Fəthullah Gülən Xocaəfəndinin Pakistanda qanlı hücüm nəticəsində vəfat edənlərin yaxınlarına verdiyi başsağlığı

Fəthullah Gülən Xocaəfəndinin Pakistanda qanlı hücüm nəticəsində vəfat edənlərin yaxınlarına verdiyi başsağlığı

Pakistanın Pişəvər şəhərində bir kilsənin qarşısında törədilən partlayış nəticəsində 85 məsum insanın vəfat etdiyini və çox sayda insanın yaralandığını eşidəndə çox kədərləndim. Kim və hansı məqsədlə edir-etsin, hər cür terror hadisəsini bir daha şiddətlə lənətləyirəm.

Etnik və dini azlıqlara qarşı törədilən cinayət, zorakılıq və zülm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) sünnəsinə tamamən zidddir. Pakistanda məsum xristianların amansızca qətlə yetirilməsi, Misirdə Qibti xristianlara edilən təcavüz və ya dünyanın hər hansı bir yerində azlıqların hüquqlarının tapdalanması qəbuledilməz cürüm olub ilk öncə müsəlmanlar tərəfindən qınanmalıdır.

Cənabi-Allah insanları bərabər yaratmışdır. Yaşamaq, dinc şəraitdə ömür sürmək və ləyaqətin toxunulmazlığı kimi hüquqlar Allahın bütün insanlara bəxş etdiyi haqlardır. Müsəlmanların əziyyət görməsi məsum insanlara əziyyət verilməsinə haqq qazandırmır. Həqiqi İslam anlayışında məqsədə aparan bütün yollar heç də məqbul sayılmır. İslamiyyətdə həm məqsəd, həm də məqsədə aparan vasitənin qanuni olması şərtdir.

Allahdan yaralılara şəfa, vəfat edənlərin ailələrinə və bütün Pakistan xalqına başsağlığı diləyirəm.

Fəthullah Gülən