Professor Semir Budinar

Məqsəd dövrün problemlərinə həll yolu tapa bilən insan yetişdirməkdir

Professor Semir BudinarHHizmət hərəkatının ən bariz xüsusiyyəti odur ki, təhsil sisteminin mərkəzində insan dayanır. Kainatda inkişaf ancaq insanla mümkündür. Bu səbədən Hərəkat məhz insana əhəmiyyət verir. Bu Hərəkat yenilik gətirən, inkişafı həyata keçirən, mədəniyyət quran, dünyanı abadlaşdıran yeni insan yetişdirir. Zira saydığımız işlər ancaq insan mərkəzli təhsil sayəsində keçirmək mümkündür. Bu səbəbdən Hizmət hərəkatının ortaya qoyduğu təhsil sistemi yeni insan yetişdirən fərqli bir perspektiv təqdim edir. Bununla yanaşı, bu təhsil modeli hər dövrdə, hər şəraitdə və hər zaman özünü doğruldan ideal insan yetişdirməyi prioritet seçmişdir. Belə halda bu yeni təhsil modeli uğur qazanması qaçılmazdır.

Bu təhsil modeli həsrət çəkdiyimiz qızıl nəsli yetişdirəcək və yeni bir dünyanın qapılarını üzümüzə açacaqdır. Bu model hər sahədə, hər bir mühitdə və hər zaman uğurla təlim-tərbiyə verir, aktiv insana məhdudiyyət qoyan və qarşısına əngəllər çıxaran bütün maneələri aradan qaldırır.

Bu yeni təhsil modelinin bariz xüsusiyyətlərindən biri də rəqabəti aradan qaldırmasıdır. Çünki bu sistem hər bir şəraitdə yeni insan yetişdirmə gucunə malikdir. Və bunu dünyanın hər yerində uğurla həyata keçirir. Yetişən bu yeni insan öz mədəniyyətinə, ictimai dəyərlərə bağlı olmaqla yanaşı, eyni zamanda başqalarına qarşı məsuliyyət daşıdığına inanır və bu şüurda yetişir. Bu insan ömrünü ideallarını, layihələrini həyata keçirməyə həsr etmişdir. Yeni nəsil yetişdirmək böyük məsələ deyil. Hətta əxlaqlı, dəyərlərinə sadiq nəsillər də yetişdirmək mümkündür. Ancaq bu nəsillərin fəallığı, aktivliyi və dinamikası yoxdursa, istənilən əldə edilməmiş olar. Məhz bu məqamda Hizmət hərəkatının təhsil modelinin üstünlüyü bariz şəkildə gözə çarpır. Fəthullah Gülən Xocaəfəndinin Hizmət hərəkatında sağlam təməllər üzərində qurduğu təhsil modelinin əhəmiyyəti otaya çıxır. Görürük ki, Hərəkatın prioriteti ideal insan yetişdirməkdir.

Digər müəssisələr isə bu mərhələdən sonra fəaliyyətə keçir. Hər biri öz sahəsində eyni məqsəd uğrunda aktiv fəallıq göstərir. İslam dünyası son iki əsrdə çətin sınaqlardan keçmişdir. Bu çətinliklərin öhdəsindən gəlmək, vəziyyəti stabilləşdirmək uzunmüddətli və sistemli fəaliyyətdən asılıdır. Bu, qaçılmazdır. Burada yenə də məqsəd dövrün problemlərinə həll yolları tapa bilən insan yetişdirmək olmalıdır.

Professor Semir Budinar, İnsan və Cəmiyyət üzrə araşdırma mərkəzinin sədri/Politologiya və sosiologiya elmləri üzrə müəllim/Mərakeş.