə aid mənafeyi unutmalı, millətə aid ən kiçik mövzuları belə əsla yaddan çıxarmamalıdırlar.

* * *

Ən səviyəli millət bütün işlərini birlik və bərabərlik içində qərarlaşdırıb çoxluğun rəyinə üstünlük verən millətdir. Əlbəttə ki, bu millətin üzvləri din, dil, tarix kimi həyati mövzularda eyni tərbiyə almaları çox mühümdür.

* * *

Ən çox zövq aldığımız şey sevdiyimiz və sevgisindən əmin olduğumuz insanlardan gələn tənqidlər olmalıdır. Əksinə olsa, bəzi qüsurlarımız ucbatından dostlarımızı itirəcək, bir çox nöqsan və qüsurlarımızı da düzəltməyə imkanımız olmayacaqdır.

* * *

Millətcə bizi yıxan ən mühüm məsələlərdən biri də ətrafımızı əhatə edən dost libasındakı hiyləgərlərə qarşı olan sadələvhlüyümüzdür. Halbuki, insan verilən hər vədə aldanmamalı, hər yol göstərənə də inanmamalıdır.

* * *

Bir millətdə hiylə və aldatmaq ağıllılıq sayılırsa, artıq o millət sağalmaz bir dərdə düçar olmuş deməkdir. Belə bir millətdə yaxşılığın nişanəsi olan hər şey isə vərəmli bədəndəki şişləri kökəlmə zənn etmək kimi bir aldanmışlıqdır.

* * *

Bir millətin fərdləri arasında ailəvi münasibət səviyyəsində bir yaxınlıq varsa, tale bu doğmalıq sayəsində bu milləti zirvələrə doğru aparan yollara su səpəcəkdir. Bir-birini sevməyən və biri digərinin əleyhində olan və bir-birinə etimad etməyən millətlər isə həqiqi mənada millət olmadığı kimi,  belə millətlərin gələcəyi də sual altındadır.