Vüsal arzusu (Şadırvan məscidi vəzi)

Vüsal arzusu (Şadırvan məscidi vəzi)

Bu səhifədə Fəthullah Gülən Xocaəfəndinin 28 yanvar 1990-cı ildə İzmirin Şadırvan məscidində verdiyi “Vüsal arzusu” adlı vəzinə baxa bilərsiniz...

  • Bakıda 20 yanvar faciəsi və dünyada zülüm, işkəncə görən dindaş və soydaşlarımızdan ötrü çəkilən iztirab...
  • İkinci Enşteyn kimi tanınan Sör Ceyms Cinsin (Sir James Jeans) elm adamlarının Allahı inkar etməsinə dair sözləri...
  • “(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir (yerin də, göyün də hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!” (“Zümər” surəsi, 39\67) ayəsi və Allahın (c.c.) əzəmətinə layiqili təzim etməyin Onu yaxından tanımaqdan asılı olması...
  • Allahı (c.c.) layiqincə tanıyan və Ona təslim olan kainata meydan oxuya bilər...
  • Səhabənin (r.anhum) Allah-taalaya dərin təslimiyyəti...
  • Allahın əmrlərinə diqqət edən və onları həssaslıqla əməl edənləri Allah (c.c.) hədər etməyəcək və onlara arxa çıxacaqdır...
  • Rabiə Ədəviyyəyə məxsus

    Deyirsən ki “Allahı sevirəm”, amma Ona üsyan edirsən,
    Allaha and olsun ki, bu çox qəribə bir haldır.
    Əgər məhəbbətdə sədaqətli olsaydın, Allah itaət edərdin,
    Çünki sevən sevdiyinə itaət edər.

    şeirinin təhlili...
  • Bir qəlbdə Allah sevgisi varsa, əğyar (Allahdan qeyri hər şey) sevgisi yox olub gedər...
  • Həzrət Fatimə anamızın (r.anha) Rəsulullahın (sallallahu aleyhi vəsəlləm) vəfatından sonra Ona qovuşmaq üçün yanıb-qovrulması...
  • Həzrət Yusifi (ə.s.) görüb əllərini kəsən qadınlar Həzrət Məhəmmədi (sallallahu aleyhi vəsəlləm) gözəlliyini görsəydilər, bıçaqları ürəyini sancardılar.
  • Aləmi-İslam Allaha yönəlsə, bütün problemlər həllini tapacaq...
  • Həzrət Şüeybin (ə.s.) Allah eşqi...
  • İslam aləminə toplu dua...