Dünyanı Cənnətə Çevirmək Üçün...
Həzrəti Ömər ömrünün son dəqiqələrini yaşayırdı. Ayağa qalxmağa taqəti olmasa da, namazın vaxtını qətiyyən ötürmürdü. İbni Abbas onun qəmgin çöhrəsinə baxıb: "Ya Ömər" deyir: "Sənin İslamın nüsrət, xəlifəliyin də fəthdir. And olsun ki, sənin dövründə yer üzü ədalətlə doldu. Kim yanına gəldisə, məsələ sənin sözlərinlə həll olundu" İbni Abbasın bu sözləri dediyi dövrdə süfrəsində ət və yağın eyni yeməkdə olmasını israf sayan Ömər (r.a.) bütün Ərəbistan yarımadasına, İrana, Afrika qitəsinə, Anadolunun cənub-şərqinə qədər Bizansdan alınmış ucsuz-bucaqsız torpaqları idarə edirdi. Dünya və axirət aşiqin önündə bir addımlıq yoldur və məxluqatın ən üstünü olan insana dünya həyatını cənnət kimi yaşamaq, axirətdə də cənnətdə məskən salmaq yaraşır. Bəli, bu bizim dünyamızdır... M. Fəthullah Gülən “Nil” Nəşriyyatından çıxan “Ənginliyi ilə Bizim Dünyamız” adlı son kitabında “Əsri-Səadət”in təməllərindən çağdaş insana yol göstərən nümunələr təqdim edir.
“İqtisadi Mülahizələr” başlıqlı kitab 70-ci illərdəki söhbətlərin və sonrakı dövrlərdə yazılmış məqalələrin toplanması ilə meydana gəlmişdir. “İctimai Quruluş” və “İqtisadi Quruluş” adlı iki hissəli kitabın ilk hissəsində ictimai quruluşun təməl hərəkətverici qüvvələri, yaxşılığı yaymaq, qanun qarşısında bərabərlik, ailə həyatı, insanın dəyəri, idarə edənlə idarə olunanın əlaqələri kimi mövzular nəzərdən keçirilir. İkinci hissədə isə mülkiyyət, istehsal, istehlak, gəlir mənbələri, gəlirin bölüşdürülməsi, əmək və sərmayə, ödəniş, ticari quruluş, faiz, dövlət əmlakı kimi anlayışlar müsəlman dünyagörüşü aspektindən sərf-nəzər edilir.
- tarixində yaradılmışdır.