Rabbi Lourens Sidmen

Hizmət təhsildə açar rol oynayır

Rabbi Lourens SidmenNyu Yorkda doğulmuşam. Sonra ailəm Kaliforniyaya köçüb. Həyatımın böyük hissəsi Kaliforniyada keçib. Peşəm mühəndislikdir. Bir sıra şirkətlərdə çalışmışam. Kaliforniya Universitetində mühəndislik üzrə doktorantura oxumuşam.

Məndə böyük heyranlıq hissi oyandıran Hizmət Hərəkatı ilə burada – İrvayn şəhərində tanış olmuşam. İki dəfə Hizmət könüllüləri ilə Türkiyə səfərində olmuşam. Xalqın dəstəyi ilə ərsəyə gələn bu Hərəkat olduqca nadir bir hadisədir.

Hərəkata mənsub hər bir şəxs Hizmətin dəyərlərini o dərəcədə mənimsəmişdir ki, kimlə görüşürsən-görüş hamıda İslamiyyətə, haqqa bağlılıq və fədakarlıq müşahidə edilir. Fəthullah Gülənlə şəxsən tanış olmasam da, dinlərarası dialoq və İslamiyyət haqqında bir sıra məqalələrini oxumuşam. Dünyaya yayılan Hizmət hərəkatında heyran olduğum bir sıra xüsusiyyət var. Birincisi, təhsildir. Təhsilin müasir dünyada böyük rola malik olduğunu düşünürəm. Dünyanın, demokratiyanın və iqtisadiyyatın gələcəyi təhsildən asılıdır. Hizmət istər Türkiyə, istər başqa ölkələrdə olsun təhsilə təşviq etmə baxımından açar rol oynayır.

İkincisi, Hizmətin zərərçəkən bölgələrə humanitar yardım fəaliyyətləri ilə məşğul olmasını və ya həm Türkiyədəki, həm də bütün dünyadakı humanitar təşkilatlarına dəstək verməsini alqışlayıram. “Fontin” jurnalının (Fountain) redaksiya heyəti ilə birlikdə bir həftəlik Türkiyə səfərində İslamiyyətin sevgi dini olduğunu anladım. “Mən Allahın nə istədiyini bilirəm və Allah məndən filan insanları öldürməyimi istəyir” deyən insan dindar ola bilməz. Mən Fəthullah Gülənə inanıram. O, buna bənzər aktların İslamiyyətlə bir araya sığmadığını deyir. Nəinki İslamiyyət heç bir din terrorla bir araya sığmaz.

Dinlərarası dialoq fəaliyyətləri də böyük əhəmiyyət kəsb edir. Əgər biz inanırıqsa, əgər mən bir olan Tanrıya inanıramsa və sən də bir olan Tanrıya inaırsansa... İkimiz də Tanrının bir olduğuna inanırıq. İslamiyyət bütün peyğəmbərlərin - Həzrəti İsanın, Həzrəti Musanın və digərlərinin haq olduğunu söyləyir. Mən bunu olduqca vacib görürəm, çünki əgər biz bir-birimizlə dalaşırıqsa, bu o deməkdir ki, biz həqiqi problemlərin həllini axtarmır, başqa şeylərlə özümüzü aldadırıq.

Təhsil demokratiya üçün həyati məsələdi. Demokratiyanın bərqərar olması üçün məsələləri dərk edən savadlı seçici kütləsi lazımdır. Həm seçicilərin düzgün mühakimə aparması üçün, həm də ticarət, elm, iqtisadiyyat, texnalogiya və s. sahələrin inkişafı üçün təhsil birinci şərtdir.

Türkiyə səfərində bir neçə məktəbə baş çəkdim. Niğdədə məktəb açan şəxsin həyatı məndə heyranlıq hissi oyandırdı. Ticarətlə məşğul olan bu zəngin şəxs Fəthullah Gülənə: “Var-dövlətim var, neyləyim? Məscidmi tikdirim, körpümü qurum, yolmu çəkim; neyləyim?” demiş. Cənab Gülən baxın nə cavab vermiş: “Elm öyrədən bir məktəb tik.”